Cümə günü, 09 oktyabr 2026
     

Azad edilmiş ərazilər hesabına Azərbaycan beynəlxalq bazarlarda daha güclü mövqe sahibinə çevrilir

Image


Işğal altındakı ərazilərin azad edilməsinin Azərbaycan üçün mühüm cəhətlərindən biri də ərzaq təhükəsizliyi sahəsində yeni üstünlüklər əldə etməsi ilə bağlıdır. Məsələ burasındadır ki, erməni tapdağından azad edilmiş ərazilər öz məhsuldarlığı ilə seçilir. Indiyə qədər Ermənistanın aqrar məhsullara, xüsusən də dənli bitkilərə olan tələbinin ödənilməsində işğal altındakı Azərbaycan torpaqlarının müstəsna yeri olub. Amma məlum 44 günlük savaşın gedişi indi tamam fərqli mənzərə yaradıb. Artıq Azərbaycan həmin ərazilərdən öz ehtiyaclarının qarşılanması üçün istifadə edə biləcək.

Yaranmış durum həm də Azərbaycana əvvəlki dövrlə müqayisədə daha çox aqrar məhsul istehsal etmə şəraiti yaradır. Bu, eyni zamanda, ölkənin ixrac potensialının artması deməkdir. Belə vəziyyətdə ekspertlər hesab edir ki, Azərbaycan aqrar sahədən daha çox gəlir əldə edəcək və bunun üçün ölkənin qarşısında duran əsas məsələlərdən biri də ixrac coğrafiyasını genişləndirmək, yeni bazarlar tapmaqdır. Bu fonda xatırladaq ki, elə Prezident İlham Əliyev də 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı məsələsinə yenidən baxmalı olmasının vacibliyinə diqqət çəkib. Xüsusən də dövlət başçısı Rusiyanın Azərbaycandan ixrac edilən pomidorlara bir neçə dəfə qoyduğu sanksiyanı xatırladaraq, hökumətə ənənəvi bazarlar saxlanılmaqla yeni bazarlar axtarışına çıxmağı tapşırıb. Bundan başqa, Prezident ixrac, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı məhsullarının çeşidinin artırılmalı olduğunu qeyd edib. Mütəxəssislər bu sahədə ciddi çətinlik yaşanmayacağı qənaətindədirlər. Hesab edilir ki, Azərbaycan məhsullarının yüksək keyfiyyəti fonunda yeni bazarlar əsasən Avropa və Orta Asiya ölkələri ola bilər. Bura həmçinin ərəb ölkələri də aid edilir. Digər tərəfdən belə fikirlər də səslənir ki, Azərbaycan yeni bazarlara çıxmaq üçün Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsini də tezləşdirə bilər. Bu, ixrac sahəsində Azərbaycana əlavə dividendlər qazandıracaq hal sayılır.

Hazırda Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas hissəsi Rusiyaya ixrac olunur. Lakin indi Azərbaycan çoxşaxəli ixrac modelinə keçidə hazırlaşır. Hesab edilir ki, ilk olaraq yaxın çevrəmizdə bazarlara diqqət edilməlidir. Məsələn, Orta Asiya bazarında müəyyən yer tutmaq mümkündür, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan kimi ölkələrdə bazar tapmaq Azərbaycan üçün elə də çətinlik yaratmayacaq. Bundan sonra Avropa İttifaqı bazarları əsas diqqət mərkəzində yer ala bilər. Xatırladaq ki, Bakı Avropa İttifaqı ilə geniş sazişin imzalanmasına hazırlaşr. Avropa İttifaqı ilə qeyd edilən əməkdaşlıq sazişi 2021-ci ildə imzalanarsa, Avropa bazarlarına çıxış imkanları da yaranacaq. Çünki tərəfdaş ölkələrə müəyyən güzəştlərlə Avropa İttifaqı dövlətlərinə məhsulların ixrac olunması üçün kvotalar ayrılır. İqtisadçılar hesab edir ki, ən yaxşı bazar qiymət baxımından məhz Avropa bazarıdır. Bu mənada Azərbaycan istehsalçıları da Avropa bazarlarında özlərinə yer tapmağı orta və uzunmüddətli hədəf kimi qarşıya qoymalıdırlar. Burada onu da qeyd edək ki, indi Avropada daha çox geni modifikasiya edilmiş məhsullar bazara çıxarılır. Buna görə də Avropanın özü maraqlıdır ki, Azərbaycan kimi geni modifikasiya edilməmiş, təmiz məhsullar ixrac edən ölkələrə üstünlük versin. Belə ölkələrdən biri də məhz Azərbaycandır. Kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracı ilə bağlı məsələlərlə məşğul olan əsas qurumlardan biri olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) Azərbaycanın 170-dən çox ölkə ilkə xarici ticarət əlaqəsinin olduğunu bildirir. Qurum Azərbaycanın əsas ticarət tərəfdaşları kimi Rusiya, Türkiyə, ABŞ, Almaniya, Fransa və İtaliyanın adını çəkir. AzPromonun məlumatında deyilir ki, Azərbaycan qeyri-neft məhsulları arasında ən çox meyvə-tərəvəz, spirtli və spirtsiz içki, şəkər, müxtəlif yağlar, çay, plastik və kimya məhsulları ixrac edir. Qurumun kənd təsərrüfatı məhsulları üzrə bazar araşdırmaları bölməsində Baltik ölkələri, İsveçrə, Böyük Britaniya, Almaniya, Rusiya, Çin kimi ölkələrin adlarına rast gəlmək mümkündür.

Dövlət Gömrük Komitəsinin 2020-ci il üzrə statistikasında ən çox ixrac edilən kənd təsərrüfatı məhsulları arasında meyvə-tərəvəz, çay, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər kimi məhsullar yer alır. Indi bu məhsulların çeşidinin daha çox artması gözlənilir. Çünki yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın işğaldan azad edilmiş əraziləri aqrar sahədə ölkəyə əlavə üstünlüklər qazandırır. Xatırladaq ki, Qarabağda kənd təsərrüfatı potensialı daim yüksək olub. Digər tərəfdən məlumdur ki, işğaldan azad olunan torpaqlar münbitdir və orada su resursları çox olduğuna görə əlverişlidir.

Bu mənada, həmin ərazilərin taxılçılıq, tərəvəzçilik və heyvandarlıqla bağlı böyük potensialı var. Belə vəziyyət Azərbaycan üçün  ixrac bazarlarının coğrafiyasının genişləndirilməsinə və ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsinə əlavə dəstək yaradır. İxrac sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartların təmin edilməsi isə ölkənin beynəlxalq bazarlarda mövqeyni daha güclü hala gətirir.

Tahir TAĞIYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:15
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ