Cümə axşamı günü, 12 noyabr 2026
     

İran Ermənistan üçün də ciddi təhdidə çevrilir...

Image


Məlum olduğu kimi, İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları oktyabrın 17-dən Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin şimalında, Araz çayı yaxınlığındakı ərazilərdə təlimlərə başlayıb. İran Azərbaycanın sərhədləri boyu irimiqyaslı hərbi təlimlərində qoşunlarının bütün növlərindən istifadə edir.

İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakpur qeyd edir ki, oktyabrın 20-də bitəcək bu hərbi təlimdə texnika və silahların daşınması məqsədilə Araz çayı üzərində ilk dəfə olaraq səyyar körpü quraşdırılacaq.

İnqilab Keşikçilərinə yaxın olan “Tasnim” xəbər agentliyi “Hərbi təlimdə Arazı keçmək üçün məşq” başlıqlı xəbərdə bu təlimin coğrafi əhatəsinin Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin bütün sərhəd zolağı üzrə olduğunu bildirib. “İran” qəzeti də öz birinci səhifəsində eyni xəbər başlığından istifadə edib və bu təlimin təfərrüatları barədə Məhəmməd Pakpura istinadən yazıb: “Araz çayı üzərində körpünün quraşdırılması, rabitə yollarının ələ keçirilməsi və nəzarətə alınması, hündürlüklərin ələ keçirilməsi və məhvetmə məqsədilə hücumedici taktikaların məşqi nəzərdə tutulur”. İnqilab Keşikçiləri Korpusunun komandirləri bu hərbi təlim barədə məlumat verərkən, coğrafi miqyas, qoşun və texnikanın miqdarının əvvəlki təlimlərə nisbətən daha geniş və çox olduğunu bildiriblər. Bu arada qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra ölkə silahlı qüvvələri İran Azərbaycanında 3 dəfə hərbi təlim keçirib. Halbuki, Ermənistanın işğalı dövründə İran bir dəfə də sərhəd zonasında hərbi təlim keçirməyib.  Bu fonda “Xorasan” və “Ettelaat” qəzetləri son günlər öz manşetlərini SEPAH-ın Araz yaxınlığındakı təlim xəbərlərinə həsr ediblər. Həmçinin “Şərq” qəzeti “Təhdidə cavab” başlığı ilə məqalə dərc edərək, Azərbaycan və Ermənistan arasında son zamanlar baş verən münaqişələrə toxunub və bu əməliyyatın iki Cənubi Qafqaz ölkəsinin sərhəddində baş verən hadisələrlə bağlı keçirilməsini dəyərləndirib. Həmin məqalə “İrdiplomacy” saytında “Bakı təhdidinə cavab” başlığı ilə dərc olunub. İran Azərbaycanından vəkil Cəfər Afşarniya İran İnqilabı Keşikçiləri Korpusunun Araz bölgəsində keçirdiyi təlimlə bağlı “İnstaqram” hesabında bildirib ki, bu təlim BMT-nin Nizamnaməsinin 2-ci bəndinə və ölkələrin ərazi bütövlüyünə hörmət prinsipinə ziddir. Azərbaycanlı hüquqşünasın sözlərinə görə, Araz çayının ən dərin hissəsi İran, Azərbaycan və Ermənistan ölkələri arasında sərhəddir və bu çayın üzərindən səyyar körpü vasitəsilə hərbi qüvvələrin keçməsi ərazi bütövlüyünün pozulması hesab olunur. Bu mənada, baş verənlər Azərbaycan tərəfindən diqqətlə izlənilir. Təbii ki, təlim zamanı İran Azərbaycanla sərhədi pozmağa cəhd edərsə, mütləq adekvat cavab alacaq.

Onu da bildirək ki, İran bu təlimlərlə şərti olaraq Azərbaycan və Ermənistanı hədəf göstərir. Qeyd edildiyi kimi, Azərbaycan İrana adekvat cavab verməyə hazırdır. Lakin İran Ermənistan sərhədini pozduğu halda Ermənistanın eyni cavab verə bilməyəcəyi dəqiqdir. İranın təlimlərində çaylardan keçmə, körpülərin atılması o deməkdir ki, onlar Araz çayının üzərindəki əməliyyatları nəzərdə tuturlar. Məsələnin digər tərəfi isə Avropanın Ermənistana göndərdiyi texniki heyətdir ki, bu da İranda qıcıq yaradır. Çünki İran bilir ki, o heyətlərin məqsədi təkcə Azərbaycan-Ermənistan sərhədi deyil, onların bir funksiyası da kəşfiyyat məlumatlarının toplanması olacaq. İndiki proseslərin fonunda İran buna qarşı planlar qurur. Ermənistanın Avropa İttifaqı, Fransa və ABŞ-dan hərbi yardım ala biləcəyinə ümid edərək onlarla işbirliyi İranın bu ölkəyə ümidlərinin üzərindən xətt çəkir. O da xüsusi qeyd olunmalıdır ki, İran Qərbə qarşı iki cəbhədə yer alir. Birinci halda Rusiya-Ukrayna müharibəsində Qərbin əleyhinə Moskvanı silahla təchiz edir. İkinci halda isə Zəngəzur dəhlizinə qarşı çıxaraq, Cənubi Qafqazda Qərbin geosiyasi layihələrinin reallaşdırılmasına əngəl yaratmağa çalışır. Lakin  İranın bölgəyə hərbi-siyasi təsir imkanları son dərəcə məhduddur. Onun Ermənistan ərazisindən bölgəyə müdaxiləsinə nə Rusiya, nə Qərb razı olar. Azərbaycan ərazisinə istənilən müdaxilə cəhdinə ordumuz layiqincə cavab verməyə hazırdır. Həm də bu, İranın Türkiyə ilə üz-üzə gəlməsi deməkdir. Rusiyanın və Qərbin də bu halda İrana qarşı duracağı şübhəsizdir. Lakin istənilən halda faktdır ki, İranın Azərbaycanla sərhəddəki hərbi fəallığı İkinci Qarabağ müharibəsindən sonra, ordumuzun Araz çayı boyunca azadetmə əməliyyatları apardığı vaxtdan qeydə alınıb. Hətta o vaxt İran rəhbərliyi Bakıya ziddiyyətli mesajlar göndərdi və güc nümayiş etdirərək Azərbaycan Silahlı Qüvvələrinin irəliləyiş sürətinə təsir edəcəyinə ümid etdi. Lakin sonda yanıldığını gördü. Tehran Cənubi Qafqazın münaqişələrin həllində tamamilə fərqli bir xüsusiyyətə malik olduğunu da nəzərə almır. Dövlətlər arasında sülhə nail olmaq üçün ən vacib amil nəqliyyat əlaqələrinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasıdır. Artıq  Rusiya bunu öz iqtisadi faydası hesab edərək, bu gündəmi fəal şəkildə təbliğ edən ölkələrdən biridir. Azərbaycan və Türkiyə arasında quru əlaqəsi qurulmasını istəmədiyini açıq şəkildə nümayiş etdirən İran indi son nəticədə Rusiyanın Qafqazın nəqliyyat inteqrasiyası sahəsində səylərini rədd edir. Bununla isə İran yenə regionda özünü oyundankənar vəziyyətdə qoyur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ