Şuşa şəhər sakini Təhminə Nəsibova Prezident İlham Əliyevə müraciət edib.
“İlk öncə bu müqəddəs Vətən müharibəsində Sizə, rəhbərliyiniz altında uğurla irəliləyən zabitlərimizə və əsgərlərimizə Qələbə arzulayıram. Bir şuşalı olaraq bugünkü sevinc və qələbə hissini ailəmizə və bütün azərbaycanlılara yaşatdığınız üçün Sizə nə qədər minnətdar olsaq, azdır. Valideynlərim Şuşa şəhərindən məcburi köçkün düşmüşlər. Atam II qrup Qarabağ müharibəsi əlilidir. Bu günə kimi onlar mənə Şuşa şəhəri və kəndimiz haqqında çox şey danışıblar. İndi isə artıq öz gözlərimlə gedib görəcəm, havasını udub, suyun içəcəm. Bir daha bu ali və ülvi hissi bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam və fəxr edirəm ki, Sizin rəhbərlik etdiyiniz demokratik, suveren və güclü dövlətdə yaşayıram. Xalqımız Sizi və cəsur Ordumuzu böyük sevgi ilə alqışlayır. Dualarım Sizinlədir, cənab Prezident. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandanımız! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” - deyə T.Nəsibova Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirib.
Baki-xeber.com