Rusiya Federasiyasının Moskva şəhərindən Rusiya Federasiyasının Əməkdar inşaatçısı, Moskva vilayətinin fəxri vətəndaşı, Domodedovo şəhər dairəsi Deputatlar Şurasının üzvü Rəhimov Əlizaman da Prezident İlham Əliyevə müraciət ünvanlayanlar sırasındadır:
“Hər bir azərbaycanlı bu günü səbirsizliklə gözləyirdi. Bu gün Sizdən bütün Azərbaycan xalqı çoxdan gözlənilən cümlələri gözlərindən sevinc yaşları axaraq dinlədi.
Azərbaycanın incisi, Qarabağın ürəyi və beşiyi, misilsiz və bənzərsiz Şuşa işğaldan azad edildi.
Siz Ali Baş Komandan olaraq, Azərbaycan xalqının dahi oğlu, müasir Azərbaycanın qurucusu - Heydər Əliyevin qarşısında baş əyərək, Vətəninin müstəqilliyi uğrunda canlarından keçmiş bu igid insanların xatirəsini ehtiramla yad edərək, Şəhidlər Xiyabanında qala şəhəri Şuşanın azad olunduğunu elan etdiniz.
...İcazə verin, Moskvada və ətraf bölgədə yaşayan azərbaycanlıların, eləcə də şəxsən öz adımdan Sizi, ailənizi və bütün Azərbaycan xalqını Şuşa şəhərinin azad olunması münasibətilə təbrik edim. Rəşadətli ordumuz əmr və göstərişlərinizi dəqiq və peşəkarlıqla yerinə yetirir, torpağımızın hər hissəsini düşmən şərindən azad edir.
Sizin müdrikliyiniz, peşəkarlığınız, qorxmazlığınız Azərbaycanın rifahına və çiçəklənməsinə yönəlib. Rusiyada yaşayan azərbaycanlılar hər zaman Sizə dəstək verir, dəstəkləyir, hər zaman da dəstəkləyəcəyik.
Cənab Prezident, biz həmişə Sizinləyik!
2020-ci ilin 8 noyabr tarixini qızıl hərflərlə yazdınız. Bir daha Sizi qələbəniz münasibətilə təbrik edirəm!”
Baki-xeber.com