“Başda Siz olmaqla, bütün Azərbaycan xalqını qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizin doğru siyasətiniz və güclü ordumuz sayəsində illərlə işğal altında olan torpaqlarımız azad edildi.
Mən bir azərbaycanlı kimi Sizə və ordumuza təşəkkürümü bildirirəm. Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm. Var olsunlar ki, belə igid övlad böyüdüblər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Xalqımıza da birlik göstərdikləri üçün təşəkkürümü bildirirəm. Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”
Bu sözləri Rusiya Federasiyasının Tolyatti şəhərindən Rüfanə İsrafilova Prezident İlham Əliyevə məktubunda yazıb.
Baki-xeber.com