şənbə günü, 14 noyabr 2026
     

Ermənistanın gələcəyi tam şəkildə Azərbaycandan asılı vəziyyətə düşdü

Image


Ermənistanda baş verən son hadisələr bir daha təsdiq edir ki, bu ölkə Azərbaycanla normal münasibətlər qurmadan hər hansı inkişaf perspektivlərinə malik ola bilməyəcək. Azərbaycanla davam edən qarşıdurma Ermənistanı həm əhalisiz ölkəyə çevirir, həm də inkişafdan məhrum edir.

Bunu Ermənistandan artan mühacirət fonunda da aydın sezmək olar. “Sputnik Armenia” portalının əməkdaşı Janna Poqosyan baş verənlərlə bağlı yazır: “44 günlük müharibədən sonra ekspertlər Ermənistandan mühacirətin artacağını proqnozlaşdırırdılar. Bu, 2021-ci ilin fevralında Rusiya Ermənistanla hava sərhədini bir ay müddətinə açan zaman yaranan ajiotajla təsdiqləndi. Adi vaxtlarda 70-90 min dram (140-180 dollar) olan biletlərin qiyməti 300-400 min drama (620-830 dollar) qədər qalxdı. Buna baxmayaraq, fevral ayında “Zvartnots” hava limanı Rusiyaya gedənlərlə dolu idi. Digər aylarda da miqrasiya tendensiyası davam etdi və təkcə hava limanında deyil, həm də Şengen vizasının işlədiyi ölkələrə və ABŞ-a getmək üçün sənədlər hazırlayan viza mərkəzlərinin önündə növbələr var idi. Hətta bəzi ölkələrin səfirlikləri, məsələn, Yunanıstan Ermənistan vətəndaşları üçün uzunmüddətli viza almaq prosesini asanlaşdırdı. Əgər koronavirus pandemiyasından əvvəl 15 iş günü ərzində viza verilirdisə, indi Yunanıstan səfirliyi cəmi 2-3 iş günü ərzində viza verə bilər”. Poqosyan qeyd edir ki, bu ilin ilk 9 ayında Ermənistanı 103 min nəfər tərk edib və geri qayıtmayıb. 2017-ci ilin ilk 9 ayında Ermənistanı 75 min nəfər, 2018-ci ildə 42 min, 2019-cu ildə isə 36 min nəfər tərk etmişdi: “Rəqəmlər onu göstərir ki, inqilabdan sonra miqrasiya faizi azalmışdı. Amma indi mənzərə başqadır və bunu birmənalı demək mümkün deyil. Səbəb inqilabdan gözləntilərin özünü doğrultmamasıdırmı, müharibə və ya müharibədən sonrakı xaosla bağlıdırmı? İrəvanın “Zvartnots” hava limanında Rusiya istiqamətləri hələ də doludur. İnsanların sadəcə işləməyə getmədiyini güman etmək olar. Müstəqillikdən sonra 30 il ərzində (1991-2020) Ermənistana köçənlərin sayı ilə ölkədən gedənlərin sayı arasındakı fərq mənfi 1 milyon 250 min nəfərdir”. Bununla yanaşı, indi belə bir məqama da diqqət edilir ki, Ermənistan Azərbaycanla qarşıdurma

yoluna davam etsə, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı müqavimət göstərsə, bu ölkədən köç daha geniş xarakter alacaq. Bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov da istisna etmir: “Üçtərəfli görüşlər çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı məsələlər həllini tapmalıdır. Yalnız Rusiya, Azərbaycan və Ermənistan istənilən çətin məsələni həll edə bilər. Məsələnin Avropa İttifaqı kimi mühüm beynəlxalq struktur çərçivəsində həlli, təbii ki, yaxşı təşəbbüsdür, hər halda, Minsk Qrupu bura qarışmır. Amma hansısa irəliləyişin olacağını düşünmürəm. Tərəflər Aİ-nin sədri ilə görüşüb, onun sülh prosesini dəstəkləməsi barədə sözlərini eşidəcəklər, vəssalam. Əsas iş isə Rusiya, Azərbaycan və Ermənistanın üzərinə düşür. Müəyyən kompromislərə getmək lazım gələcək, amma qonşuların başqa yolu yoxdur. Başqa yol müharibədir. Qərbçilərə baxanda, burada ən obyektiv “hakim” Rusiyadır. Regiondakı gərginlik, tez olmasa da, aradan qaldırılacaq”. Hesab edilir ki, Ermənistanın müharibə yolunu seçməsi ölkədən miqrant axınına yeni güclü təkan verəcək.

Məsələ ilə bağlı Ermənistanın “Qraparak” nəşrində yer alan fikirlər də olduqca maraqlıdır: “İndi Zəngəzurda baş verən hadisələr bəziləri üçün xoşagəlməz sürpriz ola bilər və bəziləri türkün Gorus-Qafan yolunda peyda olacağını ən pis yuxularına belə təsəvvür edə bilməzdilər, lakin Nikol Paşinyanın addımları aydın istiqamət və məntiqə malikdir. Bunları yan-yana qoyduqda məlum olur ki, “ağrılı güzəşt”lər yolunda böyük maneələrin olmaması üçün hər şey edilib. Bu addımlar arasında Zəngəzurun icma başçılarının həbsi də var. Bundan başqa, yayda, avqustun 13-də hərbçi Jirayr Poqosyan 1-ci ordu korpusunun komandiri vəzifəsindən azad edildi. Poqosyanın könüllü şəkildə tutduğu vəzifədən uzaqlaşması üçün Ermənistan hakimiyyəti böyük səylər göstərib”. Nəşr eyd edir ki, hakimiyyət bu kimi addımlarla Zəngəzurda hərbi qarşıdurma risqinin qarşısını almağı düşünür. Çünki belə qarşıdurma Ermənistan üçün yeni itkilər və yeni köç dalğası deməkdir. Rusiyalı iqtisadçı Aleksandr Razuvayev bildirir ki, yeni köç dalğası Ermənistan iqtisadiyyatı üçün fəlakət deməkdir: “Beynəlxalq turizm və əmək miqrantlarından asılı olan Ermənistan iqtisadiyyatı COVİD-19 pandemiyasından əziyyət çəkməkdə davam edir. Ermənistanın əsas turistləri Rusiyadan idi, lakin İrəvanda keçirilən antirusiya mitinqlərindən sonra ora getmək istəyənlərin sayı xeyli azalacaq. O da qeyd edilməlidir ki, neft qiymətləri əhəmiyyətli dərəcədə yüksəldi və spot qaz qiymətləri tarixi rekordları qırdı. Bu durumda Azərbaycan xammal ixracatçısı kimi yeni rəqabət üstünlükləri əldə edib”. Ekspert bildirir ki, Ermənistanda əks vəziyyət olduğundan, bu ölkə iqtisadi sahədə də zəifləyir. Bu halda Ermənistanın Azərbaycanla qarşıdurmaya getməsi İrəvana yeni problemlər və məğlubiyyətdən başqa heç nə vəd etmir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbə-üz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ