Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan ordusunun atəşkəs oyunu ermənilərin özünə baha başa gəlir

Image


Son dövrlərdə Ermənistanın Azərbaycana qarşı yeni iftira kampaniyasının əhəmiyyətli dərəcədə artması müşahidə edilir. Qarşı tərəf iddia edir ki, guya mövqeləri Azərbaycan ordusunun bölmələri tərəfindən atəşə tutulub. Halbuki, son günlərdə Avropa İttifaqı mülki missiyasının regiona gəlişi fonunda atəşkəs ermənilər tərəfindən intensiv pozulur.

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bunlar fonunda, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, guya Sotk-Kutakan ərazisində azərbaycanlılar əvvəlcə öz mövqelərini, daha sonra isə erməniləri atəşə tutublar. Azərbaycanın Müdafiə Nazirliyi bunu də təkzib edib. Nazirlik qeyd edir ki, Azərbaycan ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Maraqlıdır ki, ermənilərin atəşkəs oyunu daha çox sərhədyanı zonada yaşayan erməni ailələrinə zərər vurur. Məsələn, Ermənistan ordusunun təxribatları, Azərbaycanın cavab tədbirləri görməsi nəticəsində artıq Sotk kəndində qalan ailələr də buranı tərk etməyi düşünür. Sotk sakini Hakob Avetyan “Azatutyun” radiosuna bildirir ki, ötən ay sərhəddə baş verən toqquşmalardan sonra onsuz da sakinlərin böyük hissəsi buranı tərk edib: “Kəndlilərin 70 faizi müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə köçüb. İnsanlar genişmiqyaslı döyüşlərin yenidən başlaya biləcəyindən narahatdır. Gündəlik hal alan top atəşləri bu qorxuları daha da artırır. Atışmaya görə kəndi tərk etmək istəyənlər var və əslində, təhlükə çox böyükdür. Sentyabrın 13-də baş verənlərin bir daha təkrar olunmayacağına hansı zəmanətimiz var? Atəş səsləri əsasən gecə saatlarında eşidilir. Gündüz də olur. Sərhəd o qədər yaxındır ki, insanlar hətta atəş səsləri ilə oyanır”. Hadisələrin inkişaf axarı isə Ermənistan üzündən proseslərin daha təhlükəli məcraya qədəm qoyacağını göstərir. Belə ki, Ermənistan tərəfi Vardenis istiqamətində əlavə qüvvələr - piyada və artilleriya toplayır. Ekspertlər diqqəti ona yönəldir ki, son günlər İrəvan Bakını, demək olar ki, hər gün mövqeləri atəşə tutmaqda ittiham edir. Sentyabr toqquşmalarından əvvəl də vəziyyət eyni idi. Amma məhz həmin vaxt erməni tərəfi genişmiqyaslı təxribat törətdi. İndi maraq doğuran odur ki, Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqı  müşahidəçilərinin tam yerləşdirilməsinə qədər yeni toqquşmalar mümkündürmü?

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan “Azatutyun” radiosuna bildirib ki, belə hal ola bilər. O etiraf edir ki, bu hallar Ermənistanın xeyrinə deyil: “Regionda silah balansı pozulub və Ermənistanın lehinə deyil”. Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə bildirir ki, erməni tərəfi atəşkəsi pozmaqdansa, Cənubi Qafqazdakı yeni reallıqlarla barışıb müvafiq addımlar atsa daha yaxşı olar: “Ermənistan rəhbərliyinin ümid etdiyi mühüm variant odur ki, Qarabağda erməni maraqları üçün başqaları mübarizə aparmalıdır. Onlar, təbii ki, Rusiyanın Ermənistan üçün döyüşəcəyini gözləyirdilər, çünki Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Əslində, Ermənistan bu təşkilatlara ona görə qoşulub ki, Rusiya Qarabağ münaqişəsində onun tərəfində olsun. Amma Rusiya Ermənistan üçün döyüşməkdən imtina edib, açıq-aşkar neytral mövqe tutur. İndi Rusiyanın mövqeyi Ermənistan rəhbərliyində elə nifrətə səbəb olur ki, onlar Rusiyanı daim Azərbaycanyönümlü mövqedə ittiham edir. Ermənistanın Fransa prezidenti Emmanuel Makron kimi müttəfiqləri də Rusiyanı Azərbaycanyönümlü olmaqda ittiham edirlər. Əslində isə Rusiyanın mövqeyi neytral və ədalətlidir”. Markovun fikrincə, Ermənistanın tapmağa çalışdığı ikinci variant ondan ibarətdir ki, Fransa Qarabağa əvvəlcə öz müşahidəçilərini, sonra isə hərbçilərini göndərəcək: “Bir tərəfdən Fransa Ermənistanı mümkün qədər dəstəkləyir, digər tərəfdən isə, fikrimcə, Ermənistan rəhbərliyi və cəmiyyəti hesab edir ki, fransızlar öz əsgərlərini Qarabağda Azərbaycan ordusuna qarşı erməni maraqları üçün döyüşə göndərməyəcəklər. Bir sözlə, fransızlar diplomatik danışıqlarda Ermənistanın tərəfini tutmağa çalışacaqlar. Bu fikir Ermənistanın üzərində ağır kölgə kimi asılıb”. Rusiyalı politoloq qeyd edir ki, Ermənistanın istifadə etməyə çalışdığı daha bir variant Qarabağın erməni icmasına, demək olar ki, müstəqilliyə bərabər yüksək muxtariyyət əldə etməkdir: “Amma bu mümkün deyil, Azərbaycan Qarabağın erməni icmasına hər hansı ayrıca status vermək istəmir. Azərbaycan təkid edir ki, ölkədəki bütün millətlər, xalqlar eyni hüquqlardan yararlanır”. O vurğulayıb ki, Azərbaycanda ruslar, yəhudilər, bir çox başqa millətlərin nümayəndələri yaşayır və onların hamısı bərabər hüquqlardan istifadə edir: “Amma erməni cəmiyyəti özünü bütün xalqlardan üstün tutur. Bu cür ultramillətçilik onları dalana dirəyir. Ermənilər özlərini inandırıblar ki, azərbaycanlılarla sülh şəraitində yaşaya bilmirlər, ona görə də onlar Azərbaycan cəmiyyətinə inteqrasiya edə bilməzlər. Onlar özlərini inandırıblar ki, azərbaycanlılar ermənilərin düşmənidir və buna görə də onlar bir yerdə yaşaya bilməz. Amma bu çox böyük səhvdir, azərbaycanlılar heç də ermənilərin düşməni deyil. Ermənilər onilliklər boyunca Azərbaycanın tərkibində yaşayıblar. Ermənistan qəbul etməlidir ki, heç bir muxtariyyət olmayacaq. Digər xalqlar kimi, Qarabağın erməni icmasının Azərbaycana tam inteqrasiyasının mərhələlərini ümumi şərtlərlə müzakirə etmək lazımdır. Ermənistan cəmiyyəti qəbul etməlidir ki, Azərbaycanın erməni icması Azərbaycanın digər xalqlarının milli icmaları ilə müqayisədə xüsusi imtiyazlara malik olmalı deyil”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ