Cümə günü, 13 noyabr 2026
     

Brüsseldən sonra "Arsaxdan" imtina ruhu Ermənistanda daha da güclənir...

Image


Brüsseldə Əliyev-Mişel-Paşinyan görüşünün nəticələri Ermənistanda çox qızğın şəkildə müzakirə edilir və təhlilçilərin əksəriyyəti Ermənistanın “Arsax” sevdasından əl çəkdiyini deyir.

Türkoloq Varujan Qeqamyan Brüsseldə Əliyev-Mişel-Paşinyan görüşünün nəticələrini təhlil etdikdən sonra deyib ki, Ermənistan Arsaxın statusu uğrunda mübarizədən imtina edir və anklavları təslim etməyə hazırdır: “Ermənistan, nəhayət, Azərbaycandan kənarda Arsaxın statusu uğrunda mübarizədən imtina edir. Danışıqlarda “Arsax”ın statusu haqqında bir kəlmə də yoxdur, onlar yalnız “Qarabağ bölgəsindəki etnik erməni əhalisinin hüquq və təhlükəsizliyindən” danışırlar, bu da ən yaxşı halda ermənilərin Azərbaycanda milli statusda azlıq şəklində yaşaması demək olacaq, əslində isə ermənilərin “Arsax”dan tamamilə qovulması deməkdir. Millətlərin öz müqəddəratını təyinetmə hüququ haqqında da bir kəlmə yoxdur. Üstəlik, bundan sonra Dağlıq Qarabağ Muxtar Vilayəti ideyasına əsaslanan “Dağlıq Qarabağ” (Dağlıq Qarabağ) termini artıq işlədilmir. Brüssel bəyanatında sadəcə olaraq Azərbaycanın inzibati-ərazi bölgüsü ideyasına əsaslanan “Qarabağ regionu”ndan bəhs edilir və ayrıca status nəzərdə tutmur. Bəyanatda deyilir ki, tərəflər “Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzit prinsipləri” barədə razılığa gəlib. Bu qeyri-müəyyən ifadə əslində o deməkdir ki, Ermənistan Tavuş və Ararat vilayətlərində, Ararat bölgəsini Vayots Dzor və Sünik (Tiqranaşen hissəsi) ilə birləşdirən əsas marşrutlarımızın keçdiyi “anklavlar” adlanan əraziləri Azərbaycana verəcək, eləcə də İran və Gürcüstana gedən magistral yollarımız olan Tavuşun şimalı və cənubunu. Yəni ərazi Azərbaycana təhvil veriləcək, ondan sonra xüsusi icazə və nəzarət altında rayondan rayona gəzəcəyik. Eyni aqibəti yaşayan Qorus-Qafan yolunu xatırlamaq yerinə düşər”.

  • “Erməni azlığının hüquq və azadlıqları yalnız Azərbaycanın qanunları çərçivəsində tənzimlənə bilər”

AMEA-nın Sosiologiya və Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, mayın 22-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş ermənilərin qarşısına konkret reallıqlar qoydu və onlar da bu reallıqlarla barışmalıdırlar. F.Ələkbərli hesab edir ki, artıq Ermənistan həqiqəti dərk edir: “Bütün bunlar onu göstərir ki, indiki Ermənistan rəhbərliyi Azərbaycan ərazisində qanunsuz, separatçı bir rejimin olduğunun mümkünsüzlüyünü dərk edir. Ona görə də artıq erməni cəmiyyətindən bu cür etiraflar gəlməyə başlayıb. Xüsusən də sonuncu Brüssel görüşündə ifadə olunan bütün məsələlər öz həllini tapmalıdır. Burada birmənalı şəkildə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması əsas prinsip olaraq götürülməlidir. Amma tutaq ki, Azərbaycan Respublikasının ərazisində hansısa erməni azlığı varsa, o erməni azlığının hüquq və azadlıqları yalnız Azərbaycanın qanunları çərçivəsində tənzimlənə bilər. Onların hüquq və azadlıqlarının təminatçısı Azərbaycan dövləti olacaq. Yəni digər vətəndaşlarımız necə, onlar da elə, burada başqa heç nə ola bilməz. Yoxsa Azərbaycanın ərazisində hansısa separatçı rejimin bu və ya digər dərəcədə “hüquq” alması mümkün deyil. Bunu Ermənistan rəhbərliyi, xüsusən də Paşinyan və onun komandası qəbul edir, etməyə də məcburdur. Ancaq bütün bunlar onu göstərir ki, biz yeni bir mərhələyə qədəm qoymuşuq. Ermənistanla Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsi, həm ərazi bütövlüyünün qəbul edilməsi, həm də eyni zamanda ərazilərdə sərhədlərin dəqiqəşdirilməsi və sair həyata keçirilməlidir. Şübhəsiz ki, bu zaman da Azərbaycan ərazisində hansısa bir erməni azlığına əlavə hüquqlar verilməsindən söhbət gedə bilməz. Onların müəyyən qədər milli-mədəni hüquqları gözlənilə bilər. Bu baxımdan, Ermənistan cəmiyyətinin bunu dərk etməsi onu göstərir ki, Avropa Birliyi, Qərb ölkələri də məhz Azərbaycan-Ermənistan münasibətlərinin bu istiqamətdə tənzimlənməsində maraqlıdırlar”.

F.Ələkbərlinin sözlərinə görə, Rusiya sülhməramlılarının bölgədə təxribatlarına baxmayaraq, Avropa Birliyi bu məsələnin həllinə nail ola biləcək və bu mənada Rusiya sülhməramlılarının da orada qalmasına artıq ehtiyac qalmayacaq. Onun qeyd etdiyinə görə, bu ona yönəlir ki, əgər Azərbaycan və Ermənistan arasında  münasibətlər düzəlirsə və Ermənistan burada sadəcə müəyyən mənada erməni azlığın hansısa hüquqlarının qorunmasından danışacaq: “Yəni burada hansısa “Arsax” adlı rejimi qəbul etmirsə və ondan tamamilə imtina edirsə, demək o zaman Rusiya Federasiyası da bunu nəzərə almalıdır. Artıq növbəti mərhələdə Qərb və Avropa Birliyinin Ermənistan-Azərbaycan münasibətlərini tənizmləməsindən sonra Rusiya  sülhməramlılarının buradakı varlığı bir əhəmiyyət kəsb etməyəcək. İstər-istəməz Rusiya sülhməramlılarının buradan çıxarılması məsələsi reallaşacaq. Təbii ki, artıq Ermənistan cəmiyyətində “Arsax”dan imtinalar başlayır və Qarabağda yaşayan ermənilərin hüquqları Azərbaycan qanunları çərçivəsində təmin olunacaq”.

F.Ələkbərli vurğuladı ki, Ermənistan cəmiyyəti, Ermənistan höküməti, Avropa Birliyi  bu həqiqəti dərk edirsə Rusiya da dərk etməyə məcbur qalacaq: “Hesab edirəm ki, Ermənistan ictimiyyətində  günü-gündən artan “Arsax”dan imtina əhvalı onların artıq reallığı dərk etməsindən irəli gəlir. Deyildiyi kimi, Ermənistanın bu məsələdən imtina etməsi və anklavları qaytarmağa hazır olması da Avropa Birliyinin və Qərb ölkələrinin maraqlarına uyğun gəlir. Ümid edirik ki, Rusiya da gec-tez bunu qəbul etməyə məcbur olacaq”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ