Cümə günü, 02 oktyabr 2026
     

Ermənistanda revanşist qüvvələrin tam fiaskosu etiraf mərhələsində... Ter-Petrosyan “xalqımızı yeni itkilər və məyusluqlar gözləyir” dedi

Image


Azərbaycan Vətən müharibəsinin gedişində illərdir barəsində mif yaradılan  Ermənistan ordusunu darmadağın etdi. Bu ordunun yenidən bərpa edilməsi indiki şərtlər daxilində mümkünsüzdür. Ermənistanın maliyyə və digər iqtisadi imkanları, həmçinin əhalisinin sayı və tərkibi də ordunun bərpa olunmasına imkan vermir. İqtisadi böhran məngənəsində boğulan Ermənistan dövlət büdcəsindən hərbi məqsədlər üçün çəkilən xərcləri artırmaq iqtidarında deyil. Artan dövlət borcunun təhlükəli həddə çatması da buna imkan vermir. Üstəlik, Ermənistan əhalisinin demoqrafik tərkibi, xüsusən də gənc nəslin say azlığı ordunun şəxsi heyətlə də tələb edilən həddə komplektləşdirilməsini mümkünsüz edir.

O səbəbdən bu gün Ermənistan əhalisinin sürətlə yaşlanması haqda erməni mediası daha çox həyəcan təbili çalır. Real vəziyyət Azərbaycanın sarsıdıcı zərbələrindən sonra Ermənistan ordusunun yaxın onilliklər ərzində əvvəlki döyüş qabiliyyətini bir daha bərpa edə bilməyəcəyini göstərir. Ümumiyyətlə, bu gedişlə Ermənistan ordusunun ayrıca struktur kimi ləğvi də istisna olunmur. Bu xüsusda “168.am” nəşri yazır: “Nikol Paşinyan zaman-zaman həyata keçirdiyi əyalət səfərlərində ordunu ləğv etməyin ən axmaq və dağıdıcı tezisini seçicilərinin şüuruna tədricən yeridərkən, buna paralel olaraq, öz itaətkar fraksiyası vasitəsilə onu tez həyata keçirməyə çalışır”. Nəşr yazır ki, türk dünyası ilə sərhədlərə və həll edilməmiş hərbi konfliktə sahib olan Ermənistanın baş naziri kürsüsünü tutan şəxs ordu xidmətini cəlbedici etmək üçün əslində ölkənin təhlükəsizliyinin qarantı olan erməni silahlı qüvvələrini məhv etmək qərarına gəlibsə, onun üçün faktiki olaraq ölkənin təhlükəsizliyi bir qəpik dəyərə sahib deyil: “Hakim fraksiyaya yaxın olan mənbələrimizin məlumatına görə, “Mənim addımım”çılar yığcam, özəl görüşlərdə növbədənkənar seçkilərə qədər məcburi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı qanun qəbul etməyi müzakirə edirlər. Bizə dedilər ki, yaxşılaşdırılan norma əsasında bu qanun geri dönüş qüvvəsinə də malik olacaq və bu, səlahiyyətlilərə minlərlə hərbi qulluqçunu xidmətdən azad etmək imkanı verəcək. Əslində isə bu, ordunu ləğv etmək deməkdir”.

Bu şəraitdə Azərbaycanın əməkdaşlıq təklifləri, 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatlar əsasında bu istiqamətdə atdığı addımlar Ermənistan üçün müstəsna əhəmiyyət kəsb edir. Lakin Ermənistanda Azərbaycanın postmüharibə dövründə əməkdaşlıq niyyətini hələ də layiqincə qiymətləndirməyib revanşist mövqedən çıxış edən qüvvələr mövcuddur. Belə qüvvələr sırasında “Qarabağ klanı” daha çox seçilir. Lakin bu zaman  revanşist mövqedən çıxış edən digər qüvvələr unudur ki, Azərbaycan ikinci Qarabağ müharibəsində öz ərazi bütövlüyünü bərpa edib və buna müqavimət göstərməyə çalışan Ermənistan ordusu darmadağın edilib. Bu fonda Ermənistanın revanş üçün nə ordusu, nə də digər imkanları var. Elə sabiq prezident Levon Ter-Petrosyan da məsələyə bu prizmadan yanaşır. Ermənistan müxalifətinin əksəriyyətinin Nikol Paşinyanı 44 günlük müharibədə məğlubiyyətin yeganə təqsirkarı elan etməsinə rəğmən, ölkənin birinci prezidenti məsuliyyəti yalnız Paşinyanın daşımadığını bəyan edib.

Levon Ter-Petrosyan “ilur.am” saytında yazdığı böyük məqalədə qeyd edir ki, 1997-ci ildən bəri onun özünün Erməni Ümumilli Hərəkatından başqa bütün Ermənistan siyasi qüvvələri Qarabağ probleminin güzəştli həlli üçün bütün əlverişli imkanları pozub və kompromislərdən imtina, status-kvonun saxlanması kimi məhvedici yol tutublar. Keçmiş prezidentin gəldiyi qənaətə görə, nəticədə bu ölümcül kurs bütün növbəti siyasi rejimlərin dövlət səviyyəsində apardığı siyasətə çevrilib və fəlakətə gətirib çıxarıb. Ter-Petrosyanın fikrincə, məhz buna görə də hamı bugün günahı Nikol Paşinyanın boynuna qoyur: “Halbuki, məsuliyyət payını millətin elitası – ziyalıların əksəriyyəti, politoloqlar, təhlilçilər, jurnalistlər, alimlər, ali məktəb professorları və diasporanın demək olar bütün strukturlarının liderləri daşıyır”. Keçmiş prezident bəyan edir ki, bu adamlar “bir qarış da vermərik” tezisini ermənilərin az qala “İncil qədər mübahisəsiz” etiqadına çeviriblər: “Obrazlı desək, Nikol Paşinyan son olaraq bütün sadaladığım qüvvələrin, Vazgen Sarkisyanın iki “nəsihətini” parlaq şəkildə icra edib: “Qanla alınan torpağı kağız üzərində qaytarmırlar”. Bu isə o deməkdir ki, onu daha böyük qanla təslim edirlər. İndi də elə bu baş verib. Başqa bir nəsihətdə isə deyilirdi: “Kompromisə yalnız məcbur olanda gedərik”. Baxın, məcburi kompromis elə kapitulyasiya deməkdir və o, bu gün gerçəyə çevrilib”. Levon Ter-Petrosyan daha sonra ən yeni Ermənistan tarixinin qanlı hadısələrindən birinə toxunub: “İnsafən, özümə borc bilirəm qeyd edəm ki, Vazgen gec də olsa öz səhvini başa düşərək, bunu Karen Dəmirçyanla blok yaratmaqla düzəltmək istəyirdi. O, Qarabağ tənzimləməsini realist axarına qaytara bilərdi. Lakin 27 oktyabr cinayəti bu ümidverən prosesə son qoydu”.

Eks-prezident əmindir ki, xalqın ölkənin taleyinə düşən bu fəlakətdə heç bir rolu, erməni ordusunun isə məğlubiyyətdə heç bir günahı yoxdur: “Biz Azərbaycana məğlub olmadıq, öz siyasi fikrimizin kallığından məğlubiyyəti öz üstümüzə gətirdik”. Levon Ter-Petrosyan təəssüflə qeyd edir ki, müharibədən sonrakı dövrdə ritorika həm Ermənistanın özündə, həm də diasporada beynəlxalq icmanın dəstəyinə olan “əbəs” ümidlərlə doludur və Azərbaycanla Türkiyənin ünvanına “qeyri-ciddi, hətta təhlükəli” hədələr səsləndirilir. Ter-Petrosyan əmindir ki, bütün bu ritorika seçki kampaniyasında daha da güclənəcək: “Bu, bizim tarixdən dərs ala bilmək qabiliyyətimizə olan ümidləri puç edəcək. Bu o deməkdir ki, xalqımızı yeni itkilər və məyusluqlar gözləyir”.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ