çərşənbə günü, 11 noyabr 2026
     

Elton Məmmədovdan yeni ittiham - Ramiz Mehdiyev “Tərtər işi”nə batmış hüquqçuya vəzifə verib...

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İşlər İdarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov məhkəməyə verilməsi haqda xəbər yayılıb. Bu günlərdə E.Məmmədov müsahibəsində xəbəri təsdiqləyib və onu məhkəməyə verən şəxsin adını açıqlayıb.

E.Məmmədov bildirib ki, həmin şəxs “Tərtər işi”nə görə vəzifəsindən uzaqlaşdırılan Kamal Əliyevdir və onu da Ramiz Mehdiyev akademiyanın hüquq şöbəsinin müdir təyin edib: “Məndə olan məlumata görə, məni məhkəməyə Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev verib. Bu adam şəxsi münasibətləri Akademiya səviyyəsinə gətirib çıxarıb. Kamal Əliyev Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan bir adamdır. Ramiz Mehdiyev isə onu Akademiyanın hüquq şöbəsinə müdir təyin edib...”

E.Məmmədovun irəli sürdüyü iddialarla ilə bağlı AMEA-ya müraciət etsək də, sorğumuza cavab verilmədi. Amma AMEA-dan nə zaman cavab gələrsə, onların mövqeyini də dərc edəcəyik.  

Bu səbəbdən də məsələni ekspetlə müzakirə etdik.

  • “Ramiz Mehdiyev akademiyadan öz şəxsi müəssisəsi, öz şəxsi obyekti kimi istifadə edir...”

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, akademiya ətrafında belə söhbətlərin dolaşması heç də müsbət hal deyil. “AMEA-nən prezidenti vəzifəsinə seçilən Ramiz Mehdiyevin akademiyaya yaraşmayan hərəkətləri təəssüf ki, davam etməkdədir. Mən Ramiz Mehdiyev akademiyanın prezidenti seçiləndə sizə də, başqa jurnalistlərə də açıqlamalar vermişəm və həmin dövrdə ümid edirdim ki, o adam nəhayət AMEA-da yaxşı işlər ortaya qoyacaq. Düşünürdüm ki, ilk növbədə özündən əvvəlki rəhbərin fəaliyyətini təftiş edəcək, onun dövründə baş verən qanunsuzluqlarla bağlı ölçü götürəcək, akademiyada alimlərin fəaliyyəti üçün münbit şərait yaradacaq, nəticədə də akademiya normal iş rejiminə keçə biləcək. Təəssüf ki, Ramiz Mehdiyevin akademiyanın prezidenti vəzifəsinə gəlişindən sonra dirçəlişə təkcə mənim yox, başqa ziyalıların da ümidləri vardı. Fikirləşirdik ki, o uzun illər dövlət idarəçiliyində işləyib, dövlət idarəçiliyində fəaliyyətinə görə cənab Prezident tərəfindən Azərbaycan Respublikasının dövlətin ən yüksək ordeni olan Heydər Əliyev ordeninə layiq görülüb, bu adam bundan sonrakı fəaliyyətində daha yaxşı işlər ortaya qoyacaq. Təəssüf ki, Ramiz Mehdiyev akademiyaya prezident gələndən sonra akademiya Akif Əlizadənin akademiyanı saldığı bataqlıqdan bir az da dərinə getdi. Hətta məlum toy əhvalatından sonra bildirim ki, Ramiz Mehdiyev akademiyadan öz şəxsi müəssisəsi, öz şəxsi obyekti kimi istifadə edir və dövlətin bu qurumunun imkanlarından belə öz şəxsi çirkin məqsədləri naminə yararlanır. Haqlı olaraq o zaman akademiyanın Rəyasət Heyətinin üzvlərini də ittiham etdim. Akademiya kollegial qurumdur, Rəyasət Heyətinin sədri Ramiz Mehdiyevdirsə, Rəyasət Heyətinin üzvləri var. Rəyasət Heyətinin üzvləri niyə dinmirlər? Çünki bu adamlar həmişə belə məqam gözləyirlər. Siz inanın ki, sabah birdən Ramiz Mehdiyev işdən azad edilsə həmin adamlar onun əleyhinə danışmağa başlayacaqlar. Bu adamlar Akif Əlizadənin zamanında olan adamlardır, ən azından vitse-prezidentlər onlardır. Onlar Akif Əlizadəyə əl çalırdılar, o vəzifədən gedəndən sonra hətta Ramiz Mehdiyev onu bir qədər tənqid etdi də, amma onlar Ramiz Mehdiyevə əl çaldılar və “düz deyir” dedilər”.

İ.Orucov deyir ki, A.Əlizadə ilə yanaşı o məsuliyyəti Rəyasət Heyətinin üzvləri də paylaşıb. İ.Orucovun sözlərinə görə, Rəyasət Heyətində təmsil olunan şəxslər akademik adına yaraşmayan davranışlar göstərirlər: “Çox təəssüf edirəm ki, onlar da baş verənlərə münasibət bildirmirlər. Mən də eşitmişəm ki, o, “Tərtər işi”nə görə məhkəmə sistemindən uzaqlaşdırılan Kamal Əliyev adlı bir şəxsi akademiyanın hüquq şöbəsinə müdir təyin edib. Mənim fəaliyyətimin çox böyük hissəsi akademiya ilə bağlı olub. Vaxtilə akademiyanın rəhbərliyində, Rəyasət Heyətində elə samballı insanlar təmsil olunurdu ki, o adamlar həqiqətən də mələk kimi insanlar idilər. Akademiyanın Rəyasət Heyətində Akif Əlizadəyə qədər elə adamlar çalışıblar ki, o adamlar kifayət qədər saf insanlar, çox yüksək mədəni-intellektual səviyyəyə malik, akademiyaya yaraşan insanlar idilər. Onlar hər zaman öz fəaliyyətləri ilə elmə xidmət etmişdilər. Amma çox təəssüf ki, sonrakılar akademiyanı belə bərbad vəziyyətə gətirib çıxardılar. Eşitdim ki, indi də akademiyada həmin o Kamal Əliyev Elton Məmmədovu məhkəməyə verib. Çox təəssüf edirəm ki,  hələ də Ramiz Mehdiyevin çirkin işləri davam edir. Hələ ki, onun elmə yaraşmayan fəaliyyətini müşahidə edirik, acı mənzərə də olsa sanki bunu izləmək məcburiyyətindəyik. Çox təəssüf ki, belədir” - deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ