Azərbaycanın 44 günlük Böyük Qarabağ Müharibəsi ötən gecəyarısı tam qələbəmiz və düşmənin kapitulyasiyası ilə bitdi”. Bu fikirləri öz şəxsi “Facebook” hesabında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev yazıb.
A.Quliyev həmçinin qeyd edib ki, tarixdə davamiyyət müddəti ilə adlandırılan başqa müharibələr də olub: “30 illik katolik-protestant müharibəsi, 100 illik müharibə, 30 illik ağ və al qızılgüllər müharibəsi, 6 günlük İsrail-Ərəb müharibəsi və sair. “Azərbaycanın 44 günlük müharibəsi tam başqa məzmunludur. Bu eyni vaxtda Azərbaycan xalqının və Azərbaycan dövlətinin birgə Vətən Müharibəsidir, burada dövlətimiz və xalq bütün mənalarda eyni səviyyədə birlikdə iştirak etdi ki, bunun da yenilməz birləşdirici sütunu rolunu Prezident şəxsən icra etdi. Başqa ölkələrin timsalında indiyədək, elə bu günkü Ermənistanın özü də daxil təkcə dövlətlərin və ya hakimiyyətlərin müharibəsini görmüşdük.
Qarabağ müharibəsinin həllinə dair Azərbaycan Prezidentinin hərbi-siyasi həll yolu mütləq təsdiqləndi.Yol 30 illik Minsk Qrupunun yolu yox, elə bu imiş.
Ermənistan hakimiyyəti tam məğlub olsa da, dərindən düşünsələr nəticə erməni xalqına da faydalı oldu” - deyə A.Quliyev yazıb.