Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Emin Piri Vətən müharibəsinin bu günlərini necə xatırlayır... - MÜSAHİBƏ

Image


“Biz qələbə xəbərini Azərbaycan xalqından gec eşitmişik”

Vətən müharibəsinin əvvəlindən axırına qədər ön cəbhədə sinəsini düşmənə sipər edən həmkarlarımızdan biri də “Ədalət” qəzetinin əməkdaşı, şair-publisist Emin Piridir. “Bakı-Xəbər”in qazi jurnalistlərlə bağlı gerçəkləşdiridiyi layihənin bu sayında Emin Piri ilə həmsöhbət olduq.

Emin Piri redaksiyamıza əliboş gəlmədi, özü ilə Zəfərdən sonra qələmə aldığı “Sən azadsan” və 2017-ci ildə nəşr olunan “Sağ qalan varmı?” kitablarını da gətirdi...

- Vətən müharibəsinin ikinci ildönümüdür. Zəfər yürüşündə yaxından iştirak etmisiz. Maraqlıdır ki, üstündən çox vaxt keçməsini gözləməyib müharibə təəssüratlarınızı müharibə gündəliyində ifadə etməyə çalışmısız...Bu barədə nə deyə bilərsiz?

- Müharibənin gedişində düşünürsən ki, hər an həlak da ola bilərsən. Bütün bunlarla yanaşı, insanda “bəlkə sağ qaldım qayıtdım” kimi bir ümid qığılcımı da olur. Bu mənada, fürsət düşəndə qeydlər edirdim ki, bəlkə yazdıqlarım mənim kimi birinin əlinə düşər, o da götürüb bu gündəliyi tarixləşdirər.

- Güllə yağışının altında bu qeydləri etməyə, gündəlik yazmağa necə vaxt tapırdınız?

- Deyim ki, oturub orada şeir yazırdım, gündəlik baş verənləri ətraflı qeyd edirdim, xeyr, bunu desəm yalan çıxar. Sadəcə, böyük bir hadisəni bir cümlə ilə yazırdım ki, tutalım, filan istiqamətdə bu qədər şəhid verdik, bu qədər yaralımız oldu. Sonra bu hadisələri yenidən xəyalımda canlandırıb, yaddaşımı qurcalayıb yazıya aldım. Orada bunları şeir kimi, yaxud mətn kimi yazmağa nə zaman, nə də şərait olub. Tutaq ki, nəsə mənə poetik bir ifadə kimi görsənirdi, fikri, misranı qeyd edib üstünə “şeir” sözünü yazırdım ki, macalım olanda onu şeirə çevirim. Bu gün iki-üç kitablıq müharibə gündəliyim var. İndiyə qədər mətbuatda ən azı iki ki­tablıq müharibə gündəliyim çap olunub... Elə qeydim var ki, sonra ondan iki-üç məqalə yazdım. “Xocalı kəndlərindəyik” qeydim vardı. Xocalı kəndlərində baş verən hadisələri yenidən yaddaşımda oyadıb yazdım...

- “Zəfər Klubu”nun layihəsi olan “Sən Azadsan!” kitabının çap edilməsi çox maraqlıdır. Burada hər bir oxucuya yönəlik mesajlar var. Müharibə gündəliyindən parçaların əks olunduğu kitab necə çap olundu?

- Təhsil Nazirliyinin V qrant müsabəqsinin qalibi oldum. O vaxt “Qalib müəllim” müsabiqəsində mənim barəmdə çəkilən süjet qalib oldu. Türkiyənin təhsil naziri Ziya Kılıc da, biziim təhsil naziri də o tədbirdə iştirak edirdi. Mən qeyd etmişdim ki, tarixi anlar həmişə olmur, bilmək olmur ki, biz bir də yaşayacağıq, yoxsa yaşamayacağıq. Önəmli məsələ odur ki, sırf məktəblərin üzərində dayandım. Mənim üçün burada çox böyük əhəmiyyət kəsb edən, motivasiya verən məktəbli məktublarıdır.

- Məktəblilərin əsgərlərə yazdığı məktubları nəzərdə tutursuz?

- Bəli. Mən istədim ki, şagirdlərin əsgərlərə yazdığı məktublar tarixləşsin. Bu məqsədlə bir neçə məktəbli məktublarını topladım ki, çap edək. Bu məktubların bəziləri özümdə olub, bəzilərini bu məktubları özündə saxlayan əsgər və zabit yoldaşlarımdan almışam. Bu məktublardan biri də şəhid cibindən çıxan məktub idi. Bu, kitabda da qeyd edilib. Ən azından 30-a yaxın məktubu adı, ünvanı ilə tarixləşdirdim. Bu kitabda mənim müharibə gündəliyimin bir hissəsi və bir də şagirdlərin müharibə barədə hekayələri getdi. Çalışıram ki, xatirələrimi, qeydlərimi sürətli yazım və mətbuatda çap etdirim. Çünki zaman keçdikcə insanın yaddaşı korlanır və sair. Bu yazılarımı iki dəfə Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqəyə də vermişəm və ardıcıl “ən yaxşı oçerk” nominasiyasının qalibi oldum. Müsabiqəyə müharibə gündəliyindən yazılar vermişdim. Müharibədən sonra daha çox qələmlə uğurlar qazandım. 

- Qələm adamının ön cəbhədə, müharibənin getdiyi qaynar nötqədə olmasının faydalarından biri də odur ki, bu prosesi obyektiv şəkidə işıqlandırır, çatdırır. Sizin fikriniz necədir?

- Şair yanaşması bir az başqa cür olur. Vicdanlı Azərbaycan zabiti obrazı mənim üçün daha böyük əhəmiyyət kəsb edir. Mən müharibə gündəliyində humanist Azərbaycan zabiti obrazı yaratmışam. Bu obrazı daha çox beynəlxalq auditoriya üçün fikirləşmişəm. Onsuz da Azərbaycan öz torpaqlarını işğaldan azad edən bir dövlət kimi beynəlxalq aləmdə tanınır. Bununla yanaşı Azərbaycanı humanist, sivil və ziyalı, aristokrat bir zabit obrazı ilə təqdim etmək olar.

- Bu obrazın konkret prototipi var, sirr deyilsə o zabitin adı nədir?

- O real şəxsdir. Zabitin adını bilmirəm. Çünki bəzi məsələlərə görə geyimimizdə adlarımız, rütbələrimiz qeyd edilmirdi. Mən özüm zabit olsam da, biz orada rütbə taxmırdıq. Azərbaycan zabiti Hadrutun Tuğ kəndində erməninin evində toyuq-cücəyə dən səpir. Başqa xalqlar olsaydı, bundan humanist bir məqsəd kimi istifadə edərdi. Azərbaycan zabitinin bu humanist davranışından möhtəşəm bir film çəkmək olardı. Azərbaycan zabitinin humanist obrazını yaratmaq ona görə lazımdır ki, ermənilərin bizimlə bağlı yaratdığı mənfi obrazı dağıda bilək, bu bizə beynəlxalq aləmdə lazımdır...

- Səfərbərliklə getdiniz müharibəyə?

- Birinci dərəcəli ehtiyatda olan zabit olduğuma görə onsuz da bilirdim ki, təlim də olsa, müharibə də baş versə ilk növbədə məni çağıracaqlar. Çünki Aprel döyüşləri zamanı da müraciət etmişdim. O vaxt mənə “hələ ehtiyac yoxdur” dedilər. Mən Ağdamda, cəbhə bölgəsində xidmət etmişəm. 2020-ci ilin 27 sentyabrından əvvəl təlim olmuşdu, amma məni çağırmamışdılar. Sentyabrın 24-də, 25-də gedib səfərbərliyə canlı olaraq müraciət etdim və yeni nömrəmi qeyd etdirdim ki, müharibə olarsa məni də çağırsınlar. Hamı hiss edirdi ki, müharibə olacaq. Uşaqlara deyirdim ki, birinci zəng mənə gələcək. Doğrudan da Prezidentin səfərbərliklə bağlı sərəncamından bir neçə dəqiqə keçdikdən sonra mənə Səfərbərlikdən zabitlər şöbəsindən zəng gəldi. Sentyabrın 28-də çağırıldım.

- Döyüş yolunuz hardan keçdi?

- Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətində və Laçın dəhlizi boyu gedən döyüşlərdə iştirak etmişəm. Mən müharibənin ən dəhşətli xəttində - Xocavənddə olmuşam.

- Bəs nə zaman tərxis olundunuz?

- Dekabrın 31-də qayıtdım.

- Siz müharibəyə gedəndə ailəniz bunu necə qarşıladı? Subaysız yəqin ki?

- Bəli, subayam. İşdəkilərlə görüşdüm, hamı şəkil çəkib paylaşdı. Anam feysbukda olmadığı üçün, təbii ki, bilmədi. Bacım bilirdi. Evdəkilərlə sağollaşmağa getdim. İki il səngərdə xidmətdə olmuşam, ona görə  bilirdim ki, təxminən nələr almaq lazımdır. Tez gedib şəxsi ləvazimatlar aldım, üz-başımı qırxdırdım ki, müharibədə vaxt olmayacaq. Əşayalarımı yavaş-yavaş yığırdım ki, anam “bu nədir yığırsan” dedi. Əvvəl bildirmədim, dedim yola düşəndə müharibəyə getdiyimi deyərəm. Bir var bilib əvvəlcədən əzab-əziyyət çəkəsən, biri də var az qalmış biləsən. Anam müharibəyə getdiyimi biləndə heç nə demədi. Mən həmin analara ona görə minnətdaram ki, övladlarını müharibədən saxlamadılar, elə mənim anam da. Bir ağladı və gedəndə məni Quranın altından keçirdi. Müharibədən yayınmağı bir zabit, bir Azərbaycan vətəndaşı kimi, bir Emin Piri kimi özümə şərəfsizlik bilərdim.

Onu da deyim ki, müharibədə olanda anamı düz oktyabrın 31-nə kimi aldatmışdım. Hər dəfə əlaqəyə çıxmaq mümkün olanda anamla danışırdım, ona demişdim ki, mən Xızıda poliqondayam, silah anbarına nəzarət edirəm. Bəhanə edirdim ki, telefonla tez-tez danışsam ermənilər seti tutub anbarı vurarlar və sair. Sonra bildim ki, ön cəbhədə olduğumu anam bilirmiş, sadəcə özünü aldanmış kimi göstərib.

- Müharibəyə gedəndə, yəqin ki, şəhid olmağı da gözaltına almışdınız...

- Təbii ki, elədir. Sözün düzü, düşünmürdüm ki, bizim 3 min şəhidimiz var, elə bilirdim bizim şəhid sayımız daha  çoxdur. Bizim əsas döyüş yolumuz Füzuli-Xocavənd xəttindən keçdi deyə, orada güclü döyüşlər getdi, xeyli sayda şəhdilərimiz oldu, erməni tərəfdən də ölənlər çox oldu. Düşünürdüm ki, cəbhə boyu bu qədər döyüş gedibsə, ən azı 20 min şəhidimiz var. Biz belə bilirdik. Amma 3 minə yaxın şəhidimiz olduğunu eşidəndə dedik ki,  şükür Allaha şəhidimiz az olub. Müharibədə sağ qalmaq ümidi çox az olur.

- Qələbə sorağını harada eşitdiniz?

- Əslində, biz qələbə xəbərini Azərbaycan xalqından daha gec eşitmişik. Çox vaxt rabitə yaratmaq olmurdu, telfon xətləri tutmurdu. Səhər saatları idi. Zabitlərdən biri güclə də olsa əlaqəyə çıxmışdı, ona deyiblər ki, xalq küçələrdədir, müharinə qurtarıb. Gecə tam sakitlik olmuşdu. Biz Topxana meşələrində idik. Noyabrın 4-dən Cıdır düzünün qarşısında, Xankəndinin yaxınlığında idik. Bilirdik ki, Şuşada döyüşlər gedir. Dedim ki, bəs biz Xankəndini nə vaxt aldıq ki, xəbərimiz olmayıb? Sonradan bildik ki, bəyanat imzalanıb və Ağdamın, Kəlbəcər və Laçının dinc yolla qaytarılması ilə bağlı razılığa gəlinib.

- Cəmiyyətin, dövlətin sizə münasibətindən razısızmı?

- Həmişə demişəm ki, biz xalqdan heç nə istəyə bilmərik. Çünki biz əgər xalqın bir övladıyıqsa, xalqın borcu bu olub ki, bizi müharibəyə göndərib. Xalqa minnət qoymağın özü absurd çıxır. Problemlər varsa, bunu müəyyən instansiyalar həll etməlidir. Biz xalqın birliyini də, dəstəyini də görmüşük. Mən yuxarı instansiyalardan daha çox razıyam. Yəni Prezident səviyyəsində tapşırıqlar verilir, qayğı göstərilir, məmurlara işlərin icrası tapşırılır...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ