“2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyinizdən bu yana mən Sizin siyasətinizi dəstəkləmişəm və bundan sonra da ürəkdən dəstəkləyəcəyəm. Yürütdüyünüz müdrik və uzaqgörən siyasətə görə qarşınızda baş əyirəm. Son damla qanım qalana qədər Sizin arxanızda durmağa və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız bu müqəddəs müharibədə iştirak etmək üçün hər an əmrinizə hazıram.
Mən 1991-1998-ci illərdə “Gəncə könüllülər batalyonu”nun komandir müavini olaraq Ağdam rayonunda döyüşlərdə iştirak etmişəm. Hərbi sahədə təcrübəm var. Birinci Qarabağ müharibəsi dövründə olduğu kimi indi də Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək arzusundayam.
Cənab Prezident, bu arzumu həyata keçirməsəniz belə, yenə də əllərinizi öpərək qarşınızda baş əyirəm. Bu müharibənin sonunadək arxanızda olduğumu bildirirəm və Sizə cansağlığı, uzun ömür arzulayıram. Qələbə bizimlə olacaq!”
Bunu Gəncə şəhərindən müharibə veteranı Mehdiyev Ramiz Nadir oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com