Şəkidən Qarabağ veteranı Ramazan Salamov Prezident İlham Əliyevə yazır...

img

“Ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız böyük mübarizənizi tarixi zəfərlə başa vurmağınız münasibəti ilə Sizi ailə üzvlərim və şəxsən öz adımdan təbrik edirəm. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, yaralanmış qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram.

Sizin ölkəmizin bütün sahələrində apardığınız uğurlu siyasətin nəticələri öz bəhrəsini verməkdə davam edir. Vətəndaşlarımıza göstərdiyiniz qayğı xalqımızın yaddaşına, hafizəsinə birdəfəlik daxil olmuş və bu xeyirxah əməlləriniz tarix boyu ürəklərdə yaşayacaq. Xüsusilə də təhsilə, səhiyyəyə, sosial sahəyə və digər sahələrə diqqət sözün əsl mənasında təqdirə layiqdir.

...Övladım Xəyalə Salamova Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində ödənişli əsaslarla təhsil alır. O, Azərbaycan Respublikası Gənclər Fondunda keçirilən müsabiqədə iştirak etmiş və qalib olmuşdur. Keçirilən müsabiqədə qalib olduğu üçün bu ilki təhsil haqqı Gənclər Fondu tərəfindən ödənilmişdir.

Bu diqqət həm ailəmizə sevinc bəxş etmiş, həm də qızımı daha yaxşı oxumağa həvəsləndirmişdir.

Bu diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk”.

Bunu Prezident İlham Əliyevə müraciətində Şəki şəhərindən Qarabağ müharibəsinin veteranı Salamov Ramazan qeyd edib.

Baki-xeber.com

Son xəbərlər