Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanın sərhəd təxribatları Paşinyanın Vladivostokda çıxışından başladı

Image


Cəbhə zonasında baş verənlər bir daha Ermənistanın Azərbaycan qarşısında duruş gətirməsinin mümkünsüz olduğunu, bu ölkənin istənilən təxribatının ən sərt cavab reaksiyası ilə üzləşəcəyini bir daha açıq şəkildə nümayiş etdirdi. Əslində, bunu erməni tərəfi 44 günlük müharibədən sonra daha yaxşı bilir.

Elə bu səbəbdən postmüharibə dövründə Ermənistanın əsas məqsədi Azərbaycanla son qoymaq istəmədiyi münaqişəyə beynəlxalq gücləri daxil etmək olub. Buna görə də təsadüfi deyil ki, tərətdiyi təxribatın ardınca dərhal Ermənistan hökuməti “suveren ərazisinə təcavüzlə əlaqədar” Rusiyaya, KTMT-yə və BMT-nin Təhlükəsizlik Şurasına müraciət etdiyini bildirir. Əslində Paşinyan Uzaq Şərq Forumundakı təxribatçı çıxışının davamı olaraq sərhədlərdə məlum hadisələri törətdi. Baş nazirin hakimiyyəti sülh sazişində maraqlı olmadığını hələ bir neçə gün Vladivostokda göstərmişdi.

Sabiq prezident Robert Köçəryanın rəhbəri olduğu parlamentin “Hayastan” müxalifət fraksiyası Rusiya, eləcə də digər dost saydığı ölkələrə müraciət edərək, Azərbaycanın “cinayət əməllərinin” qarşısının alınması üçün təcili tədbirlər görülməsinə çağırıb. Bununla bağlı fraksiyanın bəyanatında deyilir: “Biz strateji müttəfiqimiz Rusiya Federasiyasına müraciət edərək, Ermənistan-Rusiya hərbi-siyasi müqavilələrində nəzərdə tutulan hərəkətləri gözləyirik. Biz beynəlxalq ictimaiyyəti - BMT-ni, ATƏT-i, KTMT-ni, Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində iştirak edən həmsədr ölkələri - Rusiya Federasiyasını, Fransanı, Amerika Birləşmiş Ştatlarını baş verənlərin qarşısını almaq üçün dərhal tədbirlər görməyə çağırırıq”. O da qeyd olunur ki, “Hayastan” dost ölkələrin, xüsusilə də İran İslam Respublikasının prosesdə fəal iştirakını gözləyir: “Xalqımızı panikaya düşməməyə, ayıq-sayıq olmağa və hər şeyə hazır olmağa çağırırıq”. Eyni yanaşma Ermənistanın digər siyasi qüvvələri tərəfindən də sərgilənir. Bu, bir daha təsdiq edir ki, Ermənistan sülh prosesində maraqlı deyil, Azərbaycanla münaqişəni davam etdirmək və məsələyə beynəlxalq güclərin müdaxilə etməsini istəyir. İndiki halda Ermənistan bu hərəkətləri ilə Rusiyaya da xəyanət  edir. Çünki o, öz təxribatları Rusiyanı Qafqzda yeni cəbhə açmağa sövq etməyə çalışır. Ukraynada başı qarışan Rusiya üçün Qafqaza diqqət cəmləmək problemdir. Bunu bilən erməni tərəfi əslində, regiona Qərb, ilk növbədə Fransa qüvvələrinin gəlməsini istəyir. Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makrona zəngi bu mənada təsadüf hesab olunmur. Təbii ki, belə yanaşma Ermənistanın Rusiyaya xəyanətidir. Türkiyəli ekspert Ceyhun Bozkurt da məsələyə bu prizmadan yanaşır: “Azərbaycan Silahlı Qüvvələri erməni təxribatına tutarlı cavab verəndə Paşinyan hər dəfə gah Putinə, gah da Makrona zəng edərək dəstək axtarır. Bu isə Ermənistanda dövlətin oturuşmadığını, başqa ölkələrdən asılı olduğunu göstərir. Azərbaycan Qarabağ savaşından sonra Ermənistana şans verdi, normallaşma prosesinə qədəm qoyuldu. Amma Ermənistan bunu dəyərləndirmək istəmir. Diasporun təsirindən çıxa bilmir. Ona görə də bu cür təxribatlara əl atır. Ancaq Azərbaycan bu təxribata tutarlı cavabı ilə qətiyyətli mövqe nümayiş etdirir”.

İndiki yaranmış vəziyyətdə Rusiyadan istədiyini ala bilməyən Ermənistan hakimiyyəti ölkə daxilində Kremlin mənfi obrazını yaratmağa da xüsusi diqqət edir. Hətta maraqlıdır ki, sərhəddə baş verənlər fonunda Ermənistan paytaxtında rusların Rusiyadakı Putin rejimi və Ukraynaya təcavüz əleyhinə növbəti etiraz aksiyası keçirilib. İrəvan polisi  nümayişçilərə “Azatutyun” meydanında Rusiya-Ukrayna müharibəsinə qarşı etirazlarını davam etdirməyə icazə verib. Etiraz aksiyası Azadlıq meydanında “Putin Haaqa məhkəməsində mühakimə olunmalıdır”, “Putin Rusiyanı satıb”, “Siyasi məhbuslara azadlıq”, “Monarxiya müharibədir”, “Müharibəyə yox” şüarlarının dalğalanması ilə davam edib. İndi bunlar fonunda rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, Ermənistan tərəfinin silahlı təxribatının məqsədi sülh sazişinin imzalanmasını pozmaqdır. “Ermənistan tərəfinin silahlı təxribatında məqsəd Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaqdır. Baş verənlərdə erməni tərəfinin məqsədi tamamilə aydındır”. Sülh müqaviləsinə qarşı addımlar əslində, Rusiyanın bu istiqamətdə səylərini “baltalamaqdır”. Amma belə hallar Ermənistanın özünə baha başa gəlir. Hərbi ekspert Ədalət Verdiyev  bu xüsusda qeyd edir: “Ermənistanın davam edən təxribatları sonunda Azərbaycan Ordusunu ona adekvat və daha təsirli cavab verməyə məcbur etdi. Ordumuzun cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verib. Şanlı ordumuz düşmənin təxribat törədən bölmələrinin yerləşdiyi mövqelərinə və atəş mövqelərinə cavab zərbələri endirdi. Endirilən zərbələr nəticəsində düşmən ciddi itkilərə məruz qalıb. Hazırda düşmənin bir neçə döyüş texnikası, o cümlədən radiolokasiya stansiyası, S-300 kompleksləri məhv edilib və onlarla canlı qüvvə itkisi mövcuddur. Ordumuzun bir neçə yeni mövqe əldə etdiyi də şübhəsizdir. Eyni zamanda düşmənin Qafanda yerləşən bir hərbi hissəsi də darmadağın edilib”. Digər mənbələr də təsdiq edir ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. Bunun ardınca tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib. Amma “Qisas” əməliyyatının ardınca bu hal bir daha təsdiq etdi ki, Azərbaycan istənilən vaxt erməni tərəfinin başını əzməyə hazırdır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ