çərşənbə günü, 11 noyabr 2026
     

Ramiz Mehdiyev elmdəki düşmənlərinin üstünə açıq hücuma keçdi...

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ölkəmizin tanınmış elm xadimlərinin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin, nüfuzlu şəxslərin onun barəsində səsləndirdiyi ittihamları uzun müddət cavabsız qoysa da, nəhayət ki, fevralın 10-u axşam saatlarında AMEA-nın mətbuat xidmətinin adından yayılan bəyanatla sükutu pozdu.

AMEA-nın mətbuat xidmətinin adından yayılsa da, bəyanatın birbaşa Mehdiyevin özü tərəfindən hazırlandığını iddia edən tərəflər hesab edir ki, akademiya prezidenti bu bəyanatla elmdəki düşmənlərinə açıq müharibə elan edib. Bəyanatda Mehdiyevə qarşı tənqidi fikir söyləyənlər haqda ağlasızmaz fikirlər yer almaqla yanaşı, keçmiş PA rəhbəri onları riyakarlıqda ittiham edib. R.Mehdiyev özü tərəfindən hazırlandığı deyilən bəyanatda deputatlar Fəzail Ağamalı, Etibar Əliyev, Qafqazşünaslıq İnstititunun direktoru, millət vəkili Musa Qasımlı,  AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Müseyibli, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov barədə əks ittihamlar irəli sürüb və necə deyərlər, onların özlərini borclu çıxarıb.

Ekspertlər deyir ki, Mehdiyevin tərəfdarları get-gedə azalır və çıxış yolunu elmi düşmənlərinə qarşı bu cür hücumlar təşkil etməkdə görür. Odur ki, AMEA prezidenti ona “istefa ver” deyənlərin hamısını elmi düşmən sayır və onların hərəsini bir cür şantaj edir, sirlərini faş edir, bəzilərini maliyə yeyintisində, bəzilərini isə siyasi məsələlərdə ittiham edir.

  • Nəcəf Müseyibli: “Məni baş direktor təyin etmək məqsədilə məndən rüşvət almaq üçün üstümə göndərdiyi adamın adını hələlik çəkmirəm”

Bəyanatda adı keçənlərdən bəziləri ilə əlaqə saxladıq. Tarix elmləri doktoru, professor,
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Museyiblinin yazılı şəkildə göndərdiyi fikirlərini təqdim edirik: “Dünən AMEA-nın prezidenti Ramiz Mehdiyevin adından verilən, əslində onun özünün hazırladığı bəyanatı təəssüf hissi ilə oxudum. Bəri başdan onu deyim ki, bəyanat tam böhtan üzərində qurulub və onun adına və vəzifəsinə yaraşan bir hərəkət deyil. Onun bəyanatının xeyli hissəsi mənə həsr olunub. 84 yaşlı akademikin ünvanıma yağdırdığı böhtanlar onun özünün acizliyinin göstəricisidir. Əlbəttə, onun bu böhtanlarının səbəbi mənim mətbuat vasitəsilə onu istefaya səsləməyimdir. Mən öz yazılarımda konkret faktlara əsaslanmışam, Ramiz Mehdiyevsayağı böhtan atmamışam. Amma Ramiz Mehdiyevin məhkəmənin qərarı olmadan məni dövlətin vəsaitini mənimsəməkdə ittiham etməsi özü bir qanun pozuntusudur. Hələ onun yaşına yaraşmayan təhqiredici ifadələrini demirəm. R.Mehdiyevin bəyanatında göstərilir ki, İnstitutda aparılan yoxlamalar dəhşətli faktların ortaya çıxmasına səbəb oldu. R.Mehdiyevin sözlərindən belə çıxır ki, bu dəhşətli faktların müəllifi mənəm. Görünür, doğrudan da R.Mehdiyevin AMEA-nın idarəçiliyindən xəbəri olmaması barədəki fikirlər danılmaz bir həqiqətdir. Heç bir məsuliyyət hiss etmədən böyük bir müəssisənin rəhbərinin əməkdaşı əsassız olaraq ittiham etməsi heç bir əndazəyə sığmır. R.Mehdiyev hələ də bilmir ki, mən elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışam və İnstitutdakı maliyyə işlərinə cavabdehlik daşımamışam. Əvvəlki direktor işdən azad ediləndən sonra bir aya yaxın müddətdə direktorun səlahiyyətlərini icra etmişəm. Yalnız bu bir ay müddətində mənim imza hüququm olub və həmin imzalarıma da cavabdehəm. İndi R.Mehdiyev məsuliyyətsizcəsinə bildirir ki, guya mən külli miqdarda dövlət vəsaitini mənimsəmişəm. Əgər bu bir ayda mümkündürsə, o zaman o özü AMEA-ya rəhbərlik etdiyi 2,5 il ərzində görəsən nə qədər vəsait mənimsəyib? R.Mehdiyevin bildirdiyinə görə, guya mən əvvəlki direktorun xəstəliyindən istifadə edib saxtakarlıqla məşğul olmuşam.

Bildirmək istəyirəm ki, əvvəlki direktor xəstə olduğu üçün 10 ay müddətində işə gələ bilmədi. Amma bu müddət ərzində onun səlahiyyətləri də, institutun möhürü də özündə saxlanıldı. İnstitutun maliyyə sənədlərinə xəstəxanalarda möhür vurulurdu. Məgər R.Mehdiyev bunları bilmirdi? O bilmirdi ki, uzun müddət öz vəzifəsini fiziki baxımdan icra edə bilməyən şəxs Əmək Məcəlləsinə görə işdən azad edilməlidir? Əlbəttə, R.Mehdiyev bütün bunları yaxşı bilirdi. İndi özü desin, hansı maraqları naminə əvvəlki direktoru işdən kənarlaşdırmırdı və əksinə, mütəmadi olaraq instituta büdcə vəsaitləri ayırırdı? Hələ 2020-ci ilin payızında mən AMEA-nın vəzifəli şəxslərinə (hələlik onların adlarını açıqlamıram, düşünürəm ki, onların bir günahı yoxdur) bildirdim ki, instituta maliyyə vəsaitlərinin ayrılmasını və bu vəsaitlərdən standart olaraq 20 % rüşvətin yığılmasını dayandırsınlar. Mənim bu tələbim barədə R.Mehdiyevin özünə də məlumat çatdırmışdılar. Amma heç bir tədbir görülmədi.

İndi R.Mehdiyev məni özünün göndərdiyi yoxlama komissiyasının arayışı ilə, hüquq-mühafizə orqanları ilə hədələyir. Əvvəlki yazımda da bildirdiyim kimi, həmin arayışda mənim adım yalnız bir yerdə və səlahiyyətlərinin icrasına imkan verilməyən, yəni zərərçəkmiş kimi qeyd edilmişdir. Görünür, R.Mehdiyev özünün göndərdiyi komissiyanın arayışını özü oxumayıb. Əksinə, əvvəlki direktor işdən azad edilən kimi R.Mehdiyev öz qərarı ilə məni direktor əvəzi təyin etmişdi. Əgər onun dediyi kimi, komissiya mənim saxtakarlığımı aşkar etmişdirsə o məni niyə bu vəzifəyə təyin edirdi?

Ümumiyyətlə, R.Mehdiyevin böhtanla dolu bəyanatını geniş şərh etmək fikrim yoxdur. Amma ona bildirmək istəyirəm ki, məni baş direktor təyin etmək məqsədi ilə məndən rüşvət almaq üçün üstümə göndərdiyi adamın adını hələlik çəkmirəm. Sadəcə, başqalarının da onun ucbatından ziyan çəkməsini istəmirəm...”

  • Musa Qasımlı: “Bu gün Ramiz Mehdiyev Azərbaycan elminə ləkədir”

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlının bizimlə söhbətində məsələyə münasibəti belə oldu:

“Çox təəssüf edirəm ki, akademiya prezidenti vəzifəsində olan şəxs bu qədər cılızlığa əl ataraq, təkcə məni deyil, digər deputatları da təhqir etdi. Mən Ramiz Mehdiyevin səviyyəsinə enmək istəmirəm. Amma bəzi gerçəklikləri söyləməyi vacib hesab edirəm. Mən Ramiz Mehdiyevi istefaya çağıran AMEA-nın həqiqi və müxbir üzvləri arasında ilk şəxsəm. Öz yazımda Ramiz Mehdiyevin şəxsiyyətinə qətiyyən toxunmamışam. AMEA-dakı problemləri, gənclərin elmdən getməsini, doktorantura və dissertanturaya yerlərin boş qalmasını, əlaqələndirmə şuralarını ləğv edib, öz əlində cəmləşdirib, adamlarını yığmasını, institutların hesabatına institut rəhbərlərinin çağırılmamasını, akademiyada yaratdığı intriqa, dedi-qodu mühitini demişəm. Bundan da çıxış yolu kimi Ramiz Mehdiyevi istefaya səsləndirmişəm. Bu gün akademiyada nəsillər arasında əlaqə qırılır. Bir neçə il sonra biz Azərbaycan elminin tamamilə məhvini görəcəyik”.

M.Qasımlı R.Mehdiyevin ona yönəlik ittihamlarına cavab olaraq bildirdi ki, AMEA rəhbərinin qeyd etdikləri əsassızdır: “Yazır ki, guya mən - Musa Qasımlı zamanında Ramiz Mehdiyevin kitab təqdimatlarında onun ünvanına, kitablarına təriflər demişəm. Hörmətli oxucular üçün aydınlıq gətirirəm. 2006-cı ildə Ulu Öndər haqqında kitabım nəşriyyata gedərkən Ramiz Mehdiyev tərəfindən mənə zəng edildi. Dedilər, Ramiz Mehdiyev istəyir ki, sizin kitabınıza elmi məsləhətçi olsun. Mən o zaman Bakı Dövlət Universitetində sadə bir professor idim. Ramiz Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri və akademik idi. Soruşuram, mənmi Ramiz Mehdiyevdən xahiş etdim, yoxsa o məndən?

Mən indiyə qədər Ramiz Mehdiyevin heç bir kitabında rəyçi olmamışam. Ramiz Mehdiyev öz xahişi ilə mənim həmin kitabıma elmi məsləhətçi olub. Ramiz Mehdiyevin kitablarının təqdimatında onun tutduğu siyahı ilə çıxışlar olub. Mən istəsəm belə, onun kitablarının təqdimatında çıxış edə bilməzdim. Ramiz Mehdiyev mənim çıxış etməyimi özü istəyib. Mən çıxışlarımın, yazdığım yazıların arxasında dayanıram. Mən Ramiz Mehdiyevi dövlətin adamı olaraq qəbul etmişəm və heç vaxt bəlli çərçivələri keçməmişəm. Ramiz Mehdiyev məni əqidə yoldaşlarımdan asanlıqla imtina etməkdə suçlayıb. İndiyə qədər yalnız bir partiyanın – Müsavat Partiyasının üzvü olmuşam. 2003-cü ilin oktyabrında qarma-qarışıqlığa, anarxiyaya, xaosa etiraz olaraq istefa vermişəm. Bu gün də ölkədə xaos, anarxiya və qarışıqlığın əleyhinəyəm. Ramiz Mehdiyev nə istəyirdi? İstəyirdi ki, xaos, anarxiya davam etsin? Bu özünə dövlət adamı deyən bir şəxsə yaraşmır. Mən soruşuram, Ramiz Mehdiyev Kommunist partiyasının üzvü olub, oradan çıxıb? O çıxmamışdan əvvəl Əbdürrəhman Vəzirov Azərbaycana gələndə, oxumamışam, görməmişəm, amma deyirlər, Ramiz Mehdiyev Heydər Əliyevin əleyhinə məqalələr yazıb. Yalnız Əbdürrəhman Vəzirov onu azad edəndən sonra mövqeyi dəyişib. Nə üçün ən çətin anlarda “91-lər”in cərgəsində olmadı? Yeni Azərbaycan Partiyasının sıralarına niyə qoşulmadı? Ramiz Mehdiyev məni cild dəyişməkdə, şəxsi maraqlarımı güdməkdə ittiham edir. Siz özünüz deyin, cildini dəyişən Musa Qasımlıdır, yoxsa cilddən-cildə girən Ramiz Mehdiyevdir? Mən mövqeyi aydın, konkret və birmənalı olan şəxsəm. Ramiz Mehdiyev yazır ki, Musa Qasımlı deputat vəzifəsinin imkanlarından istifadə edərək, övladlarını yüksək maaşlı dövlət orqanlarına işə düzəldib. Mən ona bildirmək istəyirəm ki, övladlarım cəbhə bölgəsində xidmət ediblər, biri zabit kursunu bitirib, hər ikisi rütbə daşıyır. Mənim övladımın biri üç nəfərlik ailəsi ilə bir otaqlı mənzildə, 57 kvadratmetrlik taxta döşəməli evdə yaşayır. O biri isə dörd nəfərlik ailə üzvü ilə birlikdə iki otaqlı mənzildə yaşayır. Mən Ramiz Mehdiyevdən soruşuram, sənin oğlun harada xidmət edib?  Hansı biliyin sahibidir ki, Milli Təhlükəsizlik Nazirliyində, Xarici İşlər Nazirliyində, Miqrasiya Xidmətində və Fövqəladə Hallar Nazirliyində xidmət edib? Ramiz Mehdiyev, oğlun hansı keyfiyyətlərinə görə nazirlikləri gəzir?

Övladlarımın biri 2008-ci ildə işə düzəlib, mən onda BDU-da sadə bir professor idim. İkinci oğlum 2010-cu ildə işə düzəlib. Həmin il deputat seçilmişəm, amma seçkilər bu hadisədən sonra olub. Ramiz Mehdiyev, sənin övladın vəzifələrə necə gedib?

Ramiz Mehdiyev qırmızı cizgiləri keçib. O haqqımda yazır ki, Azərbaycan elminə bir xeyri dəyməyən insanlar... Kitabıma məsləhətçi olmağı xahiş edəndə mən böyük tarixçi-alim idim, indi elmə xeyri dəyməyən adam oldum? Bu sözlərini nə tez unutdun? Kitablarımın təqdimatında çıxış elə, kitablarım hörmətə minəcək deyirdin. Mən dünyanın yeddi ölkəsinin arxivində işləmişəm, kitablarımı özüm yazmışam, yaxşısı da, pisi də mənimdir. Soruşuram, Ramiz Mehdiyevin kitablarını kim yazıb?  Ona şəxsi savaş açmamışam. Bu gün masamın üstündə 6 nəfər gəncin CV-si var. Onlar erməni və gürcü dillərini bilirlər. Mən dəfələrlə müraciət etmişəm, Ramiz Mehdiyev onları Qafqazşünaslıq İnstitutunda işə götürməyə imkan verməyib, əvəzində mənə “filankəsi işə götür” deyib, təzyiq edib. Aparat rəhbərinə cavabımı demişəm ki, həmin istedadlı gəncləri 4 ildir işə götürməyə icazə vermirsiniz, magistratura bitirməyən, elmə həvəsi olmayan bir şəxsi necə göndərirsiniz?

İstəyirsiniz, institutda mühasibatlığa, kadrlar şöbəsinə, ümumi şöbəyə öz adamınızı göndərin, hətta sürücünü də öz adamınız təyin edin. Amma elmi işçiləri mən götürürəm. Mən yox dediyim üçün sən məni təhqir edirsən? Mənim aldığım tərbiyə bu sözləri deməyə imkan vermir.

M.Qasımlı əlavə etdi ki, R.Mehdiyev AMEA-ya gələndən sonra Qafqazşünasalıq İnstitutunda problər başlayıb: “Ramiz Mehdiyev Akademiyaya gələndən sonra Qafqazşünaslıq institutu dağılmağa başlayıb. Erməni və gürcü dilini bilən gənclər çıxıb gedirlər. O gənclər bir də nə zaman yetişəcək? Ramiz Mehdiyevin bu hərəkəti Azərbaycanın dövlət, milli maraqlarına nə dərəcədə uyğundur? Mən kitablarımın hər cümləsinə cavabdehəm. Ramiz Mehdiyev kitabından bir cümləsini desin. Bu gün Ramiz Mehdiyev Azərbaycan elminə ləkədir. Akademiyanın müqəddəs divarlarının içərisində olmağa layiq deyil. Onun mənim haqqımda dediyi sözlər bilavasitə özünə aiddir. Mən öz zəhmətimlə gəlmişəm və bu dövlətə qulluq edirəm.

Bəzən bizdə soruşurlar ki, Azərbaycan mətbuatı nə üçün söyüşlə danışır? İndi sizə məlum oldumu ki, 30 ilə yaxın müddətdə Azərbaycan cəmiyyətinə söyüşü, təhqirləri gətirən kimdir? Bu, Ramiz Mehdiyevdir. Onun dünənki yazısındakılar Akademiyanın prezidentinə, özünə akademik deyən şəxsə yaraşırmı?

Məni iki dəfə Akademiyanın müxbir üzvü seçilməyə qoymadılar, gəlib dedilər ki, filankəs qoymur. Ramiz Mehdiyev, sən necə oldu ki, akademiyanın müxbir üzvü seçilmədən akademik seçildin? Hansı kitabına görə?

Beynəlxalq reytinqlərə baxsın. Mənim əsərlərimə təkcə keçən il dünyanın 10-a yaxın ölkəsində 29 iqtibas edilib. Ramiz Mehdiyev AMEA-nın prezidentidir, özünü akademik sayır, görsün onun kitablarına neçə iqtibas olub? Görsün Ramiz Mehdiyevin kitabları nə qədər oxunur?

Ramiz Mehdiyevin mənim elmim, biliyim və tərbiyəm haqqında danışmağa haqqı yoxdur. Dedikləri bilavasitə onun özünə aiddir”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ