Cümə axşamı günü, 12 noyabr 2026
     

İran Rusiyaya qarşı - Kreml Tehranı Qafqaz və Xəzərdə sıxışdırır...

Image


Avropada real vəziyyət burada enerji sarıdan problemlərin miqyasının böyüməkdə olduğunu göstərir. Səbəb Rusiya neft və qazının Avropaya ixrac həcminin azalmaqda davam etməsidir. Bu şəraitdə İran Avropa enerji bazarlarında yaranan boşluğu doldurmağa cəhd edir və təbii ki, bu da Rusiya tərəfindən birmənalı qarşılanmır.

Hələlik isə görünən budur ki, İran Rusiyanın narahatlığının fərqində olmaq istəmir. İranın neft naziri Cavad Ouci bu fonda qeyd edir: “Dünyanın neft istehsal edən ölkəsi kimi hər zaman beynəlxalq bazarlara neft və qaz çıxarmağa hazırıq. İran dünyada yaranmış enerji böhranının aradan qaldırılmasında və təbii qazın qiymətinin sabitləşməsində mühüm rol oynamağa hazırdır”. O bildirib ki, enerji təhlükəsizliyini təmin etmək maqsədilə İran Avropada yaranan təbii qaz böhranını sabit vəziyyətə sala bilər. Bir daha qeyd edək ki, Rusiya iqtisadi sanksiyalara cavab olaraq Avropaya təbii qaz ixracını dayandırıb. Bununla əlaqədar bir sıra Avropa dövlətləri qışın yaxınlaşmasını nəzərə alaraq təşviş keçirir. İranın neft naziri məhz bu durumda Avropaya yardım etməyə hazır olduqlarını bildirib. Lakin məsələnin digər tərəfi ondan ibarətdir ki, İran özü də sanksiyalar altındadır və dünya bazarına çox az miqdarda neft ixrac edə bilir. Bunu nəzərə alan Cavad Ouci deyib ki, “nüvə proqramı” barədə aparılan danışıqlarda razılıq əldə olunsa, İran dünya bazarına daha çox miqdarda neft çıxarar. Bunun nəticəsində Avropada enerjidaşıyıcıların qiyməti davamlı olaraq sabit qalar. Beləliklə, İran Rusiya ilə Ukrayna arasında baş verən hərbi münaqişədən faydalanmağa çalışaraq, ilk növbədə, Avropaya enerji ixrac etməyi planlaşdırır. Lakin ABŞ-İran münasibətlərinin gərginliyi və Avropanın rəsmi Vaşinqtona daha çox meyl etməsi İranın siyasi addımlarının uğurlu olacağını şübhə altına alır. Buna baxmayaraq, İran diplomatiyası gərgin fəaliyyət göstərir ki, bu da rəsmi Tehranın müəyyən müddətə Avropa bazarlarına enerji resursları ixrac etməsi ehtimalının artdığını göstərir. Hər halda, bu gün Avropa təcili olaraq qış aylarına kimi enerji problemini həll edib Rusiyadan asılılığına son qoymaq istəyir. İran isə Avropanın tələbatını ödəməyə hazır olduğunu bildirir. Deməli, yaxın günlərdə Qərb dövlətləri ilə İran arasında hansısa bir razılaşmanı gözləmək olar. Hələlik tərəflər arasında danışıqlar davam edir. Bu siyasi prosesin nə ilə nəticələnəcəyini zaman göstərəcək. Lakin onu da yaddan çıxarmaq olmaz ki, İranla Rusiya arasında da yaxın əlaqələr mövcuddur. Rusiyanın təzyiq etdiyi ölkələrə İranın yardım etməsi rəsmi Moskvanın yəqin ki, xoşuna gəlməyəcək. Elə bu səbəbdən Rusiyanın İrana qarşı müəyyən gedişlər edəcəyi gözlənilir. Çünki İran Rusiyanın Avropaya qarşı tətbiq etdiyi enerji təzyiqlərini heçə endirə bilər. Halbuki, Rusiya bu təzyiqləri gücləndirməyə çalışır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu fonda qeyd edir ki, ölkəsindən Avropaya qaz nəqli yaxın perspektivdə mümkünsüz görünür: “Şimal axını-1” vasitəsilə qaz tədarükü ilə bağlı problemlər Avropa boru kəmərinin işləməsinə mane olan sanksiyaları aradan qaldırana qədər davam edəcək. Qazın kəmərə vurulmasında problemlər, Almaniya və Böyük Britaniya da daxil olmaqla, Qərb dövlətlərinin ölkəmizə və bir sıra şirkətlərə tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb. Qazın vurulması ilə bağlı problemləri yarada biləcək başqa səbəblər yoxdur”. Dmitri Peskovun sözlərinə görə, hazırda fəaliyyətdə olan bir aqreqat qalıb: "Sanksiyalar ucbatından boru kəmərinə texniki xidmətin göstərilməsi qeyri-mümkün olub. “Şimal axını-1”-in bütün işi sıradan çıxmağa yaxın olan bir aqreqat üzərində qurulub".

Rusiyanın energetika naziri Nikolay Şulqinov Vladivostokda keçirilən “VII Şərq İqtisadi Forumu”nda qeyd edib ki, Avropa hətta 2027-ci ilə qədər Rusiya qazından imtina edə bilməyəcək. Onun sözlərinə görə, tam imtina Avropa İttifaqı sənayesinin, o cümlədən kimya sənayesinin dayanmasına gətirib çıxaracaq. Onun fikrincə, qarşıdan gələn qış fəsli işlərin real vəziyyətini göstərəcək. Avropa yalnız maye qaz (LNG) istehsalını artıran ABŞ-a arxalana bilər. Amma ABŞ-dan Avropaya qaz nəqli olduqca baha başa gəlir: “Rusiya həmçinin LNG tədarükünü artırmaq və Çinə boru kəmərləri çəkməklə qaz hasilatını saxlamağı planlaşdırır. Uzunmüddətli planlaşdırma yalnız “Sibir-2”nin ildə 50 milyard kubmetr əlavə həcm təmin edəcəyini nəzərdə tutur. 2030-cu ilə qədər LNG istehsalında əhəmiyyətli artım gözlənilir. Hazırkı mərhələdə bu rəqəm 30 milyondursa, gələcəkdə istehsalın 80-100 milyona qədər artırılması nəzərdə tutulur”. Avropaya qaz nəqlini azaldan Rusiya Çinə ixracı artırmaqla itkilərini kompensasiya etməyə çalışır. Artıq Rusiyanın “Qazprom” şirkəti və CNPC (Çin Milli Neft-qaz Korporasiyası) Çinə qaz tədarükü üçün ödənişlərin rubl və yuanla həyata keçirilməsi barədə razılığa gəliblər. Çinə qaz tədarükü üzrə ödənişlərin ölkələrin milli valyutaları - rubl və yuanla aparılması  da razılaşdırılıb. Məlumata görə, “Qazprom”un rəhbəri Aleksey Miller yeni ödəniş mexanizmini qarşılıqlı faydalı və etibarlı həll yolu adlandırıb. Onun fikrincə, bu, hesablamaları sadələşdirəcək, Rusiya və Çin iqtisadiyyatlarının inkişafına təkan verəcək, həmçinin digər şirkətlər üçün nümunə olacaq. Çinlə əməkdaşlığın genişlənməsi şəraitində Rusiya enerji faktoru ilə Avropaya daha asan təzyiq edə bilir. Amma indi İran Kremlin bu planlarını poza bilər. Hesab edilir ki, bunun qarşısını almaq üçün Rusiyanın İrana Cənubi Qafqaz, Xəzər dənizi və Orta Asiyada təzyiqlərinin artması gözləniləndir. Hazırda Rusiya Xəzərdə ən güclü donanmaya sahibdir, İran isə gücünü ona çatdırmağa çalışsa da istədiyi nəticəni əldə edə bilməyib. İranın Qafqaz siyasəti regionun aparıcı ölkəsi olan Azərbaycanla vaxtaşırı problemlərə səbəb olur. Bu halda Rusiya və Azərbaycan birlikdə regionda iranı tam sıxışdırıb çıxarmasına əsas yaradır. Bura Türkiyə faktoru da əlavə edilməlidir.  Orta Asiyada da Rusiya İranın təsir gücünün artmasına qarşıdır. Hesab edilir ki, İranın Avropaya qaz nəqli cəhdləri artsa, Kreml bu məkanlarda İranın sıxışdırılıb çıxarılması prosesini sürətləndirəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ