Cümə axşamı günü, 12 noyabr 2026
     

Azad edilən ərazilərdə ekosistemin bərpasına Azərbaycanda xüsusi diqqət yetirilir

Image


Son 50 ildə dünya üzrə təbiətdə vəhşi heyvanların populyasiyası  69% azalıb. Bu da o deməkdir ki, planetin biomüxtəlifliyi böhran içindədir. Real vəziyyət göstərir ki, indi planetdə mövcud olan bütün canlılar, o cümlədən insanların özləri belə risq altındadır.

Ümumdünya Vəhşi Təbiət Fondunun 2022-ci il üçün hesabatında etiraf olunur ki, vəziyyət pisləşməyə doğru gedir. Qurum qlobal biomüxtəliflik tendensiyalarına dair özünün ən əhatəli araşdırmasını hazırlayıb.

  • Ermənilərin məhv etdiyi fauna və floranı Azərbaycan yenidən bərpa edir

Ümumdünya Vəhşi Təbiət Fondunun məməlilər, quşlar, balıqlar, sürünənlər və suda-quruda yaşayanların populyasiyalarını izləyən “Living Planet Index” göstəricilərindən belə bəlli olur ki, vəhşi təbiət populyasiyaları 1970-ci ildən bəri orta hesabla 69% azalıb. 2022-ci il üzrə  “Living Planet Index”də təxminən 32 min növ populyasiya təhlil edilib. Yeni araşdırmalar planetin bütün biomüxtəlifliyinin böhranda olduğunu təsdiqləyir. Fondun məlumatına görə, şirin su hövzəsində yaşayan heyvanlar daha çox zərər çəkib. 50 ildən artıqdır ki, onlar yaşayış yerlərinin itirilməsi və miqrasiyasına maneələr səbəbindən orta hesabla 83% azalıblar.

Ümumdünya Vəhşi Təbiət Fondunun ekspertlərinin fikrincə, iqlim və təbiət böhranı ekoloji risqlərlə yanaşı, iqtisadi, təhlükəsizlik, sosial, mənəvi və etik problemlərə də səbəb olur. Bu mənada təbii dünyanı qorumaq üçün davam edən səylərə baxmayaraq, vəhşi təbiətin məhvini dayandırmaq və hamı üçün daha yaxşı gələcək qurmaq hələ də mümkün olmayıb. Belə vəziiyətdə insan amili də az rol oynamayıb. Qeyd edilənlərin bariz formasının müşahidə edildiyi ölkələrdən biri də Azərbaycandır. Amma bu hal Azərbaycanın hər yerində qeydə alınmayıb. Başlıca problem Ermənistanın işğal dönəmində nəzarətində saxladığı ərazilərdə özünü göstərib. Həmin yerlərdə ermənilər tərəfindən fauna və floraya ciddi zərər vurulub. Lakin işğala son qoyduqdan sonra Azərbaycan azad olunan ərazilərdə həssas ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün əsas fəaliyyətlərdən hesab olunan reintroduksiya layihələri davam etdirilir. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub: “Balıq növlərinin populyasiyasının bərpası üçün işlər görülüb. İşğaldan azad edilmiş ərazilərdəki Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə son iki ildə qızılxallı forel balığının buraxılışı təşkil olunub və bu işlər növbəti dövrlərdə də həyata keçiriləcək”. Xidmət rəsmisi bildirib ki, ceyran fərdlərinin Cəbrayıl və Zəngilan rayonları ərazisinə, əvvəllər məskunlaşdıqları areallarına qaytarılması üçün hazırlıq işlərinə başlanılıb. Artıq bu çərçivədə ilkin addımlar atlılb. Belə ki, oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər. Onu da bildirək ki, Şirvan Milli Parkından götürülən 18 baş ceyran Cəbrayıl rayonu ərazisinə fərdi reintroduksiya olunub. Proses bu il və gələn il də davam etdiriləcək. Qeyd edək ki, Azərbaycan ərazisində ceyranların sayının kritik həddə azalması təhlükəsi nəzərə alınaraq ceyran populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi məqsədilə Azərbaycan prezidenti tərəfindən 2003-cü ildə Şirvan Milli Parkı yaradılıb. Həyata keçirilən intensiv mühafizə tədbirləri nəticəsində Azərbaycanda ceyranların populyasiyası bərpa edilib. Hazırkı dövrədək ümumilikdə 300-dən artıq ceyran ölkənin təbii areallarına reintroduksiya edilib və son monitorinqlərin nəticələrinə görə, Azərbaycanda 7 mindən çox ceyran fərdinin yayılması qeydə alınıb. Bunlar fonunda işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin öz tarixi areallarına reintroduksiyası istiqamətində zəruri addımlar atılır.

  • Erməni vəhşiliyinin nəticələrinin aradan qaldırılması üçün Azərbaycana illər lazım olacaq

Meşələrdən əkin sahələrinə, dağlardan okeanlara qədər dəyişən ekosistemlər həm insanlara, həm də təbiətə bir çox faydalar gətirir. Məsələn, meşələrdə bütün amfibiya növlərinin təxminən 80 faizi, bütün quş növlərinin 75 faizinvə bütün məməli növlərinin 68 faizi yaşayır. Şirin su anbarlarında onurğalı növlərinin təxminən üçdə biri və bütün məlum növlərin 10 faizi yaşayır. Dağ ekosistemləri dünyanın biomüxtəliflik qaynar nöqtələrinin təxminən yarısını ehtiva edir. Bu mənada Azərbaycanın azad edilən ərazilərdə ekosistemin bərpasına xüsusi diqqəti təsadüfi deyil.

Həyata keçirilən tədbirlər ekosistemin bərpası fonunda biomüxtəliflik və iqlim dəyişikliyinə uyğunlaşma kimi məsələlərin də uğurla həllinə imkan verir. Qeyd edək ki, işğal dövründə ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda biomüxtəliflik deqradasiyaya uğrayıb, məhv edilib. Həmin ərazilərdə ekosistemlərin və flora növlərinin  itkisi həm insanlar, həm də təbiət üçün böyük zərbədir. Bu fonda bir mühüm məqamı da qeyd edək ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun məlumatına əsasən, ölkəmizdə “Qırmızı kitab”ın üçüncü nəşrində azad edilmiş ərazilərdə aparılan tədqiqat işlərinin nəticəsi də öz əksini tapacaq. O, iki ilə yaxındır ki, Qarabağın minadan təmizlənmiş ərazilərində tədqiqat işlərinin aparıldığını vurğulayıb: “Birinci “Qırmızı kitab”da 140 flora, 108 fauna növü təmsil olunub. Bu rəqəmlər ikinci “Qırmızı kitab”da iki dəfə artıqdır. Belə ki, ikinci kitabda 300 flora, 226 fauna növü əksini tapıb. Üçüncü kitabda isə 500 bitki, 300-ə yaxın heyvan növü təmsil olunacaq. Kitabın üçüncü nəşrində əsas fərq azad edilmiş ərazilərdə aparılan tədqiqat işlərinin nəticəsinin də “Qırmızı kitab”ın bu nəşrində öz əksini tapacağı ilə bağlıdır. Biz 30 il idi ki, həmin torpaqlarda tədqiqat işi aparmaqdan məhrum idik. İki ildir ki, minalardan təmizlənmiş ərazilərdə tədqiqatlar aparılır. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunan nadir və nəsli kəsilməkdə olan heyvan, eyni zamanda, bitki aləmi kitabda öz əksini tapacaq”. Bütün bunlar təbiətə qarşı erməni vəhşilyinin nəticələrinin daha dəqiq müəyyən edilməsinə imkan verəcək. Amma bu vəhşilyin nəticələrinin aradan qaldırılması üçün Azərbaycana illər lazım olacaq.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ