“Sizin rəhbərliyinizlə Azərbaycan dünya tarixində yeni gerçəklik yaratdı və tarixən Azərbaycana məxsus Qarabağ torpaqları hərb gücümüz sayəsində işğalçıdan azad edildi. Məkrli düşmənin bütün hiylə və yalanlarının, hərbi gücünün tükənməsi üçün 44 günlük mübarizə kifayət etdi. Sirr deyil ki, Azərbaycan bu zəfəri hərbi gücü sayəsində əldə edib.
...Sizi Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Qoy Sizin rəhbərliyiniz altında Azərbaycan dünyanın ən güclü ölkələri arasında öz yerini tutsun və daim inkişaf etsin.
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!”
Bu sözləri Şirvan şəhərindən Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi Hacıyev İsmayıl Ağaməmməd oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com