“Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizin kimi bir Liderimiz olduğu üçün fəxarət hissi keçiririk. Vətən müharibəsində bütün qərarları lazımı anda verdiniz, qətiyyətli addımlar atdınız. Bununla da bütün dünyaya necə böyük bir Lider olduğunuzu bir daha göstərdiniz.
Mən məhkumam. Hər gün televiziyadan bütün çıxışlarınızı böyük qürur hissi ilə izləyirəm. Siz dünyanın ən böyük Liderisiniz. Xalqımızın qəhrəmanısınız!
Sizə olan minnətdarlıq hisslərimi ifadə etməyə söz yetməz. Şəhidlərimizin, o cümlədən atamın, həmçinin minlərlə qazilərimizin intiqamını aldığınız üçün Sizə təşəkkür edirəm. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Liderimizsiniz!”
Bunu Şəki şəhərindən məhkum Hüseyn İbadov Prezident İlham Əliyevə məktubunda yazıb.
Baki-xeber.com