şənbə günü, 03 oktyabr 2026
     

İstanbul kanalı Montrö konvensiyasına son qoyur? Mövzu ətrafında fikirlər haçalandı…

Image


Qardaş Türkiyədə İstanbul kanalı layihəsi ətrafında yaranan qalmaqal səngimir. Bu haqda danışmazdan öncə qeyd edək ki, Bosfor boğazı ilə paralel olaraq Mərmərə və Qara dənizi birləşdirəcək və uzunluğu 50 kilometr olacaq İstanbul kanalı layihəsi uzun illərdir gündəmdədir.

Türkiyə hökuməti bildirir ki, bu nəhəng kanal sayəsində İstanbulda ikinci boğaz olacaq. Kanalın dərinliyi 25 metr, eni isə 150 metr təşkil edəcək. İri gəmi və tankerlərin keçəcəyi bu yeni boğaz layihəsi geniş mübahisələrə səbəb olub. Bir çox memarlar İstanbulun oxşar layihənin həyata keçirildiyi Nyu-Yorkla müqayisəsini düzgün hesab etmir və kanalın inşasının böyük problemlər doğuracağını söyləyir. Amma əsas mübahisə Montrö konvensiyası ilə bağlıdır. Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə, İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək  hüququ verir. Montrö konvensiyasına görə, bütün ölkələrin ticarət gəmiləri boğazlardan həm müharibə, həm də dinc dövrdə sərbəst keçə bilər. Ancaq hərbi gəmilərin oradan keçidi Qara dəniz hövzəsinə aid olmayan gəmilər üçün fərqlidir: onlara siniflərinə və boğazdan keçmə müddətlərinə görə müəyyən məhdudiyyətlər tətbiq olunur. İstanbul kanalı çəkilərsə, Türkiyənin bu kimi məsələlərdə fərqli imkanlara sahib olacağı proqnozlaşdırılır. Məsələn, fikirlər səslənir ki, yeni kanal Türkiyəyə istənilən hərbi gəminin, hər şeydən qabaq NATO üzrə tərəfdaşlarının Qara dənizə girişini təmin edib-etməmək imkanı verəcək. Bununla yanaşı, İstanbul kanalı ancaq Türkiyə dövlətinin gücü ilə salınacaqsa, açılışdan sonra Ankaranın idarəçiliyi altında olacaq.

Kanalın açılışını Türkiyə 2023-cü ildə, yəni türk dövlətinin qurulmasının ildönümündə və hökumətə Boğazdan gəmilərin keçməsi üçün heç bir vergi toplamağa imkan verməyən Lozanna Müqaviləsinin sona çatmasıyla reallaşdırmaq istəyir. Bu isə onun bölgədə geopolitik rolunu gücləndirir. Belə ki, dünyanın aparıcı ölkələri və qonşu dövlətlərin yeni kanalın statusu və ondan istifadə qaydaları məsələsi üzrə Türkiyədən danışıqlar tələb etdiyi bir vaxtda ona kozır kartlar verir. Bu halda Montrö konvensiyası qüvvədən düşə bilər. Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, gəmilərin Bosfor boğazından keçmə rejimi barədə Montrö konvensiyası hələ layihə halında olan İstanbul kanalına şamil edilməyəcək. Bundan əvvəl də o bildirib ki, əsrin ən böyük layihəsi olan İstanbul kanalı Panama və Süveyş kanallarını kölgədə qoyacaq. O vurğulayıb ki, su yolu Bosfor sahillərində yaşayan 2 milyon insanı hər il boğazdan daşınan milyonlarla ton risqli materiallardan qorumaq üçün tikilir: "Əsas məqsədimiz Bosfordan keçən nəqliyyatı azaltmaq və ətraf mühit təhlükələrini azaltmaqdır". Eyni zamanda, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, kanalın layihəsi ölkəsinin Montrö konvensiyasından imtinasına yönəldilməyib. Lakin hakimiyyətin bu mövqeyi ilə Türkiyədə heç də hamı razılaşmır.

Qeyd edək ki, bu səbəbdən ötən bazar günü Türkiyənin 104 istefada olan admiralı məktub dərc edərək, Montrö konvensiyasını Bosfor və Dardanel boğazlarına suveren hüquqlarını bərpa edən Türkiyənin diplomatik qələbəsi adlandırıb. Admirallar Qara dənizlə Mərmərə dənizini birləşdirəcək, Bosfor boğazına paralel olacaq İstanbul kanalının layihəsi ilə bağlı həmin razılaşmaya yenidən baxılması barədə müzakirələri yersiz adlandırıblar. Həmçinin, məktubda Türkiyədə qüvvədə olan Konstitusiyanın saxlanmasına çağırışlar səslənir. Məktubla bağlı Türkiyə Parlamentinin sədri Mustafa Şentop, vitse-prezident Fuat Oktay, Türkiyə Prezidenti administrasiyasının kommunikasiya departamentinin rəhbəri Fahrettin Altun, prezidentin sözçüsü İbrahim Kalın və bir neçə nazir tənqidi fikirlər səsləndirib. Türkiyənin Milli Müdafiə Nazirliyi isə yazılı bəyanatında məktub müəlliflərinin gözlərini paxıllıq örtdüyünü və ölkənin Silahlı Qüvvələrinin uğurlarını görmək istəmədiklərini, məktubun orduya və demokratiyaya zərbə vurmağa yönəldiyini qeyd edib. Ankara prokurorluğunun məktubla bağlı araşdırmalara başlamasının ardından Türkiyə polisi Montrö konvensiyasını dəstəkləyən məktuba imza atmış 10 nəfər ehtiyatda olan admiralı həbs edib.

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib ki, bəyanatda imzası olan admiralların rütbələri alınmalıdır. Bunun ardınca Türkiyədə sabiq 96 millət vəkili Montrö konvensiyasını dəstəkləyən məktuba imza atıb. Bu xüsusda onların yaydığı məlumatda bildirilir: "Cümhuriyyətimizin əsas təməlləri müzakirə edilə bilməz! İstanbul kanalı həyata keçirilə bilməz! Montrö müzakirə edilə bilməz! Öncə sabiq 126 səfir İstanbul kanalı və Montrö razılaşması ilə bağlı açıqlama verdi. Ardından təqaüddə olan 104 admiral öz fikrini bildirdi. Şəxslər, qruplar və ya qurumların ölkə mənafeyi söhbət mövzusu olduqda öz fikirlərini bildirməsindən təbii nə ola bilər? Bu həm haqdır, həm də vətəndaşlıq borcudur. İstanbul razılaşmasının Konstitusiyaya zidd formada prezident tərəfindən ləğv olunmasının verdiyi cəsarətlə sürətləndirilən İstanbul kanalı və Montrö razılaşmasına dair müzakirələrin gəldiyi nöqtə bizi bu açıqlamanı verməyə vadar etdi".

Ramil QULİYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ