Cümə axşamı günü, 12 noyabr 2026
     

Jurnalist Rəşad Rəşidov Qarabağ uğrunda qazilik yolunu belə getdi... - MÜSAHİBƏ

Image


“İlk növbədə bizi qələbəyə inandıran Ali Baş Komandan idi”

Vətən müharibəsində iştirak edib Zəfər dastanını yaradanlardan biri də İctimai Televiziyanın  (İTV) bölgə müxbiri, həmkarımız Rəşad Rəşidovdur. 1988-ci ildə Göyçay rayonunda doğulan R.Rəşidov üç qız atasıdır.

Ailəsini, üç fidan balasını Allaha əmanət edib Vətənin müdafiəsinə gedənlər cərgəsinə qoşulan Rəşad Rəşidov “Bakı-Xəbər”in qazi jurnalistlərlə bağlı layihəsinin növbəti qonağıdır.

- Ölkədə qismən səfərbərlik elan edilməsi xəbərini necə qarşıladınız?

- Ölkəmizdə qismən səfərbərlik elan ediləndə mən artıq ordu sıralarında idim. Belə ki, Hərbi vəzifəlilərin hərbi toplantısına çağırıldığım üçün sentyabarın 21-i səhər saatlarında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay bölməsinə getdim. Burada müvafiq sənədləşmədən sonra həmin gün Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən N saylı hərbi hissəsinə göndərildik. Sentyabrın 21-də də müqəddəs hərbi formanı çox böyük qürur hissi ilə əynimizə geymişik. Təbii ki, həmin tarixdə müharibədən söhbət getmirdi, gedə də bilməzdi. Amma sentyabrın 21-dən cəbhənin müxtəlif istiqamətlərindən düşmənin təxribatı aydın görünürdü. Sentyabrın 22-də hərbi toplantılara qatılan hərbi vəzifəlilərlə bir yerdə poliqonlarda müxtəlif silahlardan hədəfə atəş açmağa başlamışıq. Bizə verilən döyüş tapşırığını yerinə yetirmişik. Eyni zamanda müasir silahlarla tanış olmuşuq və bu proses sentyabrın 26-na qədər davam edib. Sentyabrın 26-da artıq müxtəlif vəzifələrə təyin olunmaqla bölmələrin tərkibinə verilmişik. Zatən hər kəsin bir vəzifəsi vardı. Hər kəsi öz vəzifəsinə, rütbəsinə görə təyin ediblər.

- Sizin vəzifəniz nə idi?

- Mən döyüş maşın komandiri təyin edilmişdim. Dediyim bu proseslər sentyabrın 26-na qədər davam etdi. Ondan sonra, bildiyiniz kimi, sentyabrın 27-də səhər saatlarında düşmən cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atdı və Azərbaycan Ordusu da mülki əhalinin təhlükəsizliyini təmin etmək və eləcə də düşmənin təxribatlarının qarşısını almaq məqsədilə əks-hücuma başladı. Bu əks-hücum sonradan “Dəmir yumruq” əməliyyatı ilə Vətən müharibəsinə çevrildi.

- Əlbəttə, jurnalistin əsas işi yazmaq, informasiya yaymaqdır. Bəs bir jurnalistin əlində silah döyüşməsi nə deməkdir? Bu necə yaşantıdır?

- Şübhəsiz, jurnalistin əsas işi hər zaman informasiya yaymaqdır. Ancaq bəzən ehtiyac yarandıqda biz qələmimizi yerə qoyub silaha sarılmalıydıq. Nə xoş bizim halımıza ki, bu bizə qismət oldu. Sualınıza bir mövzu ətrafında cavab vermək istərdim. Müharibə dövründə zabitlərimiz biləndə ki, mən mülki həyatda jurnalistika fəaliyyəti ilə məşğul olmuşam, məndən soruşurdular ki, Rəşidov, sən niyə qələminlə deyil, silahla döyüşməyə gəldin, mülkidə informasiya müharibəsində öz qələminlə vuruşa bilərdin. Cavab verirdim ki, Azərbaycan jurnalistləri 30 il ərzində kifayət qədər öz qələmləri ilə vuruşublar, artıq silahla döyüşməyin zamanıdır. Bu mənim ən böyük arzum, ən böyük istəyim olub. Çünki mən hər dəfə bir bölgəyə, bir rayona, bir kəndə şəhid gələndə bir kənara çəkilib Allaha yalvarırdım, dua edirdim ki, ay Allah, kaş müharibə başlaya və mən də müharibədə iştirak edəm. Allah sanki dualarımı eşitdi.  Deyirdim ki, şəhidlərin qisasının alınmasında kaş mənim də rolum olaydı. Mənim içimdə olan o qisas hissi daha da alovlanırdı, daha da şiddətlənirdim. Özümü çox xoşbəxt hesab edirəm ki, Vətən müharibəsində mən də iştirak etdim, ordu sıralarında oldum. Az da olsa, mənim də xidmətlərim oldu, bununla qürur duyuram, fəxt edirəm ki, mən müharibə dövründə hərbiçilərimizlə bərabər oldum. Hesab edirəm ki, 44 günlük Vətən müharibəsində əynində hərbi libası olan hər  kəsin, fərq etməz, topçu, tankçı, rabitəçi, yemək bişirən, çay hazırlayan, paltar tikən, paltar daşıyan olsun, hamının əməyi, rolu, əziyyəti, işi-peşəsi və vəzifəsi olub. Həm də bu qələbə zatən ordu və xalq birliyinin təntənəsinə bağlıdır. Müharibədə olduğum müddətdə həftədə azı iki-üç dəfə yoldaşımla İnsan Resursları Departamentinin xanım əməkdaşları danışırdılar, hər hansı bir çətinliyin, nəyəsə ehtiyacının olub-olmaması ilə maraqlanırdılar. Bunu da bildirim ki, ordu sıralarında olduğum müddətdə də bizim İctimai Televiziyanın əməkdaşları, xüsusilə də İnsan Resursları Departamenti, həmçinin də İTV-nin rəbhəri Balakişi Qasımov televiziyamızın müharibədə olan beş əməkdaşının ailəsi ilə əlaqə saxlayıb, maddi və mənəvi dəstək olub. Bu məsələləri niyə vurğulayıram? Çünki bu, döyüşdə olan bizlərə motivasiya, ruh verirdi, bizi ailəmizdən nigaran qalmağa qoymurdu. Düşünürdük ki, biz burdayıq, amma ailəmiz diqqətdən kənarda deyil.

- Müharibə ovqatından, orada yaşadıqlarınızın təsirindən xilas olmaq asan oldu, yoxsa hələ də o anları içində yaşadırsan?

- Mənim vəzifəm döyüş maşın komandirliyi idi. Mən o zaman bu vəzifəni ica edəcəkdim ki, məndən əvvəlki döyüş komandiri yaralanaydı, yaxud şəhid olaydı. Ona qədər ehtiyatda idim. Bu müddətdə bizim işimiz hərbi obyektlərin mühafizəsi, eyni zamanda təminatla bağlı olub. Belə deyək, işimiz ərzaqların yığılması, onların və digər təminatların, silah-sursatın, eyni zamanda digər zəruri avadanlıqları hərbçilərimizə çatdırmaqdan ibarət olub. Aktiv döyüşlərdə iştirak etməmişəm. Bunu deyib o hərbçilərimizin, o şəhidlərimizin haqqına girə bilmərəm. Aktiv döyüşlərdə iştirak etməsəm də, amma sentyabrın 21-dən dekabrın 6-na kimi üzərimə düşən əmr və tapşırıqların öhdəsindən gəlmişəm. Bundan qürur hissi keçirirəm, fəxr edirəm ki, bu müddət ərzində mən də ordu sıralarında olmuşam. Müharibə ovqatından və onun təsirindən xilas olmaq o qədər də asan olmadı. Həqiqətən bu proses çox çətin idi. Günü bu gün də bu məsələdə əziyyət çəkirəm.

- Elə döyüşlər, elə hadisələr varmı ki, indi də onu yaddan çıxara bilmirsiz?

- O hadisələr unudulası, yaddan çıxası hadisələr deyil. İstəsək belə, unutmaq mümkünsüzdür. Mən əsasən də itkilərimizlə bağlı məsələləri deyirəm. Bunun qürurverici tərəfləri də var ki, onu da hər zaman xatıralayırsan, həm xalıqımızla, həm ordumuzla, hərbçilərimizlə, igidlərimizlə bağlı fəxr hissi keçirirsən. Bu o qədər gözəl duyğudur ki, sözlə ifadə etməyə çətinlik çəkirsən. Amma elə şeylər var ki, onun təsirindən çıxmaq mümkünsüzdür. Xatırlayıram ki, dekabrın 6-da ordu sıralarından ehtiyata buraxıldım. Dekabrın 2-də Ali Baş Komandanın müvafiq sərəncamı oldu ki, burada ilk növbədə 4 kateqoriyadan olan hərbçilərin ehtiyata buraxıldığı vurğulanırdı. Bir hadisəni heç vaxt unuda bilmirəm, onu hər gün yaşayıram. Mən də üç azyaşlı qız övladı atası olduğum üçün dekabrın 6-da buraxıldım. Evə gələndə məni ailə üzvlərim, qohumlar, tanışlar, qonşular qarşıladı. Qızlarım məni qucaqlayanda bir anlıq gözümün önünə gəldi ki, bu hissləri bütün uşaqlar yaşamaq istəyərdi. Bütün övladlar istəyərdi ki, atalarını müharibədən sonra qucaqlasınlar, onları sağ-salamat görsünlər. O hissi mən unuda, hələ də onun təsirindən çıxa bilmirəm. Şəhdilərimizin övladlarını düşünürəm. Doğrudur, onların ataları elə bir məqamdadır ki, o məkan nə iləsə müqayisə edilə bilməz. Düşünürəm ki, onlar atasızdırlar, amma mənim övladlarımın atası var... Hərdən özlüyümdə fikirləşirəm ki, niyə mən sağ qaldım. Hətta bəzən özümü günahkar bilirəm, deyirəm ki, niyə onlar şəhidlik məqamına ucaldı, mən yox...

- Azad edilən rayonlarımızdan hansında olmusunuz?

- Zəngilanda, Cəbrayılda, Füzulidə, Şuşada, Ağdamda olmuşam. İnişallah, digər rayonlara da getmək arzusundayam. Həmkarlarımız sağ olsun, bildirirlər ki, biz sizə borcluyuq. Bəzən bunu başqa şəxslər də deyirlər. Deyirəm ki, yox qardaş, heç kim heç kimə borclu deyil. Hər kəsin üzərinə düşən iş, vəzifə vardı, çalışdıq ki, üzərimizə düşən işin öhdəsindən layiqincə gələk.

- Qələbəyə inanırdınızmı?

- Zəfər qazanacağımıza  həqiqətən inanırdım. Təkcə mən yox, inandırım sizi, ordu sıralarında olan zabit, gizir, çavuş, əsgər hər biri qələbəyə inanırdı. Hər kəs bilirdi ki, artıq qisas günü gəlib çatıb. Eyni zamanda bizi qələbəyə inandıran digər amillər vardı. İlk növbədə bizi qələbəyə inandıran Ali Baş Komandan idi. İkincisi güclü ordu, üçüncüsü müasir silahların olması, dördüncüsü mənəvi-psixoloji hazırlığın yetərincə olması, xalqın ordunun arxasında dayanması idi. Ordu-xalq birliyi əminlik yaradırdı ki, biz qələbə çalacağıq.

- Ən çox nəyə təəssüflənirsiniz?

- Təbii ki, müharibə itkisiz olmur, eləcə də qələbə itkisiz əldə olunmur. Ən çox təəssüf etdiyim şey şəhidlərimizin olmasıdır. Bizim hərbi hissə ilk şəhidləri sentyabrın 30-da verdi. Eyni zamanda ətrafımda dostlarımdan, tanışlarımdan, həmkəndlilərimdən də şəhid olan olanlar oldu. Ən çox təəssüfləndiyim məsələ budur. Təəssüf edirəm ki, onların övladları cismən atasız qaldı. Mənəvi cəhətdən şəhid ailələri tək deyil, heç zaman da tək qalmayacaqlar, amma cismən o övladlar atasız qaldı. Digər təəssüfləndiyim məqam ondan ibarətdir ki, sentyabrın 21-dən ordu sıralarına qatılsam da, aktiv döyüş əməliyyatlarında iştirak edə bilmədim. Təbii ki, bunun da məndən asılı olmayan səbəbləri olub. Məni hara təyin ediblərsə orda olmuşam, mənə hansı tapşırıqları veriblərsə onu icra etmişəm. O səbəbdən aktiv döyüş əməliyyatlarında iştirak edə bilməmişəm. Başqa bir təəssüfləndiyim məqam odur ki, sentyabrın 21-dən dekabrın 6-na qədər ordu sıralarında olmağıma, hərbi obyektlərin mühafizəsində yaxından işrirakıma, təminatla məşğul olmağımıza baxmayaraq, mən və mənimlə bərabər bir neçə silahdaşım veteran statusu ala bilməmişik. Amma bu heç nəyi dəyişmir. Şəxsən mənə görə ad, status Vətən sevgisindən önəmli deyil. Yenə də müharibə başlayarsa,  hər an qələmimi silaha çevirməyə, xalqımın, dövlətimin, Vətənimin müdafiəsində dayanmağa hazıram. Fəxr edirəm, qürur duyuram ki, 2016-cı ilin şanlı Aprel döyüşlərində jurnalist kimi iştirak etmişəm, döyüşlərin getdiyi ərazilərə ezam olunmuşam, ordan reportajlar hazırlamışam, düşmənin törətdiyi təxribatları ifşa edən, şanlı Azərbaycan ordusunun qəhrəmanlığını ifadə əks etdirən süjetlər hazırlamışam...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ