Göyçə-Zəngəzur Respublikası, Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyi Mətbuat xidmətinin məlumatına görə, Göyçə-Zəngəzur Respublikası prezidenti və Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbov uzun on illərdir pozulmuş insani hüquqlarının bərpası uğrunda mübarizə apardığı, indiki Ermənistandakı tarixi yurdlarından Göyçə, Qaraqoyunlu, Vedibasar, Dərə-Ələyəz, Uluxanlı, Loru-Pəmbək, Zəngəzur mahalları ərazilərindən millətçi ermənilər tərəfindən zorakılıqla qovulmuş azərbaycanlı soydaşlarımız adından qardaş Türkiyə Cumhuriyyəti prezidenti sayın Receb Tayyib Erdoğan cənablarına və Rusiya Federasiyası prezidenti Vladimir Vladimiroviç Putin cənablarına müraciət ünvanlayıb.
Rizvan Talıbov hər iki ölkə başçısına müraciətində qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə nəticəsində Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlara uyğun olaraq atılmalı olan addımları diqqətə çatdırıb. Müraciətlərdə, xüsusən 1988-1991-ci illərdə tarixi Qərbi Azərbaycan mahallarından, indiki Ermənistandan zorakılıqla qovulmuş, bütün əmlakları ermənilər tərəfindən qəsb edilmiş azərbaycanlı əhalinin öz tarixi yurdlarına Qayıtmaq haqlarının təmin olunmasının, pozulmuş insani hüquqlarının bərpa olunmasının, onlara vurulmuş maddi-mənəvi ziyanlarına görə kompensasiyanın ödənilməsi məsələsinin həllini tapmasının vacibliyi qeyd edilib. Hər iki qonşu ölkə başçılarından xahiş olunub ki, soydaşlarımızın pozulmuş haqq və hüquqlarının bərpa olunması üçün zəruri addımlar atsınlar. Cənubi Qafqaz regionunda davamlı və təminatlı sülh şəraitinin bərqərar olması üçün Ermənistan qaçqınlarının problemlərinə xüsusi diqqət yetirsinlər! Bu gün işğaldan azad olunmuş Dağlıq Qarabağ ərazilərinə erməni əhali qaytarıldığı və təhlükəsizlikləri təmin olunduğu kimi, 1988-1991-ci illərdə Ermənistandakı tarixi yurdlarından zorakılıqla qovulmuş, bu gün qeyri-rəsmi statistikaya görə sayı 1 500 000 (bir milyon beş yüz min) nəfəri keçmiş azərbaycanlı əhalinin də öz tarixi yurdlarına Qayıdışları və təhlükəsizlikləri təmin olunmalıdır! Bu kateqoriyadan olan soydaşlarımızın pozulmuş insani haqları bərpa olunmalıdır. Onların öz tarixi yurdlarına yenidən Qayıdışları təmin olunmaqla, onlara vurulmuş maddi-mənəvi ziyanlarına görə kompensasiya ödənilməsi məsələsi həllini tapmalıdır! Bunun üçün hər iki ölkə rəhbərləri zəruri addımlar atmalı, qərarlar almalı, köməkliklər göstərməlidir!!!