Cümə günü, 02 oktyabr 2026
     

“Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşıdır” - Vüqar Rəhimzadə

Image


“Azərbaycanın sivil dünyaya inteqrasiyasını təmin etməklə qloballaşma dövrünün çağırışına uyğun müasir, modern dövlət quran yeni əsrin yeni lideri,  möhtərəm Prezidentimiz  İlham Əliyev 2020-ci ildə adını qalib ölkənin qalib Sərkərdəsi kimi tarixə yazdı. Şübhəsiz,  ən çətin məqamlarda belə dövlətin, xalqın maraqlarına uyğun qərarlar verməsi cənab İlham Əliyevin qətiyyətli mövqeyindən, siyasi iradəsindən, liderlik fəlsəfəsindən, dövlətçilik təcrübəsinin zənginliyindən irəli gəlir. Müasir şəraitdə Azərbaycanın intellektual potensialının inkişafı, texnoloji innovasiyaların təkmilləşdirilməsi, bütün sahələrdə tərəqqi möhtərəm Prezidentimizin titanik fəaliyyətinin başlıca hədəflərindəndir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 103 illik tarixi vərəqlənəndə  müstəqilliyimizin bərpasından keçən son 30 ildə Heydər Əliyev siyasətinin uğurlarını daha aydın görür,  qalib ölkənin vətəndaşı olmaqdan böyük qürur hissi keçiririk. Respublika Günü münasibətilə  Prezident İlham Əliyevə  ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin  ən etibarlı tərəfdaşı, qlobal layihələrin təşəbbüskarı, dünyada sabitliyin bərqərar olunması üçün təcrübəsi öyrənilən tolerant ölkədir. Dövlətimizin başçısı isə  qətiyyətli mövqeyi, nəyi nə zaman etmək lazım olduğunu bilmək bacarığı ilə  beynəlxalq arenada böyük hörmət və nüfuz sahibidir”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə Azərbaycanın malik olduğu imkanların, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yaratdıqları  möhkəm siyasi və iqtisadi bazanın ölkəmizin  hər bir çətinlikdən uğurla çıxmasını təmin etdiyini vurğulayıb: “44 günlük İkinci Qarabağ müharibəsi, 2019-cu ildən dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizə tədbirləri Azərbaycanın malik olduğu imkanların, həmçinin beynəlxalq aləmdə yerinin və rolunun təqdimatında əhəmiyyətli rol oynadı. Ən əsası, Azərbaycan dünyaya bu mesajı ünvanladı ki, səmimiyyət, qarşılıqlı   hörmət  prinsipləri əsasında birlik, həmrəylik nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlamaqla hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. COVID-19-la mübarizə tədbirləri çərçivəsində  dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, 30-dan artıq ölkəyə humanitar yardımın göstərilməsi,  vaksinasiya prosesində ədalət prinsipinin qorunması kimi çağırışlar Azərbaycanın  siyasətində nə qədər  düzgün, səmimi olduğunu, ən əsası ədalətə, beynəlxalq hüquqa önəm verdiyini ortaya qoyur. 

ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə təbrik məktubunda da bildirilir ki, Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına,  işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. ABŞ Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdardır,  ATƏT-in Minsk Qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir. Cənab İlham Əliyevə ünvanlanan təbrik məktubları bir daha Vətən müharibəsinin yaratdığı yeni reallıqların münasibətlərdə hansı səhifəni açdığını ortaya qoyur.  Ümumiyyətlə, Azərbaycanın dünya birliyi ilə   əlaqələrində yeni səhifənin açıldığını söyləsək, səhv etmərik. Çünki bugünədək bəzi dövlətlər  kağız üzərində bir, əməldə başqa mövqe nümayiş etdirsələr də artıq  tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli  30 ilə yaxın dövrün reallıqlarını hərtərəfli şəkildə nümayiş etdirərək, sanki dünyaya sözlə əməl birliyinə  riayət etmək çağırışını ünvanladı”.

Baş redaktor diqqəti Prezident  İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə səsləndirilən fikirlərə, ona ünvanlanan suallar fonunda dövlətimizin başçısının  faktlara, reallığa əsaslanan cavablarına yönəldərək bildirib ki,  bu tədbirdə də Azərbaycanın xarici siyasət uğurları önə çəkildi. Ölkəmizin təşəbbüsü ilə  keçirilən beynəlxalq səviyyəli tədbirlər, həmçinin  Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmilərinin
 bir araya gəlib fikir mübadiləsi aparmaq üçün  ən sabit, təhlükəsiz məkan kimi Azərbaycanı seçmələri  də təsadüfi deyil.  Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alır. Eyni zamanda, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar, ən əsası heç bir dövlətin daxili işinə müdaxilə etməmək  prinsipləri əsasında əlaqələr qurur və  bu münasibətlərin müxtəlif prioritetlər üzrə inkişafını stimullaşdırır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla birgə təşkil etdiyi  biri-birindən önəmli  konfranslarda, sivilizasiyalararası dialoqlarda, humanitar  forumlarda dünyanı düşündürən hədəflərin əks olunduğu  çağırışların məhz Bakıdan  səslənməsi, beynəlxalq aləmə sülh, birlik, həmrəylik mesajlarının ünvanlanması  ölkəmizə humanitar platforma kimi nüfuz qazandırmaqdan əlavə həm də  dünyanın supergüclərinin ən yüksək rütbəli hərbi rəsmilərinin bir araya gəlmək üçün ölkəmizi məkan  seçmələri  Azərbaycanın müdafiə qüdrətinin təqdimatıdır. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun yazdığı tarix bu təqdimatı daha da zənginləşdirdi. Bu gün Azərbaycanın hərbi  təcrübəsi beynəlxalq səviyyədə  öyrənilir, texnoloji  proseslərin inkişafı, torpaq, Vətən sevgisi  ruhunda Qələbənin təmin edilməsi sahəsində qazandığımız Zəfər   geniş təhlil olunur.

“Möhtərəm Prezidentimiz  İlham Əliyev 44 günlük Vətən müharibəsində dünyanın 30-a yaxın  nüfuzlu media qurumuna verdiyi müsahibələrdə, fevralın 26-da   yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada, mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin  “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi  müzakirələrdə  Ermənistanın 30 illik işğal siyasəti, müharibə və postmüharibə dövrləri ilə bağlı bütün məsələlərə aydınlıq gətirdi. Dövlətimizin başçısının təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı  Şuşada keçirilən  “Xarıbülbül” musiqi festivalı böyük siyasi-mədəni tədbir kimi milli-mənəvi dəyərlərimizin və tolerantlığın dünyaya təqdimatı olmaqla  yanaşı,   dünyaya dövlətimizin və xalqımızın  mesajı oldu”, - deyə V.Rəhimzadə vurğulayıb.

Baş redaktor istər Respublika Günü münasibətilə dövlət başçısı İlham Əliyevə ünvanlanan təbrik məktublarında, istərsə də   videoformatda keçirilən konfranslarda, tədbirlərdə səsləndirilən  fikirlər əsasında bu ümumiləşdirməni aparıb ki, 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan bu gün  böyük qürurla qalib, ən əsası  ədaləti bərpa edən dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü qeyd edir: “Dövlətinin, xalqının gələcəyini düşənən lider üçün, əlbəttə, bu böyük xoşbəxtlikdir. Ölkə Prezidenti gələcəklə bağlı dəqiq mesajlar verir və bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə kütləvi dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bütün bunlar isə kommunikasiyaların və yeni nəqliyyat dəhlizlərinin açılmasına bağlıdır. Zəngəzur dəhlizinin açılması yalnız  Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə region ölkələri üçün yeni imkanlar yaradacaq”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ