Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiya qazının qiymət məsələsi, ABŞ-la Avropanı üz-üzə qoya bilər

Image


Avropa İttifaqı ölkələrinin energetika nazirləri Brüsseldə keçirilən təcili görüşdə Rusiya qazının alış qiyməti üçün limit qoyulmasını Kremlin ultimatumu səbəbindən razılaşdıra bilməyiblər. Belə ki, Vladimir Putin belə olacağı təqdirdə Rusiyanın qeyri-dost ölkələrə qaz ixracını tamamilə dayandıracağını deyib.

“The Daily Telegraph” qəzeti görüş barədə dərc etdiyi materialda razılaşmanın baş tutmamasının səbəbi ilə bağlı yazır ki, Avropa Komissiyasının Rusiya yanacağına “qiymət tavanı” müəyyənləşdirməsi təklifi müzakirələrin gedişində rus qazından daha çox asılı olan Avropa İttifaqı ölkələrinin etirazı ilə qarşılaşıb.

Qeyd edək ki, Avropa Komissiyası üzv dövlətlərin energetika nazirlərinin görüşü üçün Avropada enerji böhranına cavab üzrə beş təklif hazırlayıb. Rusiya qazının qiymətini min kubmetr üçün 520 avro ilə məhdudlaşdırmaqla yanaşı, ittifaq ölkələrindən elektrik enerjisi məsrəfini son beş ilin orta aylıq göstəricisinə nisbətdə 10 faiz azaltmağın tələb olunması, istehsalı nisbətən aşağı maya dəyərinə başa gələn elektrikin qiymətlərinə limit qoyulması, habelə əhalinin ən həssas təbəqəsinə və biznes sahələrinə subsidiyalar verilməsi təklif edilib. Amma qeyd edildiyi kimi Avropa İttifaqının energetika nazirləri Rusiyanın kəmərlə ixrac olunan təbii qazının qiymətinə limitin qoyulması ilə bağlı razılığa gəlməyiblər. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun sözlərinə görə, Avropa Komissiyasına mavi yanacağın bütün növlərinə, o cümlədən mayeləşdirilmiş təbii qaza (LNG) məhdudiyyətlərin tətbiqi imkanlarının öyrənilməsi tapşırılıb. Avropa İttifaqının məsələyə belə yanaşması ABŞ-da da mənfi qarşılanıb. Belə ki, ABŞ ixracatçıları Avropa İttifaqının təklif etdiyi qazın qiymətinə qoyulan məhdudiyyətlərə qarşı çıxmaq qərarına gəliblər. Vaşinqtonda yerləşən Mayeləşdirilmiş Təbii Qaz Mərkəzinin icraçı direktoru Çarli Ridl bildirib ki, qiymətin məhdudlaşdırılması tədbirləri istər-istəməz enerji bazarlarını pozur və zəiflədir, gözlənilməz nəticələr yaradır. Məsələ burasındadır ki, Avropaya indi ABŞ şirkətləri tərəfindən yüksək qiymətə maye qaz satılır. Bundan ABŞ şirkətləri yaxşı vəsait əldə edir. Amma  “qiymət tavanı” müəyyənləşdirildiyi halda ABŞ şirkətləri həmin gəlirdən məhrum olacaqlar. Çarli Ridl bu fonda qeyd edir ki, ABŞ Avropa ölkələrinin üzləşməli olduğu problemlərdən yaxşı xəbərdardır. Bununla belə, ABŞ ümid edir ki, Avropa İttifaqı ölkələri hələ də məhdudiyyətlərə aid olan bu cür yanaşmadan qaçacaqlar. “Citigroup”un Əmtəə Analitikasının rəhbəri Edvard Morse Vaşinqtonda Brukinqs İnstitutunda keçirilən seminarda çıxışı zamanı deyib ki, ABŞ və Avropanın Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq cəhdləri Avropa İttifaqında enerji böhranını daha da gücləndirə bilər. Onun sözlərinə görə, enerji hasilatı baxımından Avropa üçün bu il qış çox pis olacaq və vəziyyətdən narazı olanlar artacaq. Beləliklə, görünən budur ki, ABŞ Avropanı Rusiyanın enerji şantajından xilas etmək niyyətində deyil və burada daha çox öz biznes maraqlarını güdür. Bu da indiki halda Rusiyanın istəklərinə tam cavab verir.

Maraqlıdır ki, ABŞ qazla yanaşı, neft məsələsində də rusların istəyinə yaxın mövqe nümayiş etdirir. ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Elizabet Rozenberq bildirib ki, “Böyük Yeddilik” ölkələrinin Rusiya neftinin qiymətinə qoyacağı limit ədalətli bazar qiyməti ilə müəyyən edilməlidir. Onun sözlərinə görə, qiymət Rusiya neftinin hasilatı ilə bağlı maksimum xərclərdən yuxarı təyin olunmalı və tarixi qiymətlər nəzərə alınmalıdır. O deyib ki, “Böyük Yeddilik” ölkələri qiymət limitini və bunun həyata keçirilməsi ilə bağlı digər detalları müəyyən etmək üçün yaxın həftələrdə birgə işləyəcək. Beləliklə, bu açıqlamaya əsasən, rus nefti əslində, bazar qiymətlərinə münasib şəkildə tədarük edilməlidir. Xatırladaq ki, bundan əvvəl Qərb jurnalistləri “Böyük Yeddilik” ölkələrinin Rusiya nefti və neft məhsullarının dəyərinə yüksək qiymət həddi tətbiq etməyi planlaşdırdıqlarını öyrəniblər. Layihəyə əsasən, neftin maksimum qiymət həddi 2022-ci il dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq oluna bilər. Amma ABŞ-ın mövqeyi indi Avropanı çətin vəziyyətdə qoyur.  Avropa İttifaqı bu vəziiyətdə alternativ enerji mənbələrinin axtarışını sürətləndirib. Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var.  Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Elə buna görə də, bir müddət öncə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq barədə Anlaşma Memorandumu da imzalandı. Təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycan il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşüb. Bu il də İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixrac isə 22 milyard kubmetrdən artıq olacaq. Yeni mərhələdə Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa da start verilib ki, buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxildir. Səbəb də odur ki, bu gün qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə də böyük ehtiyac var. Azərbaycan isə xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir və elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ