Cümə axşamı günü, 12 noyabr 2026
     

“Ermənistanın sərhəd təxribatları Moskvadan yönəldilir" – beynəlxalq rəy…

Image


Azərbaycan və Ermənistan arasında son vaxtlar davamlı olaraq baş verən atəşkəsin pozulması halları sentyabrın 12-dən 13-ə keçən gecə bəzi sərhədboyu ərazilərdə aktiv döyüşlərə çevrildi. Bunun səbəbləri heç şübhəsiz ki, Ermənistanın hərbi təxribatlarıdır. Amma belə görünür ki, baş verənlər dünya miqyasında da diqqətlə izlənilməklə geosiyasi rəqabət predmetinə çevrilməkdədir.

Məsələn, indi Qərb ölkələrində bu məsələdə “Rusiya barmağı”nın olduğu qənaətindədirlər. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan sərhədində gərginliyin artmasına münasibət bildirərkən deyib ki, rəsmi Vaşinqton münaqişənin qızışmasında Rusiyanın “aranı qarışdırmış” olmasından narahatdır: “Bu yolla Rusiya diqqəti Ukraynadakı vəziyyətdən yayındırmağa çalışır”. O, Azərbaycan və Ermənistanı düşmənçiliyə son qoymağa çağırıb və əlavə edib ki, Rusiya öz nüfuzundan istifadə edərək, tərəflər arasında “suları durulda” da bilər. Döyüşlərin müsbət keçdiyi düşünülən son Brüssel görüşündən sonra baş verməsi də, Rusiyanın bu görüşə qısqanclıqla yanaşmış olması barədə spekulyasiyaları da artırıb. Ancaq siyasi tədqiqatçı Laurens Broersin fikrincə, döyüşlərin Brüssel görüşündən sonra baş verməsi heç də Rusiyanın bu işdə barmağının olması kimi anlaşılmamalıdır.  Onun sözlərinə görə, əksinə hərbi toqquşmalar Rusiyanın regiondakı maraqlarına ziddir. Çünki döyüşlərin intensiv xarakter alması onu göstərir ki, Rusiya bölgədə sülhü qorumaqda acizdir: “Bu isə Rusiyanın həm Azərbaycanda, həm də Ermənistanda nüfuzunun aşağı düşməsi deməkdir. Kremlin bu cür silahlı toqquşmalarda maraqlı olduğuna inanmıram”. Ancaq Qərbdə bu mövqenin əleyhinə olanlar çoxdur. Bu mövqedən çıxış edənlərin fikrincə, bu tip gərginliklərin və lokal toqquşmaların baş verməsində maraqlı olan tərəf elə Rusiyadır. Belə ki, Azərbaycan və Ermənistan arasındakı problemlərin qəti həlli, yəni, hərtərəfli sülh müqaviləsi imzalanaraq, bütün bu mübahisəli məsələlərə son qoyulması və Qarabağ problemi deyilən məsələnin tarixə qovuşması Rusiya üçün sərfəli deyil. Çünki bu münaqişə tamamilə həll olunduqdan sonra, Rusiya hərbi kontingentinin sülhməramlı adı altında Qarabağda qalmasına da əsas olmayacaq. Digər tərəfdən, Ermənistanın Azərbaycan və Türkiyə ilə öz problemlərini həll etməsindən sonra hətta gələcəkdə Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması məsələsi də gündəmə gələ bilər. Beynəlxalq Böhran Qrupundan Olesya Vartanyan isə iddia edir ki, əslində, Rusiya hazırda Ukraynada baş verənlərlə məşğuldur: “Daha bir münaqişəyə başlamaq və ikinci cəbhə açmaq Rusiyanın xeyrinə deyil. Buna görə də, Rusiyanın tamamən fəaliyyətsiz olduğunu görürük”.

Hərbi təhlilçi Ədalət Verdiyev isə günahı Ermənistanda görür. O hesab edir ki, döyüş şəraitinin gündəmdə qalması Ermənistana imkan verir ki, dünyanı münaqişənin hələ də bitmədiyinə inandırsın. Onun fikrincə, İrəvanın məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə qoşmaqdır: “Ermənistan problemlərin həllinə daha çox ölkənin cəlb olunmasında maraqlıdır. Erməni rəsmilərin keçirdiyi son görüşlər də İrəvanın məqsədini tam ortaya qoyur. Ermənistan müdafiə nazirinin ABŞ-a səfəri, ABŞ dövlət katibinin köməkçisinin İrəvana gəlməsi, Fransa ilə münasibətlər, ABŞ konqresmenlərindən gələn mesajları buna nümunə göstərmək olar”. Bəzi ekspertlər də bildirir ki, Ermənistan bu cür silahlı toqquşmalara getməklə Minsk Qrupu formatını yenidən aktuallaşdırmaq niyyəti güdür. Digər tərəfdən Ermənistan baş verənlərlə bağlı KTMT-yə müraciət etsə də, əvvəldən bilirdi ki, bu təşkilat ona dəstək verməyəcək. Belə olan halda Nikol Paşinyan hakimiyyəti Rusiyadan üz döndərmək üçün müəyyən bəhanələr qazanır və Fransa ilə ABŞ-ı yenidən bu məsələyə cəlb etməyə çalışır. KTMT-də Ermənistana kömək edə biləcək yeganə ölkə Rusiyadır ki, onun da başı Ukraynaya qarışıb və Ermənistana dəstək olmaq iqtidarında deyil. Məsələni bu fonda şərh edən israilli ekspert Mixail Finkel bildiri ki, əslində, revanş həvəsi Ermənistana baş verənlərdən nəticə çıxarmağa imkan vermir: “Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeləri möhkəm deyil, müxalifət onu daim zəiflikdə, İkinci Qarabağ müharibəsini uduzmaqda ittiham edir. Lider kimi öz imicini gücləndirmək üçün Paşinyan müxalifətin onu sürüklədiyi təxribata gedir”. Ekspert Ermənistanın özü üçün heç bir nəticə çıxarmamasından təəssüfləndiyini bildirib və əlavə edib ki, daim qisas almağa can atan, dayanmağı bilməyən insanlar var: “Paşinyan burnu ovulan kimi guya Azərbaycanı dayandırmaq xahişi ilə bütün dünya liderlərinə zəng vurmağa başlayır. Mən Ermənistanda elə lider görmürəm ki, onunla razılığa gəlmək mümkün olsun. Paşinyan öz davranışı ilə mənim proqnozlarımın doğruluğunu bir daha sübut etdi. Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi imzalamaq istəyinə baxmayaraq, Ermənistanda bunu edə biləcək lider yoxdur”. Onun sözlərinə görə, Ermənistan sülhə hazır deyil və praqmatik arqumentləri başa düşmür: “Beynəlxalq ictimaiyyətin nəsə edəcəyi ilə bağlı xülyalardan əl çəkmək lazımdır. Beynəlxalq birlik ən aciz konsepsiyadır. O, dünyanın bir çox qaynar nöqtələrində özünü göstərə bilmədi. Beynəlxalq platformalar heç bir sülh müqaviləsinə, heç bir davamlı sülhə gətirib çıxarmayıb”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ