Cümə günü, 02 oktyabr 2026
     

İranda prezident seçkiləri Cənubi Azərbaycana nə vəd edir?

Image


Böyük sayda soydaşımızın yaşadığı İranda iyunun 18-də keçiriləcək prezident seçkilərində 7 nəfərin namizədliyi təsdiqlənib. İranın seçkilərə nəzarət qurumu olan Nəzarət Şurası bəzi tanınmış namizədlərin seçkilərdə iştirakına qadağa qoyub.  Bununla ölkədə iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün, ədliyyə sisteminin rəhbəri İbrahim Rəisi də daxil olmaqla, yeddi namizəd təsdiqlənib.

Seçkilərdə iştirakına Nəzarət Şurası tərəfindən icazə verilən Rəisi ən çox tanınan namizədlər sırasındadır və ali ruhani lider Ayətullah Əli Xamneyinin yaxın müttəfiqidir. Dövlət televiziyası digər namizədlər arasında keçmiş nüvə müzakirəçisi Səid Cəlili, İnqilab Keşikçilərinin keçmiş komandiri Möhsün Rezayi, keçmiş millət vəkili Əli Rza Zəkani, millət vəkili Əmir Hüseyni Qazizadə, keçmiş vilayət valisi Möhsün Mehralızadə və İran Mərkəzi Bankının hazırkı başçısı Əbdülnasir Hemmatinin də olduğunu bildirib. Şura prezident Həsən Ruhaninin müttəfiqi, mühafizəkarlardan olan keçmiş parlament sədri Əli Laricaninin namizədliyini irəli sürməsini qadağan edib. Eyni zamanda, şura praqmatist birinci vitse-prezident Eşhaq Cahangir və keçmiş prezident Mahmud Əhmədinejadı da diskvalifikasiya edib. Son illər sərt xətt tərəfdarı imicini daha mərkəzçi bir istiqamətə çevirməyə çalışan Əhmədinejad hökuməti səhv idarəetmədə tənqid edib. 2017-ci ildə ölkənin ali ruhanı lideri Ayətullah Əli Xamneyinin Holokostu inkar edən Əhmədinejadın prezidentliyə namizədliyinə qadağa qoymasına baxmayaraq, o həmin vaxt da qeydiyyatdan keçmişdi. Konstitusiyaya nəzarət edən Nəzarət Şurası nəticədə onu diskvalifikasiya etmişdi.

Yuxarıda qeyd edildiyi kimi, İran həm də milyonlarla etnik azərbaycanlının yaşadığı ölkədir. Bəs, bu namizədlər İran azərbaycanlılarına nə vəd edir?  İran Azərbaycanından olan və hazırda Türkiyədə yaşan ekspert jurnalist Taha Kermani bildirir ki, “yaxşı-doğru” bir dəyişiklik gözlənmir. O qeyd edir ki, namizədlərdən ancaq Möhsün Mehrəlizadə İranda yaşayan türkdillilərin səsini qazanmaq üçün onların problemlərini öz kampaniyasında səsləndirə bilər: “İranda sosial iqtisadi durum o qədər gərgindir ki, insanlar hansısa vədə inanmır”. Taha Kermani onu da vurğulayır ki, namizədlər arasında ən çox İbrahim Rəisi şanslı sayılır. Ekspert bildirir ki, onun İranin dini lideri Əli Xamneyi ilə sıx əlaqələri var. O, 2017-ci il seçkisində indiki prezident Həsən Ruhani ilə mübarizə aparıb. Rəisi seçkilərdən sonra ədliyyə naziri təyin edilib. 1990-cı illərdə Azərbaycanın İrandakı səfirliyində çalışmış siyasi şərhçi Sədrəddin Sultan deyir ki, ümumiyyətlə, İranda prezidentlik institutu formaldır: “Prezidentin təmsil olunduğu hökumət formal, görüntü yarandan bir şeydir. İranın dövlət protokoluna görə prezident ölkənin ikinci adamıdır, ali dini lider isə birinci adamdır. Ölkənin təhlükəsizlik orqanları, güc strukturları - hamısı Xameneyinin arxasındadır. Ona görə də prezident hansısa qərar verməkdə, islahat aparmaqda zəifdir”. Ekspert qeyd edir ki, İranın daxili siyasəti kimi, xarici siyasətini də ali dini liderin ofisi müəyyənləşdirir.

Taha Kermani də bildirir ki, ABŞ-ın yeni prezidenti Co Baydenin İrana qarşı sanksiyalar məsələsinə yenidən baxılması, nüvə razılaşmasına qayıdılacağı haqda vədləri yerli hakimiyyəti rahatladıb. İndi İranın qorxusu yerli etirazların alovlanmasındandır: “İranda iqtisadi böhran var. İnsanlar narazıdır. Biz keçən illərdə də şahidi olmuşuq ki, istənilən iqtisadi tələblərlə başlayan etirazlar sonradan siyasi tələbli, geniş, kütləvi aksiyalara çevrilir. Bu etirazlara nəzarət etmək çətindir. İndi İranın ən dəhşətli yuxusu bu cür etirazların yenidən alovlanmasıdır”.  Nisbətən mötədil sayılan indiki prezident Həsən Ruhani iki dəfə ardıcıl prezident olduğundan namizədliyini verə bilməz. Onun mütəfiqlərinin isə namizədliyi təsdiqlənməyib.

Cənubi Azərbaycandan olan siyasi fəal Əjdər Tağızadə isə qeyd edir ki, 1979-cu ildə İslam Respublikasının təsisindən bəri seçkilərin hərəkətli bir şəkildə keçirilməsi İran hakimiyyəti üçün xüsusi önəm daşıyıb: “Ayətullah Xomeyni gələr-gəlməz, bu seçkilər məsələsində çox israrlı oldu. Bunu çox vurğulayırdı. Bu 42 il içində də rejim çalışıb ki, hər zaman seçkilər hərəkətli olsun. Xamneyi də həmişə bunda israrlı olub. Onların dili ilə desək, nizamın təravət və diriliyini qorumaq üçün millət gərək həmişə sandıq başında olsun. Xamneyi də deyir ki, kimə səs verirsiniz verin, amma sandığa gəlin. Əsas budur - sandığa gəlmək, yəni nizamı qəbul etmək. Hazırda hakimiyyətin süzgəcindən keçənlərin bir çoxunun namizədliyi qəbul edilir. Bu namizədlərin hamısı bu nizamı və bu çərçivəni qəbul edir. Amma buna baxmayaraq, bu namizədlərin arasından seçilən prezidentin də heç bir ixtiyarı olmur. Bugünə qədər seçilən prezidentlərin hamısı ən sonda deyiblər ki, bizim bir ixtiyarımız yox idi. Bunlar ali dini liderin işçisi kimi gəlirlər”. Siyasi fəal əlavə edir: “Ölkənin iqtisadiyyatı çöküb. Narazılıq həddən artıqdır. Qadını, işçisi, müəllimi və təqaüdçüsü hər gün etiraz keçirir. Azərbaycanda və İranın tamamında illərlə, aylarla maaş almayanlar etiraz edir. Bu dəfə rejim özünü çox təhlükədə görür ki, əhali seçkiyə qatılmasa, hansı çətinliklər baş verəcək. Odur ki, çalışır xarici güclərdən dəstək alsın və ya Vyanada gedən bu nüvə danışıqlarına bel bağlayıb”.

Nahid SALAYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ