Cümə axşamı günü, 12 noyabr 2026
     

Moskva İrəvanı daha ağır cəzalandıracaq...

Image


Avropa İttifaqı mülki missiyasının Ermənistana gəlişinə Rusiyadan sonra nəhayət İran da rəsmi şəkildə narazılığını bildirib. Çünki İran bu missiyanın ona qarşı iş aparacağından ciddi narahatdır. Məlumata görə, missiyanın tərkibində mülki geyimdə olan hərbçilər də var. Onların regiona gəlişinə səbəbkar isə Ermənistandır.

İndi ermənilər özləri etiraf edir ki, baş verənlərə görə İrəvanı ciddi problemlər gözləyir. Erməni ekspert Stepan Danielyan bu xüsusda vurğulayır: “Çoxları vacib və təhlükəli bir məsələni anlamır, Cənubi Qafqazın 3 ölkəsindən biri regiona 4-cü güc mərkəzini gətirsə, ona eyni zamanda 3 böyük qonşu ölkə - Rusiya, Türkiyə və İran tərəfindən düşmən kimi baxılacaq. Çoxları anlamır ki, Cənubi Qafqazda sülh yalnız İran, Rusiya və Türkiyə arasında güc balansı və qarşılıqlı maraqlar olduqda mümkündür. Həm də başa düşmürlər ki, regiona 4-cü ölkə daxil olarsa, güc balansı pozulacaq və müharibənin genişlənməsi ehtimalı yaranacaq”. Danielyan əlavə edib ki, vaxtilə bu siyasi xəttə görə Gürcüstan cəzalandırılıb: “İndi Ermənistanın siyasi hakimiyyəti belə bir eksperiment aparır. Bunun sonu pis ola bilər. Ümid edirəm ki, İranın xarici işlər naziri İrəvanda bir daha buna aydınlıq gətirdi”. Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı bu məsələyə toxunub. O qeyd edib ki, İran tərəfi istər Ermənistan ərazisində, istərsə də Azərbaycan ərazisində xarici nümayəndələrin regionda olmasının əleyhinədir. O, İran üçün region hökumətlərinin daxili fəaliyyətinin vacib olduğunu qeyd edib. Bu baxımdan “3+3” platformasını (Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə, Rusiya, İran) dəstəklədiklərini qeyd edib: “3+3 platforması kimi regionda daxili nümayəndələrin fəaliyyəti bizim üçün çox vacibdir”. Erməni ekspert, türkoloq Tiran Lokmaqezyan bunları təsadüf hesab etmir: “İrana qarşı bu gün baş verənlərdə bizim də günahımız var. Buna görə də iranlılar bizə satqın kimi baxır. Lokmaqezyan buna misal kimi Ermənistanın öz ərazisinə Avropa qüvvələrini daxil etməsini göstərib. O, həmçinin, açıq şəkildə işarə edib ki, Zəngəzur dəhlizinin açılmasına qarşı yeganə qüvvə İrandır: “ İran Zəngəzur yolunun qarşısını hərbi yolla almağa çalışsa, İrana qarşı müharibə başlayacaq. Və bu müharibə Zəngəzurda olacaq. İrana qarşı addımlar Zəngəzurdan kənarda olarsa, biz müharibədən qaçacağıq”. Erməni jurnalist Nairi Hoxikyan isə qeyd edir ki, İrandan başqa Rusiya da Avropa qüvvələrinə görə Ermənistana çox qəzəblidir: “Reallıqda hər şey ictimaiyyətin təsəvvür etdiyindən qat-qat çətin vəziyyətdə olduğundan, bəzi reallıqlar və bəzi fikirlər barədə açıq danışmalıyam”. Onun sözlərinə görə, insanlar reallığın mahiyyətini bilmir və aydın təbliğat texnologiyalarından istifadə edərək nəşrlərdən özləri üçün nəticə çıxarırlar: “Əslində biz həftələr ərzində təkcə bütün Qarabağı yox, Zəngəzuru, Göyçənin, Dərələyəzin və Tavusun yarısını da itirə bilərik. Bütün reallıq sizi maraqlandırırsa, daha ətraflı məlumat verim. İnsanlar ümumiyyətlə bəyəndikləri məlumatlara inanırlar. Bunu sosial şəbəkələrdə milyonlarla baxışla dolu zibillər də sübut edir. Guya Nikol Ərdoğanı diz çökdürüb, yoxsa Türkiyə tezliklə bütün “Qərbi Ermənistan”ı bizə qaytaracaq. 10 noyabr 2020-ci ildə bir neçə “ağıllı” qohumum məni inandırırdı ki, Paşinyanın xəyanətindən üzülmə, tezliklə Qarabağın əvəzinə Naxçıvanı və Ağrı dağını alacağıq. Rusiyanı söyən, Ermənistanın gələcəyini Qərblə bağlayan şəxslərin sayı günü-gündən artır. Aydın məsələdir ki, ruslar təbliğatda yaxşı deyillər və ABŞ bütün təbliğat aparatını burada yerləşdirib. Həmin təbliğatın təsiri altında çoxları məni, məsələn, rusiyapərəst və ya ruslara işləyən hesab edir. Hər halda cavab vermirəm, çünki indi mənim ölkəmin varlığı məsələsi o adamların fikrindən daha önəmlidir. Əslində bizim region heç vaxt Rusiya orbitindən çıxa bilməz. Ruslar Ukraynaya olduğu kimi, bizə də eyni aqibəti yaşadacaqlar. İnsanlar başa düşə bilmirlər ki, Rusiya Ukraynanı və ya bizim regionu tərk etsə, bir neçə ildən sonra həmin Rusiyanın parçalanması başlayacaq. Rusiya və ABŞ Ermənistanı parçalayacaq, biz heç kimə lazım deyilik”.

Ermənistanın keçmiş iqtisadiyyat naziri Karen Çşmarityan da bədbinlər sırasındadır. “Niyə Rusiya səfirliyi, hərbi bazası qarşısında etiraz aksiyaları təşkil edirlər və ya davamlı olaraq KTMT-dən şikayət edirlər, Rusiyaya bağırırlar?”. Onun sözlərinə görə, ölkəni məhv etmək üçün daha qısa yol var: “Qazprom Ermənistan”ın qarşısında etiraz aksiyası təşkil edirlər, onların qazından imtina edirlər və bəyan edirlər: “Biz 165 dollara ucuz qaz (istehlakçı üçün 1 kubmetr – 143,7 dram) yox, Avropadakı kimi 1600-2600 dollarlıq Norveç qazı (istehlakçı üçün 1 kubmetr – 1300-2300 dram) istəyirik.... Bundan sonra qaz təchizatı dayandırılır, Ermənistan atom elektrik stansiyası üçün nüvə yanacağının tədarükü də dayanır, atom elektrik stansiyası, istilik elektrik stansiyaları, bütün fabriklər fəaliyyətini dayandırır, təbii olaraq su da dayanır, çünki işıq yoxdursa, su da yoxdur. Nə qaz, nə işıq, nə su, nə iş, nə yemək, nə pul, nə də erməni xalqının başının üstündən asılmış yük bizə lazımdır. İrəvan küçələrində, banklarda, nikah ofislərində Rusiyadan gələn on minlərlə qaçaq... “Qazprom Ermənistan” ofisindən sonra İran səfirliyi qarşısında etiraz aksiyasına gedə bilərsiniz ki, sağ qalmaq üçün son sönük ümid də yox olsun. Və bu qədər... Qalanı isə ənənəvi türk “texnikası” məsələsidir. 2018-ci ilin bütün məqsədləri reallaşacaq”. Çşmarityan qeyd edib ki, Avropa missiyasının regiona gəlişi ilə bütün bu proseslərə start verilib. Burada onu da vurğulamaq lazım gəlir ki, hazırda Ermənistanla Azərbaycan arasında mövcud olan problemlərin həlli məsələsində Fransanın həddən artıq fəallığı müşahidə olunur. Açıq ermənipərəst siyasət yürüdən Fransa prezidenti Emmanuel Makronun bu prosesi öz nəzarətinə götürmək cəhdləri açıq-aydın görünür. Böyük ehtimalla, Fransa Ermənistana göndərilən missiya vasitəsilə öz ermənipərəst niyyətlərini reallaşdırmağa, belə demək mümkünsə, “suyu bulandırmağa” çalışacaq. Bu da region ölkələri, o cümlədən Rusiya və İranın maraqlarına qarşıdır. Təsadüfi deyil ki, 44 günlük savaşdan sonra İran rəsmiləri dəfələrlə “qırmızı cizgi”lər çəkməyə başladılar. Belə bəyanatlardan birində göstərilirdi ki, İran Qərbin Cənubi Qafqaza gəlməsini istəmir. Moskva isə çoxdan Qərbin regiondakı mövcudluğunu qəbul etmir. Bu mənada, Ermənistan Qərbin regiona gəlişini davam etdirsə, mütləq daha ağır cəzalanacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ