Xalq artisti Elşən Mansurov Prezidentə - “Bütün gərgin iş rejiminizdə...”

img

Bakının Yasamal rayonundan Xalq artisti Elşən Mansurov Prezident İlham Əliyevə müraciət ünvanlayıb:

“2020-ci il Sizin uzaqgörən, müdrik və qətiyyətli rəhbərliyiniz altında Azərbaycan tarixində 30 ilə yaxın işğaldan sonra qalibiyyət ili oldu. Azərbaycana rəhbərlik etdiyiniz bu illərdə Siz, ölkəmizin iqtisadi inkişafını, ordu quruculuğunu, müdafiə sənayesini və müdafiə qüdrətini elə bir səviyyəyə qaldırdınız ki, 4 ilə işğal olunan Qarabağımız 44 gün ərzində düşmən tapdağından azad olundu. Bütün bunlar dünyanın gözü qarşısında baş verdi.

Azərbaycan xalqının nə qədər vətənpərvər, qəhrəman, haqq yolundan dönməz olduğunu bütün dünya gördü. Ölkəmizin Vətən uğrunda müharibə apardığı bir vaxtda ikinci cəbhədə koronovirusla mübarizədə xalqa verdiyimiz dəstək təqdirəlayiqdir. Dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq ehtiyacı olan aztəminatlı ailələr, iş yerlərinin bağlanması ilə üzləşən iş adamları dövlət tərəfindən dəstək aldı. Bu siyahını artırmaq olar. Bütün bunlar Azərbaycanın Prezidenti olaraq Sizin gündəlik qayğı və diqqətinizin kiçik bir hissəsidir.

Bütün bu gərgin iş rejiminizdə Sizin mədəniyyətə, təhsilə göstərdiyiniz diqqət və qayğı təhsil işçisi, musiqiçi və müəllim olaraq məni çox fərəhləndirir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə verdiyiniz Sərəncam Sizin təhsilə, mədəniyyətə nə qədər əhəmiyyət verdiyinizin bariz nümunəsidir. Bu Sərəncamınızla Siz mənim də əmək və fəaliyyətimə yüksək qiymət verərək “Azərbaycanın Xalq artisti” fəxri adına layiq görmüsünüz.

Sizə şəxsən öz dərin təşəkkürümü bildirirəm. Bu məni sevindirməklə yanaşı həm də məsuliyyət hissimi artırır, yaradıcılığımda, pedaqoji fəaliyyətimdə daha böyük işlər görməyə stimul verir.

...Göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. Sizə Azərbaycanın xoşbəxt gələcəyi uğrunda gördüyünüz işlərdə müvəffəqiyyətlər arzu edirəm».

Baki-xeber.com

Son xəbərlər