“Bütün dünya azərbaycanlılarının müdrik liderisiniz” - Mingəçevirdən bir qrup Qarabağ veteranı Prezidentə müraciət etdi

img

“Biz, Qarabağ müharibəsi veteranı olaraq Sizi dəstəkləyirik. Bu gün xalq iqtidarla birdir. Bu birlik sayəsində Qarabağ bölgəsi erməni işğalçılarından təmizlənmişdir. Buna görə biz ömür boyu Sizə minnətdarıq. Siz xalqı ətrafınızda birləşdirib öz dəmir yumruğunuzla xain düşməni əzdiniz və onun havadarlarına ölkəmizin gücünü göstərdiniz.

Sizə eyni zamanda ona görə minnətdarıq ki, istər ağır müharibə şəraitində, istərsə də müharibədən sonra bütün vətəndaşlarımızın maddi və mənəvi rifah halını diqqət mərkəzində saxladınız. Hazırda şəhərimizdə aparılan abadlıq və quruculuq işləri bütün şəhər sakinlərini sevindirir. Binalar əsaslı təmin olunur, dam örtükləri yenilənir. Məhəllələrdə yeni parklar salınır. Uşaqlar üçün əyləncə sahələri yaradılır.

Siz bütün dünya azərbaycanlılarının müdrik liderisiniz”.

Bu sözləri Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə Mingəçevir şəhərindən Qarabağ müharibəsi veteranları - Osmanov Sahib, Cəbiyev Arif, Mirzəyev Yunus və Əliyev Həsən yazıb.

Baki-xeber.com

Son xəbərlər