Dini icma rəhbərləri Ağdamda Cümə məscidini ziyarət ediblər - FOTO

img

Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və digər dini konfessiyaların rəhbərləri Ağdamın Cümə məscidini ziyarət ediblər.

Trend-in məlumatına görə, A.Paşazadə və digər dini icma rəhbərləri ibadət ediblər. Məsciddə namaz qılınıb.

Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.

Son xəbərlər