Azərbaycan Ermənistan dövlətinə, vəzifəli şəxslərə və dövlət qurumlarına qarşı konkret cinayət ittihamı prosedurlarına başlayır...

Şəmsəddin Əliyev: “Həm bu cinayətin təhrikçilərinin, həm təşkilatçılarının, həm də icraçılarının beynəlxalq məhkəmə qarşısında ittiham prosesinin şahidi olacağıq”

img

“Prokurorluq orqanlarının əməkdaşları həm Ermənistan silahlı birləşmələri, həm də erməni muzdluları tərəfindən törədilən bütün cinayətlərə dair ilkin sübutları keyfiyyətli, beynəlxalq standartlara uyğun olaraq topladılar.

Çalışacağıq ki, erməni hərbi birləşmələri tərəfindən törədilən cinayətlərin bütün əldə olunan sübutları beynəlxalq müstəviyə qaldırılsın. Biz Ermənistan dövlətinə, Ermənistanın vəzifəli şəxslərinə, bu ölkənin konkret dövlət qurumlarına qarşı məhkəmə proseslərinə başlayacağıq. Ümid edirəm ki, bizim orada uğurlar əldə etməyimiz üçün kifayət qədər sübutlarımız da mövcuddur”.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

  • ...biz tezliklə bunun müsbət nəticəsini görəcəyik”

 “Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın Baş Prokurorluğunun başlatmağa hazırlaşdığı bu beynəlxalq məhkəmə prosesi Ermənistan faşizmini bütün dünyada ifşa edəcək. “Əslində, burada cinayət prossesual hüquqi baxımından ciddi məqamlar var. Tarixən belə hallar olub. Xatırlatmaq istəyirəm ki, 1941-1945-ci illər müharibəsindən sonra Nyurnberq məhkəməsi düz bir il çəkdi. Müharibə bitdikdən sonra materiallar dərhal toplandı və əlahiddə bir tribunal yaradıldı, o tribunalda faşist şovinistlərinin, insanlığa qarşı cinayət törədənlərin, bu işdə əli olanların, iştirak edənlərin, təşkilatçıların və təhrikçilərin beynəlxalq ictimaiyyətin gözü qarşısında bir-bir ittiham prosesi davam etdi. Yüksək rütbəli faşist zabitləri ölüm hökmünə və ömürlük cəzaya məhkum olundular. Sonra Yuqoslaviya, Haaqa trubunalı baş verdi. Yəni bütün bunlar, birmənalı şəkildə, ona görə həyata keçirilir ki, başqa dövlətlərə qarşı bəşəriyyət əleyhinə cinayətlər, soyqırımlar törədən dövlətlərin və onların rəsmi şəxslərinin cəzalandırılması baş versin, bu da başqalarına görk olsun. Hələ mən 20-ci əsrin əvvəllərində baş verənləri demirəm,1988-ci ildən başlayaraq Ermənistana rəhbərlik etmiş şəxslər tərəfindən Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törədilib. Azərbaycana qarşı Ermənistan tərəfindən böyük faşizm cinayətləri törədilib, ayrı-ayrı rəhbər şəxslərin göstərişləri ilə dinc sakinlərimiz kütləvi terrora məruz qalıblar. Erməni vandalları tərəfindən mədəni irsimiz, tarixi, dini abidələrimiz vəhşicəsinə dağıdılıb. Buna hüquqi baxımdan yanaşdıqda burada kifayət qədər həm maddi-mənəvi ziyan, həm də təbii ki, insanlığa qarşı böyük bir cinayət var. Ona görə də Baş Prokurorluq qələbədən sonra Ermənistan dövlətinə, vəzifəli şıxslərə və dövlət qurumlarına qarşı konkret cinayət ittihamı irəli sürür və onların ağır şəkildə cəzalandırılması üçün müvafiq addımlar atır. Təkcə biz yox, bütün dünya Ermənistanın faşizm cinayətlərini öz gözləri ilə gördü. Gəncədən tutmuş, Bərdəyə qədər biz Ermənistan rəhbərliyinin dinc əhaliyə qarşı vandal, soyqırım cinayətlərinin şahidi olduq və bütün bunları Azərbaycan prossesual baxımdan sənədləşdirib. Ümid edirəm ki, bu il biz Ermənistan dövlətinin, vəzifəli şıxslərin və dövlət qurumlarının beynəlxalq məhkəmələrdə cəzalandırılmasına nail olacağıq. Bu həm də Ermənistanın cinayətlərini dəstəkləyən dövlətlərə tarixi ibrət dərsi olacaq. Hesab edirəm ki, bu işin üstünə çox ciddi düşmək lazımdır, çünki onların cəzalandırılması üçün bizim kifayət qədər təkzibolunmaz dəlilimiz var”.

Ş.Əliyev hesab edir ki, K.Əliyevin rəhbərliyilə Baş Prokurorluqda bu işlə məşğul olan bütün peşəkar hüquqşünaslar məlum şəxslərin cəzalandırılması üçün bütün tədbirləri görüblər. “Baş Prokurorluq tərəfindən bu istiqamətdə çox sürətli, çevik prossesual addımlar atılır, biz tezliklə bunun müsbət nəticəsini görəcəyik. Həm bu cinayətin təhrikçilərinin, həm təşkilatçılarının, həm də icraçılarının beynəlxalq məhkəmə qarşısında ittiham prosesinin şahidi olacağıq, bu da bütün dünyaya görk olacaq. Əgər bu beynəlxalq məhkəmə qurulmasa, onda dünyada haqsızlıq ayaq tutub yeriyəcək. Təsəvvür edin, bizim bayrağımızda islamın rəmzi var. Rəbbimiz də öz kəlamları ilə dəfələrlə ifadə edib ki, naqislikdən, zülmdən, haqsızlıqdan uzaq olun, yoxsa, siz cəhənnəm oduna çevriləcəksiniz. Müasir anlamda demək istəyirəm ki, ermənilər kiçik bir xalq kimi başqa xalqların hüquqlarını tapdamaqla, onlara qarşı insanlığa zidd davranışlar həyata keçirməklə öz dövlətlərini qorumaq istəyirlər. Bunu nə din qəbul edir, nə də beynəlxalq ictimaiyyət qəbul edəcək. Düşünürəm ki, beynəlxalq ictimaiyyət də bu məsələdə haqlının - Azərbaycanın tərəfində duracaq. Hesab edirəm ki, buna səy göstərmək, çalışmaq lazımdır, burada hər bir Azərbaycan vətəndaşının zərrə qədər köməyi olacaqsa, onu gərək əsirgəməsin. Çünki bütün dünya bu faşist cəlladlarının beynəlxalq ittiham prosesinin şahidi olmalıdır ki, şəhidlərimizin də ruhuna bir məlhəm çilənsin” - deyə Ş.Əliyev vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər