Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanın Şimali Kiprdə ofis açmasına böyük imkan açıldı - hətta Rusiya da...

Image


Tezliklə Rusiyadan Quzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) birbaşa uçuşların başlayacağı və Moskvanın 2022-ci ilin sonuna qədər Şimali Lefkoşada konsulluq açacağı bildirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında verdiyi açıqlamada ölkələri Quzey Kıbrıs Türk Cümhuriyyətini (KKTC) tanımağa çağırıb.

Rusiyanın “İzvestiya” qəzetinə danışan yüksək səviyyəli mənbələr Rusiyanın KKTC-yə birbaşa uçuşlar açacağını təsdiqləyib. Eyni mənbələr Moskvanın Şimali Lefkoşada konsulluq açmağa hazırlaşdığını da bildiriblər. Lakin mənbələr birbaşa uçuşları yalnız Rusiya özəl şirkətinin həyata keçirəcəyini və bunun Rusiya dövlətinin qərarı olmadığını bildirib: "Bu, Rusiya özəl aviaşirkətinin təşəbbüsüdür. Aviaşirkət birbaşa uçuşlar təşkil etməyi planlaşdırır. Lakin bu, KKTC-nin Rusiya tərəfindən diplomatik olaraq tanındığı anlamına gəlmir. Moskvanın KKTC ilə bağlı mövqeyi eyni qalacaq".

Mövzu ilə bağlı məlumatlarının olduğunu deyən mənbələr "Rusiya Federasiyası Kıbrısın şimalında konsulluq açmaq imkanını nəzərdən keçirir. Bu mövzuda da işlər aparılır. Çünki 10 mindən çox Rusiya vətəndaşı orada yaşayır və onlar üçün konsulluq xidmətləri mövcud deyil. 2022-ci ilin sonuna qədər açmağı planlaşdırdığımız bu konsulluq binası KKTC olması göstərilmədən "Şimali Lefkoşada Rusiya konsulluğu" adlandırılacaq", deyə bildirib. 

Qeyd edildiyi kimi, tezliklə Rusiyadan Quzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) birbaşa uçuşların başlayacağı və Moskvanın 2022-ci  ilin sonuna qədər Şimali Lefkoşada konsulluq açacağı bildirilib.

Qüzey Kıbrıs Türk Cumhuriyyətində Rusiyanın ofisi açılır və bu da o deməkdir ki, artıq o tanınmağa başlayır. Düzdür, deyirlər ki, tanınmaqdan söhbət getmir, sadəcə ofis açılır və s. Bununla belə, Azərbaycanın da Quzey Kıbrıs Türk Cümhuriyyətində ofis açmasına fürsət yaranmırmı?

  • “Azərbaycanın halal haqqıdır ki, dostuna, müttəfiqinə, qardaş dövlətə dəstək nümayiş etdirsin, bu müstəvidə istədiyi addımı atsın”

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyanın KKTC-də konsulluq açması ilə bağlı informasiyalar intensiv şəkildə yayılmağa başlayıb: “Rəsmi qaydada Rusiyanın KKTC-də konsulluğunun açılması ilə bağlı fikirlər səsləndirilməkdədir, mövqe bildirilməkdədir. Düşünürəm ki, dünyada artıq bir sıra proseslər başlayıb. Fikrimcə, Ukrayna münaqişəsinə, müharibəsinə görə artıq dünyada ayrı-ayrı dövlətlər, xüsusən də Şərq-Qərb qütbündə yerləşən dövlətlər bir-birinə qarşı müəyyən addımların atılması ilə fəqrlənməkdədirlər. O cümlədən də Ukrayana müharibəsinə görə bütün Qərb ölkələrinin mütləq əksəriyyətinin Rusiyaya qarşı birləşməsi bu ölkəni müəyyən addımlar atmağa vadar edir. O cümlədən də, bu məsələdə müəyyən qədər neytral mövqe tutan, eyni zamanda prosesin sülh və danışıqlar yolunda həllinə üstünlük verən, NATO dövləti, NATO ölkələrinin, Qərb dövlətlərinin və ABŞ-ın müttəfiqi olmasına baxmayaraq, Ukrayna məsələsində tamamilə fərqli mövqe tutan Türkiyə dövlətinin mövqeyi Rusiya tərəfindən müəyyən mənada dəstəklənməkdədir. Çünki baş verən bir sıra prosesləri, eləcə də Rusiyaya qarşı siyasi-iqtisadi sanksiyaları dəstəkləməyən, o cümlədən də Ukraynanın silahlandırılması məsələsində neytral mövqe tutan Türkiyənin bu addımları Rusiyanın da rəğbətini qazanıb. Fikrimcə, bu heç də Türkiyənin Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləməsi deyil...”

X.Bəşirovun sözlərinə görə, Türkiyə və Rusiya arasında mövcud olan münasibətlər nəticəsində artıq Rusiya KKTC-də nümayəndəliyin, konsulluğun açılması ilə bağlı addım atmağı düşünür. O hesab edir ki, istənilən dövlət beynəlxalq aləmdə atacağı addımları ölçüb-biçməli, götür-qoy etməlidir, öz dövlətçilik və milli maraqlarına zidd olmayan addımlar atmağa üstünlük verməlidir. “Azərbaycana gəldikdə, təbii olaraq bilirik ki, Azərbaycan müstəqil siyasət yürüdür. Azərbaycanın yürütdüyü siyasət əsasən daim Azərbaycan xalqının, dövlətinin, dövlətçiliyinin maraqlarından irəli gələn maraqlarla bağlıdır. Mövzu ilə bağlı düşünürəm ki, həm İkinci Qarabağ müharibəsinə qədər baş verən proseslərdə, həm müharibənin reallaşdırılmasında, ondan sonra siyasi və diplomatik müstəvidə, informasiya cəbhəsində atdığı addımlarla nəyi necə və nə vaxt edəcəyini ən yaxşı bilən Prezident İlham Əliyevin bu məsələdə də addım atmasını gözləmək lazımdır. Çünki bu rəsmi şəkildə, dövlət səviyyəsində atılacaq bir addımdır. Bu hansısa vətəndaşın, ekspertin mövqeyindən asılı olmayan bir şəkildə atılacaq addım olduğuna görə, düşünürəm ki, bu, dövlət, dövlətin ən ali rəhbərliyi  səviyyəsində atılacaq addımlardan biridir. Bu səbəbdən də bu məsələdə fərqli fikir səsləndirmək doğru olmazdı. Amma hər bir halda düşünürəm ki, İkinci Qarabağ müharibəsində və ondan sonrakı proseslərdə daim Azərbaycanın mövqeyinə dəstək nümayiş etdirən, müharibə dövründə bizə siyasi-diplomatik, mənəvi dəstəyini bir an olsun belə əsirgəməyən Türkiyə dövlətinin maraqlarına uyğun addımların atılması, təbii ki, Azərbaycan dövlətinin də, Azərbaycan xalqının da maraqlarına uyğundur. Çünki bu gün Azərbaycan dövlətinin də Türkiyə dövləti kimi dünyada və regionda günü-gündən nüfuzu artmaqdadır. Bu gün Azərbaycan dövləti Ukrayna müharibəsinə görə enerji böhranı ilə üz-üzə qalan Avropanın enerji xəritəsinin formalaşdırılmasında, o cümlədən də enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rolu olan və rolu günü-gündən artmaqda olan bir dövlətdir. Təbii ki, dünya dövlətləri, o cümlədən də Avropa ölkələri bu məsələdə Azərbaycanın mövqeyini, nüfuzunu qəbul edirlər. Prezident İlham Əliyevin keçirdiyi son görüşlər də bir daha bundan xəbər verir...”

X.Bəşirov hesab edir ki, bu gün Türkiyə ilə açıq şəkildə düşmənçilik siyasəti yürüdən, o cümlədən də bir müddət bundan əvvəl baş nazir səviyyəsində İrəvandan Azərbaycana qarşı bir sıra əsassız bəyanatlar verən və Ermənistanı dəstəklədiyini bildirən Yunanıstan dövlətinə Türkiyə ilə konfrontasiyaya getdiyi KKTC məsələsində qardaş ölkəyə dəstək vermək Azərbaycanın  təbii haqqıdır: “Azərbaycanın halal haqqıdır ki, dostuna, müttəfiqinə, qardaş dövlətə dəstək nümayiş etdirsin, bu müstəvidə istədiyi addımı atsın. Bu bizim müstəqil siyasətimizdən irəli gələn addımlarla bağlıdır...Bu istiqamətdə Azərbaycan dövlətinin addım atmasına heç bir şey mane ola bilməz. Əgər bu qənaətə gəlinəcəksə, Azərbaycanın da analoji addım atması onun suveren hüququdur...”

X.Bəşirovun qeyd etdiyinə görə, İkinci Qarabağ müharibəsində və ondan sonra baş verən prpseslərdə Prezident İlham Əliyev daim belə fikirlər səsləndirib ki, Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirən və həmin o prosesdə ölkəmizin yanında olan istənilən dövlət bizə dost, bu məsələdə Azərbaycana qarşı olan dövlətlər isə, təbii ki, bizə dost olmayan dövlətlərdir. “İkinci Qarabağ müharibəsində və ondan sonrakı proseslərdə Yunanıstan daim Azərbaycana əsk qütbdə  mövqe tutub, yer alıb. Fikrimcə, bu məsələdə Azərbaycanın dövlətçilik və milli maraqlarına zidd addım atılırsa, Azərbaycan da eyni cavabı vermək haqqında malikdir. Bu prizmadan yanaşsaq, təbii ki, bir tərəfdən Azərbaycanın milli maraqlarına, dövlətçilik maraqlarına, işğal dövründə ölkəmizin haqlı mövqeyinə dəstək olmayan, əksinə, təcavüzkar Ermənistanı dəstəkləyən Yunanıstanın Türkiyəyə qarşı da düşmən münasibət bəsləməsi sözügedən məsələnin reallaşması ehtimallarını mümkün qədər artırır. Fikrimcə, Azərbaycanın prinsipial və qətiyyətli iradəsinə uyğun olacaqsa, dövlətimizin bu addımı atmasına heç bir dövlət, qüvvə, təşkilat mane ola bilməz...Təbii, hər bir məsələnin reallaşmasının öz zamanı və müəyyən şərtləri var”-deyə X.Bəşirov vurğuladı...

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ