Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan Rusiya və KTMT-ni şantaja başladı, ölkəyə başqa dövlətin ordusu gətirilir...

Image


Ermənistanda Rusiyaya münasibətdə olduqca maraqlı vəziyyət müşahidə edilməkdədir. Əsas diqqət çəkən məqam burada anti-Rusiya əhval-ruhiyyəsinin artması fonunda Moskvanın şantaj edilməsinə göstərilən cəhdlərdir. Özü də bu şantajı hakimiyyət nümayəndələri həyata keçirir.

Məsələn, Ermənistan parlamenti müdafiə komissiyası sədrinin müavini Armen Xaçatryan bildirir ki, KTMT Nizmnaməsinin 4-cü maddəsinə görə, təşkilat İrəvana hərbi dəstək verməlidir. Əks halda Ermənistan özünə başqa təhlükəsizlik təminatçısı axtarmalı olacaq. Hesab edilir ki, əslində bu, hakimiyyət təmsilçilərinin də Qərb qüvvələrini Ermənistana gətirmək prosesini başlatmasının təzahürüdür. Çünki erməni hakimiyyəti bilir ki, KTMT-dən istədiyini ala bilməyəcək. O səbəbdən təşkilat və Rusiya şantaj edilir, əvəzində Qərbin regiona gəlişinə hazırlıq görülür.

Erməni siyasi analitik Samvel Aqanesyan bunları təsadüf hesab etmir. O qeyd edir ki, Nikol Paşinyan iqtidarı üzünü Qərbə tutub: “Artıq Rusiya keçmiş olur. Ermənistanda “Moskva”, “Kreml” qışqıranlar azalıb. Hamı anlayır ki, Rusiya çökür və özü ilə birlikdə Belarusu və Ermənistanı da batıracaq. Bir müddət sonra Rusiya özü Ermənistandan ordusunu çıxaracaq. 102-ci baza da gedəcək, sərhədlərimizi qoruyan silahlı qüvvələri də. Bəs sual yaranır, ruslar getsə, Ermənistanın sərhədlərini kim qoruyacaq? Əslində, guya rus ordusu bizim sərhədləri qoruyurdu ki? Onların işi sərhəd pozucularını tutmaqdan ibarət idi, vəssalam. Bizim artıq yeni imkanlarımız var – Hindistan və yaxud İran. İnanın mənə ki, İrəvan sorğu göndərsə, Tehran Ermənistan sərhədlərini qorumağa razı olar, çünki bu, onların da planlarına uyğun olacaq”. Başqa ölkələrin silahlı qüvvələrinin Ermənistana gəlişini təmin etmək üçün erməni tərəfi yenə cəfəng uydurmalar irəli sürür. Məsələn, Ermənistan parlamenti müdafiə komissiyası sədrinin müavini Armen Xaçatryan bildirir ki, Azərbaycan hərbi hərəkətləri ilə Ermənistanın Zəngəzur vilayəti üzərində nəzarətini qurmaq istəyir. O iddia edib ki, Naxçıvanda Türkiyə birləşmələrinin hesabına Azərbaycan Silahlı Qüvvələrinin kontingenti arta bilər:

“Azərbaycan Ermənistanın suveren ərazisinə iddialarını açıq şəkildə bildirir və ölkənin cənubundakı Zəngəzur vilayətində nəzarəti ələ almaq məqsədilə fəal hərbi hərəkətləri davam etdirməyə hazırdır. Bu, Azərbaycana Naxçıvan Muxtar Respublikası və onun vasitəsilə Türkiyə arasında əlaqə yaratmaq imkanı verə və o, bunun nəticəsində Dağlıq Qarabağın təcrid olunmuş ərazisi üzərində tam nəzarətə malik ola bilər. Biz Azərbaycan Silahlı Qüvvələrinin döyüş potensialının Türkiyə birliklərinin hesabına artmasını istisna etmirik...” Halbuki, bu qeyd edilənlər tamamilə cəfəngiyatdır. İlk növbədə o baxımdan ki, Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur. Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması ilə Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Sadəcə, İrəvan özü bu prosesi uzadır. İkinci bir tərəfdən, Azərbaycan ordusu yetərli saydadır və Türkiyə ordu bölmələrinin ölkəmizə gəlməsindən ümumiyyətlə söhbət gedə bilməz. Sadəcə, indi belə cəfəng fikirlər Ermənistana Rusiya və KTMT-ni günahkar çıxarıb, ölkəyə Qərb hərbi kontingentinin gəlişini təmin etmək üçün lazımdır. Elə Xaçatryan da Azərbaycanın guya Ermənistanın suveren ərazisinə daxil olduğu bir vaxtda KTMT-nin susqunluğunu və hərəkətsizliyini sərt tənqid edib və təşkilatın niyə heç bir hərbi addım atmamasının və hətta Ermənistana humanitar yardım göstərməməsinin səbəbini soruşub: “Niyə Ermənistana hərbi yardım göstərilməsinin istisna olunmasına dair qərar çıxarılıb? Nə üçün müttəfiq ölkəyə qarşı təcavüzə və onun ərazisinin işğal olunmasına heç olmasa bəyanatlar səviyyəsində reaksiya yoxdur? Nə üçün Ermənistanın suveren ərazisi “mübahisəli ərazi” adlandırılır?..”

Xaçatryan əlavə edib ki, bəzi KTMT müttəfiqləri Azərbaycanı dəstəkləyir. Onun sözlərinə görə, bu, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin oktyabrın 24-də İrəvanın mərkəzində etiraz aksiyası keçirməsinə səbəb olub. Ermənistan parlamenti müdafiə komissiyası sədrinin müavini xatırladıb ki, KTMT müqaviləsinin 4-cü bəndinə əsasən, blokun bir üzvünə qarşı təcavüz bütün üzvlərə qarşı təcavüz sayılır və onlar indiki halda Ermənistana dəstək verməlidirlər. “Azatutyun” radiosu  yazır ki, rəsmi İrəvan KTMT üzvlərinin Azərbaycanın Ermənistana müdaxilə ilə təcavüz törətdiyini bəyan etmələrini son dərəcə mühüm hesab edir: “Bu kontekstdə Ermənistan dövləti müttəfiqlərinin vəziyyətin siyasi qiymətləndirilməsi ilə çıxış etməsi çox mühümdür. İlk növbədə başa düşmək lazımdır ki, təşkilat bu situasiyanı, yəni Ermənistana qarşı təcavüzü və onun suveren ərazisinə müdaxiləni tanıyırmı?”. Halbuki, Ermənistanın KTMT iddiaları tamam əsassızdır. Belə ki, Avropa İttifaqı müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdiriləcəyi məlum olandan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov buna reaksiya vermişdi. O demişdi ki, Moskva artıq bir aydır KTMT-nin müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədinə göndərilməsinə dair təklifi irəli sürüb və indi tələb olunan yeganə məqam KTMT Şurasının müvafiq qərarıdır. Lavrov xatırladıb ki, KTMT-nin sədr ölkəsi kimi sözügedən iclası Ermənistan çağırmalıdır. Amma indiyə kimi Ermənistan bunu etmir. “Azatutyun”un “belə bir təklif olubmu və olubsa, niyə tədbir görülməyib” sualının cavabında Ermənistan XİN bildirib: “KTMT-nin ilkin müşahidə və ya fakttoplama missiyasının əməkdaşları artıq hesabat hazırlayıblar. Hesabat bütün üzv ölkələrə verilib. Katiblik də hesabatın əsasında qərar layihəsini yayıb. Eyni zamanda bildiririk ki, şifahi müzakirələr yolu ilə müəyyən etməyə cəhd göstərilir ki, KTMT şurasının müşahidə missiyası göndərilməsi məsələsini də müzakirə edəcək iclası nə vaxt çağırıla bilər. Hazırda bu barədə dəqiq qərar yoxdur, müzakirələr gedir. Şuranın iclası olmalıdır”. “Azatutyun” radiosu  yazır ki, əslində, Ermənistan və Azərbaycan arasında sərhəd dəqiq müəyyən edilməyib. Bu fonda Cermuk sakini Şirak Buniatyanın sözlərinə görə, şəhərdən bir qədər aralıda, dağın zirvəsində yerləşən azərbaycanlılar ümumiyyətlə mühasirəyə alınmayıb. Çünki onların Ermənistan ərazisində olmasını sübut etmək mümkün deyil: “Bu gün fərqli bir reallıq var. Cermukdan Arpa dərəsi ilə dırmaşsan, orada yerləşən təpələrin birindədirlər. Daim aktiv hərəkətdədirlər, 13-14 sentyabrda hara gəldilər, mövqe dəyişikliyi olmayıb, hələ də orda qalırlar, konkret rəqəm deyə bilmərəm, hər halda Cermukdan bir az yuxarı qalxanda, oturduqları və aktiv mühəndislik işlərinin artıq başa çatdırıldığı təpələrdən birini görə bilirsən, Bu müddət ərzində biz yük maşınlarının bəzi panelləri necə gətirdiyini gördük, düşünürük ki, hətta orada beton işləri aparılıb, kran gördük, müxtəlif ağır texnika gördük”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ