Bakı şəhərindən Landmark Kompleksinin investoru və rəhbəri Eran Müdüroğlu Prezident İlham Əliyevə müraciət edib.
“Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi münasibətilə Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm! Dünya hərb təcrübəsində görünməmiş yeni hərbi strategiya və taktika ilə qazandığınız bu zəfər Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevriləcək və Sizin adınızı böyük hərflərlə əbədi olaraq həmin səhifəyə həkk edəcək.
Xarici və daxili siyasət, müdafiə, iqtisadiyyat, sosial sahə, mədəniyyət, vətənpərvər tərbiyə və digər sahələrdə 17 il ərzində şəxsən Zati-alinizin gördüyü ölçüyəgəlməz işlər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsini, Azərbaycan vətəndaşlarının rifahının və həyat keyfiyyətinin davamlı artmasını təmin etməkdədir.
Hazırda bütün Azərbaycan xalqı böyük ruh yüksəkliyi, misilsiz birlik içərisindədir. Belə bir zamanda Zati-alinizi əmin etmək istəyirəm ki, iyirmi beş ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən, yatırdığı investisiyaları ilə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə çalışan ailəmiz gələcəkdə də bütün gücünü, biliyini və potensialını Azərbaycanın çiçəklənməsinə sərf edəcək” - deyə Eran Müdüroğlu Prezident İlham Əliyevə müraciətində vurğulayır.
Baki-xeber.com