Bakıdan Azərbaycan qadın milli voleybol komandasının məşqçisi Faiq Qarayev Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Öncə Sizi apardığınız uğurlu siyasət, ümummilli lider Heydər Əliyevin prinsiplərini ləyaqətlə davam etdirməyiniz və onun sayəsində işğal altında olan torpaqlarımızın azad olunması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Hər bir Azərbaycan vətəndaşı kimi mən də ölkəmizin inkişafı və məğlubedilməz Ordumuza görə çox böyük qürur və fəxr hissi keçirirəm. Sizə şəxsən öz təşəkkürümü bildirmək istəyirəm. Ona görə ki, 20 il öncə məni geri - Vətənə məhz Siz çağırdınız. Mən Sizin bu çağırışınızı o zaman da böyük sevinclə qarşılamışdım və bu gün bu qələbə sevinclərini doğma vətənimdə yaşadığım üçün Sizə dərin təşəkkürümü bildirirəm. Bu günlərdə əldə olunan qələbələr məni bir vətəndaş kimi daha da ruhlandırır, hər zaman - hər gün, hər saat Sizin tapşırıq və əmrlərinizi ləyaqətlə yerinə yetirməyə hazıram. Sizin dəstəyinizlə həmişə olduğu kimi, yenə də qələbələr qazanaraq xalqımızı və Sizi sevindirmək üçün əlimdən gələni etmək arzusundayam. Xoşbəxt insanam ki, Sizi yaxından tanımışam və sevginizi hiss etmişəm.
Ali Baş Komandan Siz həmişə xalqımıza, idmanımıza diqqət və qayğı göstərmisiniz. Mən Vətənə gəldikdən sonra hər an Sizin diqqətinizi hiss etmişəm. Bu gün bütün xalqımız Sizin işindən, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşa olan diqqətinizin, qayğınızın şahididir.
Bu gün xalqımızda olan Vətən qürurunu Siz daha da gücləndirdiniz. Hər zaman var olun. Torpaqlarımızı qaytaran rəhbər kimi tariximizə düşdüyünüz üçün hər bir azərbaycanlı həmişə Sizə dua edib, Sizinlə fəxr edəcək. Bu gün bütün Azərbaycan xalqı, böyükdən kiçiyə kimi hər bir vətəndaşı Sizi çox sevir. Mən hər yerdə Sizin necə böyük sevgi ilə sevildiyinizin şahidi olmuşam və bu gün də bir daha şahid oluram. Televiziya qarşısında oturub Sizdən qələbə xəbərini eşidən hər kəs ilk növbədə Sizə təşəkkür etmək və Sizi təbrik etmək istəyir. Bəzi vətəndaşlar Sizə məktub yazaraq, bəzi vətəndaşlar sosial şəbəkələrdə video paylaşaraq, bəziləri isə Sizi efirdə görərkən ekranı öpərək təşəkkürünü bildirir və təbrik edirlər. Hər kəs kimi məndə hər gün Sizdən qələbə xəbərləri gözləyir və böyük qələbənin yaxında olduğuna inanıram. Çünki, bizim Sizin kimi gözəl rəhbərimiz var. Bu gün bütün dünyaya Azərbaycanın necə böyük və güclü bir ölkə olduğunu Siz bir daha tanıdırsınız. Biz hər zaman Sizin yanınızda və əmrinizdəyik Ali Baş Komandan .
Mən də öz növbəmdə Sizə və bu işdə böyük əməyi olan Birinci vitse-Prezident Mehriban xanıma ilk növbədə can sağlığı və daha böyük uğurlar arzu edirəm. Hər zaman Sizin yanınızdayıq və uğurlu siyasətinizi dəstəkləyirik. İnanırıq ki, ölkəmiz daha da çiçəklənəcək və uğurlarımız, qələbələrimiz bir-birini əvəzləyəcək!
Şəxsim, ailəm və voleybol ictimaiyyəti adından bir daha təşəkkürümü bildirirəm” - deyə F.Qarayev mütaciətində bildirir.
Baki-xeber.com