Cümə günü, 02 oktyabr 2026
     

Sərhəddə təxribatçı oyunları Ermənistanın “öz başında çatlayır”...

Image


İrəvan üzündən Azərbaycan-Ermənistan sərhədlərində vəziyyət getdikcə gərginləşməkdə davam edir. Azərbaycan Müdafiə Nazirliyinin son məlumatları da sərhəddə qeydə alınan insidentlərin miqyasının böyüyə biləcəyini istisna etmir. Belə ki, Müdafiə Nazirliyinin məlumatlarına əsasən, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

Düşmən Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin, tanklar da daxil olmaqla, bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Azərbaycan tərəfindən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Beləliklə, ermənilərin hərəkəti göstərir ki, onlar gərginliyin daha da genişlənməsində maraqqlıdır. Bunun ümdə səbəblərindən biri isə prosesə Rusiyanı, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etməkdir. Lakin proseslər bu xüsusda ermənilərin yanıldığını göstərir. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın açıqlamaları da təsdiq edir. O bildirib ki, Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Zaxarovanın sözlərinə görə, bu insidentin əsas səbəbi sovet dövründən qaynaqlanır ki, o da sərhədlərin müəyyənləşdirilməsinin beynəlxalq hüquqi əsasının olmamasıdır: "Hesab edirik ki, bu problem sırf sülh, danışıqlar yolu ilə həll edilməlidir". XİN rəsmisi əlavə edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesində kömək etməyə hazırdır: “Rusiya tərəfi sərhəddəki insidentin həllinə qoşulub və gərginliyin azalmasına çalışır. Moskva müntəzəm olaraq Bakı və İrəvanla yüksək səviyyədə danışıqlar aparır”. Zaxarova həmçinin qeyd edib ki, Rusiya iki ölkə arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi, onun çiçəklənən bölgəyə çevrilməsi üçün aktiv vasitəçilik edir. Rusiya XİN sözçüsünün dedikləri ondan öncə digər Rusiya nümayəndələrinin, eləcə də xarici diplomatiya idarəsi rəsmilərinin sözləri ilə üst-üstə düşsə də, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan hələ də təəccübləndirməkdə davam edir. Belə ki, Ermənistan parlamentinin hökumət saatında çıxış edərkən Paşinyan bəyan edib ki, KTMT-nin fəaliyyət sürəti Ermənistanı qane etmir. Onun sözlərinə görə, KTMT vasitələri və ya birləşmiş Rusiya-Ermənistan qruplaşmasının fəaliyyəti vəziyyəti yoluna qoymaq üçün kifayət etməzsə, İrəvan  BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər: "İndiyədək KTMT dəqiq mövqe sərgiləməyib, deməyib ki, Azərbaycan öz qoşunlarını Ermənistan ərazisindən çıxarmalıdır. İşçi səviyyədə belə mövqe səsləndirilib, rəsmi şəkildə isə yox". Ermənistan lideri iddia edir ki, KTMT-yə müraciət olunmasına səbəb Azərbaycan tərəfinin sərhəddəki fəaliyyəti olub. Ancaq təşkilatda Ermənistana hərbi əməliyyatlara əl atmaq tövsiyə edilməyib. Paşinyan şikayətlənib ki, indi Ermənistan hökuməti tənqid olunur, çünki KTMT-yə müraciət edilməsini çoxları səhv addım hesab edir. Amma Paşinyanın fikricə, Ermənistanı problemin həlli üçün gücə əl atmamasına məhz KTMT partnyorları çağırıb: “Ermənistan KTMT-də xahişçi deyil. Bu, üzv ölkələrin belə situasiyalarda istifadə olunması üçün yaratdığı bir alətdir”.

Azərbaycanla imzalanacaq yeni sənədə gəlincə, Paşinyan deyib ki, Azərbaycan qoşunları ərazidən çıxmayınca hökumət onu imzalamayacaq. O, həmçinin qeyd edib ki, sərhəddəki vəziyyətə görə hərbi vəziyyət elan edilməsinə lüzum görmür: “Sərhəddəki vəziyyətə görə hazırda ölkədə hərbi vəziyyətin elan olunmasına ehtiyac görmürəm. Hərbi vəziyyət situasiya kəskinləşdiyi vaxtlarda elan oluna bilər”. Baş nazir əvəzi ümid etdiyini bildirib ki, vəziyyət kəskinləşməyəvək, əksinə, həll yolu tapılacaq: “Azərbaycanın hərbi birləşmələri ölkə ərazisindən çıxmayınca Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası üçün komissiyanın yaradılması barədə sənədi imzalamayacaq. Sünikdən söz düşəndə deyirlər ki, sərhədin bu hissəsində Ermənistan və Azərbaycan arasında demarkasiya və delimitasiya aparılmayıb. Amma demək istəyirəm ki, ona qalsa, Rusiya-Azərbaycan sərhədində də demarkasiya və delimitasiya aparılmayıb. Nə olsun ki?..”

Paşinyan özünün sərt bəyanatlarını, o cümlədən KTMT-dən narazılığını Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın Qarabağ üzrə üçtərəfli bəyanatın şərtlərini pozması barədə açıqlamasından sonra səsləndirib. Qurumun açıqlamasında deyilir ki, mayın 24-dən 26-dək Azərbaycan ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. 

Bununla belə, Ermənistan yenə də təxribatçı fəaliyyətindən əl çəkmir. Ermənistan ordusunun kiçik çavuşu Gevork Xurşudyanın həlak olmasından sonra İrəvan yenidən prosesə KTMT-ni cəlb etməyə çalışır. Bu, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması fonunda özünü qabarıq büruzə verir. O iddia edir ki, Xurşudyanın həlak olmasından sonra  Ermənistanın KTMT-yə qurumun 4-cü maddəsi üzrə (dövlətə hücum) müraciət etməkdən başqa yolu qalmayıb. Buna paralel olaraq, Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ara Ayvazyan da KTMT-yə üzv ölkələrin İrəvandakı səfirləri ilə görüşüb. Burada o, yenidən iddia edib ki, Azərbaycan mayın 12-dən Ermənistanın suveren ərazilərinə “təcavüz edib”, Azərbaycan ordusunun “açdığı atəşlə” bir erməni hərbi qulluqçusu həyatını itirib. Ara Ayvazyan KTMT-nin buna görə Azərbaycana qarşı “tədbirlər” görməsinin vacibliyini də bəyan edib. KTMT tərəfindən bütün bunlarla bağlı verilən reaksiya və açıqlanan rəsmi mövqe isə bir daha erməni tərəfinin təxribat xarakterli fəaliyyətinin fiaskoya uğradığını göstərir. Belə ki, KTMT Baş katibinin müavini Valeri Semerikov bir daha bəyan edib ki, Azərbaycan-Ermənistan sərhədində baş verənlər ancaq siyasi-diplomatik yollarla tənzimlənməlidir. Bütün bunlar Ermənistanın KTMT siyasətinin iflası deməkdir.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ