Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Avropa İttifaqının yaratdığı yeni siyasi birlikdə - dünya dəyişir...

Image


Rusiya-Ukrayna müharibsi dünyada siyasi müstəvidə yenidən təşkilatlanma ilə müşayiət edilməkdədir və bu sıraya Avropa da daxildir. Məhz belə bir vaxtda bəlli olub ki, Avropa liderləri Avropa Siyasi Birliyinin yaradılması üçün oktyabrın 6-da Praqada görüşəcəklər.

“The Guardian” qəzetinin məlumatına görə, Avropa İttifaqı (Aİ) sammitinə dəvət olunanlar arasında Gürcüstan, Ukrayna, Moldova kimi quruma üzvlük üçün müraciət edən bir çox ölkələr də var. Tədbirə üzv olmayan, üzvlük üçün müraciət etməyən ölkələr – Azərbaycan və Ermənistan da tədbirə dəvət olunub.

Avropa Siyasi Birliyinin yaradılmasını Fransa prezidenti Emmanuel Makron təklif edib. Birlik Aİ-yə üzvlük perspektivlərini nəzərdən keçirən dövlətlərlə qarşılıqlı əlaqələrin formatını təsdiqləyir. Azərbaycan Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsünün iştirakçısıdır. Lakin Aİ və Azərbaycan arasında beş ildir danışıqlar getsə də, saziş indiyə kimi imzalanmayıb. Bununla belə, müvafiq mətnin 90 faizindən çoxu razılaşdırılıb. Yeni sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ildə başlayıb. 1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək yeni sənəd daha əhatəli olacaq və burada Azərbaycanın istəkləri tam nəzərə alınır. Məsələ burasındadır ki, Azərbaycan Avropa İttifaqından bərabərhüquqlu əsasda əməkdaşlıq tələb edir və bu da indiyə kimi Qərbdə bəzi qüvvələr tərəfindən narazılıqla qarşıanıb. Lakin Bakı da dediyindən dönməyib və belə görünür ki, istəyinə nail olur. Bu barədə danışmazdan öncə qeyd edək ki, 1990-cı illərin əvvəllərində Qərblə sıx əlaqələr qurmağa qərar verən Bakı 1996-cı ildə Avropa İttifaqı  ilə Tərəfdaşlıq və Əməkdaşlıq sazişinə imza atıb. Amma Azərbaycan başqa postsovet ölkələrdən fərqli olaraq, İttifaqa üzvlük perspektivini nəzərdən keçirməyib. 2010-cu ildə Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya sazişi üzrə danışıqlara başlasa da, bu sənəddən imtina edərək 2017-ci ildən bəri müzakirə olunan strateji əməkdaşlıq sazişinə üstünlük verib. Bu da səbəbsiz deyil. Azərbaycan uzun müddətdir ki, bloklara meylli olmadığını nümayiş etdirir. Bu səbəbdən Moldova, Ukrayna və Gürcüstandan fərqli olaraq, o, Avropa İttifaqı  ilə Assosiyasiya sazişindən imtina edib ikitərəfli sazişlərə üstünlük verir. Azərbaycanın Avropa ilə münasibətlərdə xüsusi rolunu vurğulayanlar Bakının Aİ ilə enerji təhlükəsizliyinə dair ayrıca sənəd imzalayan yeganə “Şərq Tərəfdaşlığı” ölkəsi olduğunu göstərir. Qeyd edildiyi kimi isə, ölkəmiz 2017-ci ildən bəri müzakirə olunan strateji əməkdaşlıq sazişinə üstünlük verir. Amma bu vaxta qədər sazişin imzalanmasını əngəlləyən başlıca faktor Avropa İttifaqının Azərbaycanı bərabərhüquqlu tərəfdaş kimi görmək istəməməsi olub. Bunu da Azərbaycan qəbul etməyib. Azərbaycan diqtə əsasında hərəkət etmək niyyətində olmadığı üçün Avropa İttifaqı ilə sazişi indiyə kimi razılaşdırmayıb. Sonda Avropa Azərbaycanın mövqeyini nəzərə aldığından ölkəmiz qurumla istədiyi şərtlər əsasında müqavilə ilə bağlı danışıqların tezliklə yekunlaşacağına dair nikbin bəyanatlar verir. Onu da qeyd edək ki, 2008-ci ildə Bakı Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına qoşulmaqla siyasi, iqtisadi əməkdaşlığı daha da genişləndirib və qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

İndi Azərbaycan iqtisadi, siyasi, geosiyasi, energetik müstəqilliyini qoruyub saxlayaraq Avropa İttifaqı ilə strateji tərəfdaş olmağa hazırdır. Bu fonda Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkəni Aİ Avropa Siyasi Birliyində də görmək istəyir. Ölkəmizə bununla bağlı mübvafiq dəvət göndərilib. Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadə düşünür ki, dəvət varsa, Azərbaycan orada iştirak edəcək. Deputat bildirib ki, sonrakı addım təşkilatın qarşısına nə məqsədlərin qoyulmasından asılıdır: “O, əməkdaşlıq, ərazi bütövlüyünün dəstəklənməsi, beynəlxalq hüququn prioritetliyi, milli maraqların qorunması, ticarət, humanitar əlaqələr, dünyanı inkişafa aparan prinsiplərin elan və tətbiq edildiyi təşkilat olarsa, Azərbaycan bu təşkilatın üzvü ola bilər”. Deputat deyir ki, əgər bu, hansısa bir ölkəyə və yaxud da hansısa ölkələr qrupuna yönəlik bir təşkilat olacaqsa, Azərbaycanın ona qoşulacağına inanmır: “Amma Azərbaycanın dəvət edilməsi onu göstərir ki, Avropa məkanı Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu gün Azərbaycan tək regionun deyil, dünyanın da əsas siyasi fəal ölkələrindən biri kimi götürülür”. Digər ekspertlər də bu fikirdədir ki, Azərbaycanın Praqada keçiriləcək görüşə dəvət alması müsbət bir hadisədir. Bu, Azərbaycana marağın yüksəldiyini göstərir. İndilikdə, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Aİ ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində sıx əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus) Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb. Üstəlik, Ukrayna və Moldova hazırda namizədlik statusu da daşıyır. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə qurumla danışıqları dayandırıb. Lakin Azərbaycan Avropa ilə müvafiq sazişləri bərabərhüquqlu əsasda əməkdaşlıq şərtləri altında imzalamağa hazır olduğunu da dəfələrlə diqqətə çatdırıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ