Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan sərhəd məsələsində yenə Ermənistana dərs verdi

Image


Azərbaycan və Ermənistan arasında son günlərdə ən çox diqqət cəlb edən hadisə, heç şübhəsiz ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı yaranan gərginlikdir. Əslində, bu gərginliyin yaranmasının əsas günahkarı Ermənistan özüdür. İlk növbədə o baxımdan ki, Ermənistan burada yenə beynəlxalq hüquqa zidd davranış sərgiləyir, faktiki Azərbaycana məxsus ərazilərin sərhəd bölgüsü zamanı yenidən mənimsənilməsinə cəhd edir. Amma bu dəfə fakt qarşısında qaldığından, hansısa əməli addım ata bilmir.

Ermənilər Rusiyanı ittiham hədəfinə çevirir

Haqsız mövqedə olduğunu bilməsinə rəğmən, sərhədlərin müəyyən edilməsi prosesində Azərbaycanın əraziləri üzərində nəzarəti geri qaytarması fonunda Ermənistan indi beynəlxalq miqyasda hay-küy salmağa can atır. İrəvan iddia edir ki, guya Azərbaycan Laçın rayonunda yerləşən Qaragöl istiqamətindən onun suveren ərazilərinə təcavüz edib. Erməni lobbisinin təsiri altında olan Fransa kimi ölkələr də məsələnin mahiyyətinə varmadan ermənilərin mövqeyini dəstəkləyir. Halbuki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci ilin noyabrınadək Azərbaycan ərazilərini işğal altında saxlaması olub. Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. İrəvan iddia edir ki, bu zaman Azərbaycan onun sərhədlərini pozur. Ancaq reallıq odur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. İndiki halda Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Rəsmi Bakı baş verənlərə münasibət bildirərkən qeyd edib ki, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir. Amma Ermənistan hələ də bu reallığı qəbul etmək istəmir. Hətta Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan sərhəddə baş verən bu hadisəni əvvəlcədən planlaşdırılmış hesab edir. Paşinyanın təşkil edilmiş və planlaşdırılmış adlandırdığı hadisə ilə bağlı bəyanatı kifayət qədər çoxmənalıdır. İrəvanda düşünürlər ki, hadisənin əsas günahkarı Rusiyadır. Ermənistanın “1in.am” nəşri yazır ki, sərhəddəki hadisənin Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən dərhal sonra baş verməsi nəzərə alınaraq bu sual, ən azından, nəzəri olaraq təhlil edilməlidir: “Bu halda sual yaranır ki, Rusiya buna hansı cavabı verə bilər. Üstəlik, problem Ermənistanın əvəzinə Rusiyanın cavab verməli olduğu deyil. Vəziyyətə cavabdeh olan Ermənistan qurumlarının Bakının planlaşdırılmış şəkildə maneəsiz olaraq bunu həyata keçirməsinə necə imkan verdiyi özlüyündə əsas sualdır. Və yeri gəlmişkən, bu hal təşkilatçıların əhatə dairəsinin çoxtəbəqəliliyinin nəzərdən keçirilməsinin, ən azından, nəzəri imkanını aktuallaşdırır. Lakin Rusiya təkcə Ermənistan ərazisinin təhlükəsizliyi baxımından müəyyən öhdəliklərə sahib olan Ermənistanın təhlükəsizlik müttəfiqi kimi yox, eyni zamanda ilk növbədə bəlkə də 10 noyabr razılaşmasının “vasitəçi-cavabdehi” kimi cavab verməlidir. Rusiya sazişin həyata keçirilməsini təmin edə bilərmi? Bu mənada, faktiki olaraq ikinci faktın şahidi oluruq ki, bu da 10 noyabr razılaşmasının şəxsi məsuliyyəti ilə bağlı addımları atmaq üçün Rusiyanın ya qabiliyyətini, ya da istəyini şübhə altında qoyur. Əgər Rusiya özü bunların planlaşdırılmasında iştirak etmirsə və bunların həyata keçirilməsini təmin etmək məsələsində rol oynayırsa, bu hadisələr baş verməməli idi. Bütün hallarda Rusiya bacarmır və ya istəmir”.

Bakı sərhəd məsələsində istədiyinə nail olacaq, Zəngəzur dəhlizi də açılacaq

Ümumiyyətlə, hazırda Ermənistanda belə bir fikir hakimdir ki, sərhədlərin müəyyən edilməsi məsələsində Azərbaycan istəyinə nail olacaq. Bu fonda o da vurğulanır ki, Azərbaycan istədiyi kimi Zəngəzur dəhlizini də açacaq. Ermənistanın “Lragir” nəşri yazır ki, dəhlizin açılmasını tələb edən əsas tərəflərdən biri də Rusiyadır: “Rusiyanın İrəvanı Zəngəzur dəhlizini “könüllü” şəkildə açmağa məcbur etdiyi açıqdır. Bu məqsədlə diversantlar məsələsindən tutmuş müxtəlif təhdidlərə qədər bütün metodlar istifadə olunur. Eyni zamanda, Moskvanın mümkün siyasi təşəbbüslərin qarşısını almaq üçün Ermənistana qarşı “dəhliz” məsələsindən istifadə etməsi diqqətçəkəndir. Moskva dəhlizə nəzarəti ona təhvil verməyi təklif edir ki, bu da Ermənistanın suverenliyinin itirilməsidir.

Üçtərəfli bəyanatın 9-cu bəndi isə aşağıdakını müəyyənləşdirir: “9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. İrəvan rəsmi olaraq bildirir ki, istənilən kommunikasiya yalnız Ermənistanın səlahiyyəti altında olmalıdır. Əgər Ermənistan dəhlizi “könüllü” şəkildə açmağa razı olmasa nə olacaq? Yoxsa bunu artıq Ermənistanın Zəngəzur vilayətində dayaq məntəqələrə yerləşdirilməsinə icazə verilmiş rus hərbçilər edəcək?. Görünür ki, hə. Ermənistanın buna müqavimət göstərmək imkanları yoxdur”.

Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan da bildirib ki, Azərbaycan istəyinə çatacaq. Çünki güclüdür və Ermənistanı heç kim müdafiə etmir: “Beynəlxalq strukturlara müraciət etmək və bu problemi beynəlmiləlləşdirmək təbii olaraq məntiqə malikdir. Lakin problem ondadır ki, beynəlxalq ictimaiyyət Ermənistanın heç nə etmədiyini və bütün problemin beynəlxalq sahəyə köçdüyünü gördükdə heç nə etməyəcək. Bu o deməkdir ki, onlar sadəcə bəyanatlardan və sakitlik, siyasi yolla problemləri həll etmək çağırışlarından başqa heç nə etməyəcəklər”. O qeyd edib ki, Ermənistanın üzvü olduğu KTMT də bəyanatlardan başqa heç bir şey etməyəcək: “KTMT bəyanatlardan başqa heç bir şey etməyəcək, siz belarus və ya tacik əsgərin gəlib azərbaycanlıları Qaragölün ərazisindən çıxarmasını istəyirsiniz? Bunu əbəs yerə gözləməyin”. Belə vəziyyətdə Azərbaycanın məqsədinə çatmasının qaçılmaz olması ermənilər tərəfindən də qəbul edilir.   

Bakı yenidən İrəvanı yerində oturtdu

Proseslərin təhlili onu da göstərir ki, bu gün Ermənista hansısa formada Azərbaycana müqavimət göstərmək iqtidarında deyil. Erməni mediası yazır ki, 44 günlük müharibədən sonra Qaragöl istiqamətində baş verənlər də bunun təsdiqi oldu.

Qeyd edək ki, Qaragöl istiqamətində yaranmış qalmaqalla bağlı Azərbaycan və Ermənistan rəsmiləri arasında davam edən danışıqlar başa çatıb. Artıq müxtəlif erməni mənbələr razılaşma ilə bağlı bəzi detalları da yayımlayır. Burada qeyd edilir ki, Azərbaycan Qaragöl istiqamətində irəlilədiyi 3,5 kilometr məsafədən 1,5 kilometrə qədər geri çəkilir. Amma o şərtlə ki, 1,5 kilometr əraziyə sərhəd xətti və neytral bölgə də daxil ediləcək, bu ərazi boyunca Azərbaycan və Ermənistan hər biri 4 post quracaq. Postlarda ağır zirehli texnika olmayacaq, sərhəddə yalnız yüngül silahlarla təchiz olunmuş nizami ordu dayanacaq. Vardanes və Geqarkunik istiqamətində isə sərhədlə bağlı hələlik razılıq olmayıb. Razılaşma ilə bağlı “Qraparak” nəşri olduqca maraqlı şərh yazıb: “Azərbaycan hər dəfə 3 kilometr irəliləsə, sonra 1 kilometr geri çəkilsə, Ermənistandan heç nə qalmayacaq”. Zəngəzurun keçmiş başçısı, “Dirçələn Ermənistan” Partiyasının lideri Vaqe Akobyan da bu fonda maraqlı açıqlama verib. Onun sözlərinə görə, danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib: “Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq. Yeri gəlmişkən, bu gün mövcud olan yaxşı və ya pis hər şey və bu razılaşma sülhməramlı qüvvələrin komandanı Rüstəm Muradovun səyləri ilə əldə edildi. İndi belə çıxır ki, Azərbaycan ordusu nəinki buradan çıxmadı, əksinə, onlarda artıq postlar və əsgərlər də olacaq!”. Partiya rəhbəri bu razılaşmanı Ermənistan tarixi üçün “növbəti biabırçı razılaşma” adlandırıb.

Ermənistan müxalifətinin nümayəndələri sərhəd insidentini həm də Nikol Paşinyanın oyunu kimi təqdim edir. “Qarabağ klanı”nın üzvü Qarnik Arakelyan bu fonda bildirib ki, Zəngəzur vilayətində sərhəd demarkasiya və delimitasiyasının bu səviyyədə gərginləşdirilməsi siyasi oyundur və hədəf seçkiləri təxirə salmaqdır. O iddia edib ki, Nikol Paşinyan gərginliyi artıraraq, hərbi vəziyyət elan etməyə çalışır. Erməni sosial şəbəkə istifadəçiləri də, Azərbaycan ordusu ilə sakit müzakirələrin aparılmasına baxmayaraq, məsələnin bu dərəcədə şişirdilməsini Nikol Paşinyanın seçkiyə hesablanmış oyunu adlandırır. İddialar sırasında o da bildirilir ki, sərhəddəki gərginlik qısa müddətdə sakitləşərsə və Paşinyan istəyinə nail olmazsa, baş nazir səlahiyyətlərini icra edən Paşinyan “B planı”na keçəcək və pandemiyanı bəhanə edəcək. Belə ki, koronavirusa yoluxma sayı şişirdilərək qapanmalara gediləcək. Bildirilir ki, ən yaxşı halda seçkilərdə məhdudiyyətlər tətbiq ediləcək, ən pis halda isə seçkilər təxirə salınacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ