BakınınYasamal rayonundan BDU-nun professoru Leyla Gərayzadə Prezident İlham Əliyevə müraciət edib:
“Bu gün Azərbaycan tarixinin ən möhtəşəm səhifələri yazılır. Bundan sonra "Qarabağ münaqişəsinin həlli" ifadəsi yalnız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə dünya tarixinə yazıldı. Artıq mükəmməl Sərkərdə, Müzəffər Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu uzun illərdən sonra işğalda olan torpaqlarımızı azad etdi və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bugünkü parlaq qələbəmizin arxasında Ulu Öndərimizin dövlətçilik siyasətini rəhbər tutaraq ölkəmizi daha da güclü, daha da inkişaf etmiş ölkələrin sırasına çıxarmaq üçün gecə-gündüz yorulmadan çalışan Sizin kimi müdrik və uzaqgörən siyasi-ictimai xadim dayanır. Sizin yanınızda öz zərif çiyinlərində xalqının böyük yükünü müdrikcəsinə daşıyan silahdaşınız, tək həyat yoldaşı yox, həmçinin, həyatınızın yoldaşı olan Birinci vitse-prezidentimiz, xalqın sevimlisi Mehriban xanım Əliyeva dayanır. Siyasi-ictimai fəaliyyəti ilə dünya ictimaiyyəti tərəfindən hərtərəfli diqqətdə olan Mehriban xanım Əliyeva bu gün bir çox beynəlxalq layihələrin idarə edilməsi ilə yanaşı, İkinci Qarabağ müharibəsi dövründə həmişə çiyin-çiyinə Sizin yanınızda idi.
Sizə və əzizlərinizə cansağlığı və xoşbəxtlik arzulayıram”.
Baki-xeber.com