Cümə axşamı günü, 12 noyabr 2026
     

Ukraynada Qərb-Rusiya qarşıdurması dünyanı daha dəhşətli müharibə ilə üzləşdirə bilər...

Image


Fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna savaşı qlobal miqyasda yeni qaçqın  dalğası yaradıb. Savaş milyonlarla insanın yaşayış yerini tərk etməsinə gətirib çıxarıb. BMT-nin məlumatına görə, müharibə başlanandan oktyabr ayınadək 7 milyondan çox Ukrayna vətəndaşı ölkəni tərk edib.

Rusiyanı tərk edənlərin də sayı artır. Təkcə səfərbərlik elanından bəri bu ölkədən gedənlərin sayı təxminən 1 milyon nəfərə çatır. Hər iki ölkədə çox sayda azərbaycanlı da yaşayır. Bu baxımdan, müharibədən sonra Rusiya və Ukraynadan Azərbaycana gələnlərin sayı da ayrıca maraq doğurur. Dövlət Turizm Agentliyinin turizm statistikası ilə bağlı açıqladığı göstəricilərdən aydın olur ki, bu ilin ikinci yarısından bəri Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı çoxalıb. Savaş başlarkən - fevralda 23 min 600 Rusiya vətəndaşı Azərbaycana gəlmişdi. May ayında bu rəqəm 28 min 300 nəfər olub. İyun ayında həmin göstərici 44 min 300 nəfərə yüksəlib. Əgər bu ilin iyununadək Azərbaycana ən çox Türkiyə vətəndaşları səfər edirdisə, həmin aydan bəri sıralamada ilk yerə Rusiya çıxıb. 2022-ci il ərzində Rusiya vətəndaşlarının ən çox gəldiyi ay isə iyul olub. Bu ilin iyulunda 60 min Rusiya vətəndaşı Azərbaycana gəlib. Rusiya vətəndaşlarının öz ölkələrindən çıxışı sentyabrın 21-dəki səfərbərlik elanından sonra da sürətlənib. Müharibəyə qatılmaq istəməyən bir çox Rusiya vətəndaşı, özəlliklə kişilər bu qərardan sonra ölkədən çıxmağa çalışıb. Həmin dövrdə Rusiyadan viza tələb etməyən ölkələrə, o sıradan Azərbaycana olan təyyarə biletləri kəskin bahalaşıb. Rəsmi rəqəmlərdən aydın olur ki, 2022-ci ilin sentyabrında Azərbaycana 46 min 200 Rusiya vətəndaşı gəlib. Bu, avqust ayı ilə müqayisədə 3 min nəfər çoxdur. Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabrında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 70 faiz və ya 27 min nəfər çoxalıb. Amma müqayisəni pandemiyadan öncəki 2019-cu illə apardıqda fərqli mənzərə yaranır. Belə ki, 2019-ci ilin sentyabrında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 71 min nəfər, yəni indiki ilə müqayisədə 50 faiz daha çox idi. Ancaq nəzərə almaq lazımdır ki, o vaxt quru sərhədi də açıq idi və Rusiya vətəndaşlarının ölkəyə daxil olmaq üçün təyyarə bileti almaqdan başqa da alternativləri vardı. 2019-cu ilin sentyabrında ölkəyə təxminən 18 min Rusiya vətəndaşı təyyarə ilə gəlmişdi. Bu üzdən, öncəki iki ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına pandemiyanın təsiri bu il qeydə alınan göstəricilərlə bağlı tam aydın mənzərənin ortaya çıxarılmasını əngəlləyir.

Azərbaycana gələn xarici ölkə vətəndaşlarına dair statistikada Ukrayna ilə bağlı göstəricilər də maraq doğurur. Rəsmi rəqəmlərdən aydın olur ki, müharibə başlanandan dərhal sonra, mart ayında Ukraynadan Azərbaycana gələnlərin sayı kəskin artıb. “Azadlıq” radiosunun məlumatına əsasən, bu ilin yanvar və fevral aylarında Azərbaycana 1 500-1 600 Ukrayna vətəndaşı səfər etmişdisə, mart ayında bu göstərici üç dəfədən çox artaraq 5 min 300 nəfərə yüksəlib. Sonrakı aylarda isə Ukraynadan Azərbaycana gələnlərin sayı hər ay ortalama 2 min nəfər civarında olub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yayımladığı rəqəmlərə görə, 3 925 Ukrayna vətəndaşı Azərbaycanda qaçqın kimi qeydiyyata alınıb. Ukraynalı qaçqınların sayı baxımından lider ölkə Polşadır. Burada Ukraynadan gələn qaçqınların sayı 1 milyon 436 min nəfərdir. Almaniyada qaçqın statusu verilən Ukrayna vətəndaşlarının sayı 1 milyon 2 min nəfəri ötüb. Çexiyada qeydə alınan ukraynalı qaçqınların sayı 442 min nəfəri keçib. İtaliya (171 min), İspaniya (147 min), Türkiyə (145 min), Birləşmiş Krallıq (137 min) və Fransa da (105 min) ukraynalı qaçqın sayının 100 min nəfərdən çox olduğu ölkələr arasındadır. Lakin ekspertlər hesab edir ki, Ukrayna müharibəsi davam edəcəyi halda buradan digər ölkələrə, o cümlədən Azərbaycana gələnlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Ukrayna müharibəsinin yenidən şiddətlənməsi haqqında danışan Türkiyə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oqtay məsələ ilə bağlı “axar.az” portalna bildirir ki, Krım körpüsü vurulduqdan sonra Rusiya və Ukrayna arasında döyüşlər ciddi şəkildə gərginləşib: “Rusiya İrandan aldığı dron və raketlərlə, eyni zamanda intiqam duyğusu ilə Ukraynanı atəşə tutur. Qarşılıq olaraq isə Ukrayna, başda Donetsk olmaqla, Rusiyanın işğal etdiyi bütün ərazilərdə rus ordusuna qarşı əməliyyatlar keçirir, hətta Belqorod şəhərində hərbi obyektlər də vurulur. Tezliklə müzakirələr başlamasa, müharibə daha dəhşətli xarakter ala bilər. Baş verənlər Ukrayna böhranının beynəlxalq problemə çevriləcəyini göstərir. Xüsusilə İsrailin Ukraynaya etdiyi yardımlar və İranın satmış olduğu PUA və raketlər əsas müzakirə edilən məsələlərin başında gəlir. Rusiya İsrailin Ukraynaya silah satışını gündəmə daşıyır. Sonrakı mərhələdə Türkiyənin də Ukraynaya silah satışı gündəmə gələ və ikitərəfli əlaqələr yenidən nəzərdən keçirilə bilər. Lakin hazırki məqamda Tehran-Moskva əlaqələrinin daha çox diqqət çəkəcəyi və ciddi mənada müzakirə ediləcəyi görünür. Qərb İranı sıxışdırmaq və Rusiyanı sülhə razı salmaq üçün Ukraynaya yardımı davam etdirəcək. Qısa zamanda sülh üçün masanı təşkil etmək mümkün olmasa, dünya daha böyük və dəhşətli müharibə ilə üzləşə bilər”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ