Ermənistanın baş naziri xarici medialara müsahibəsində alayarımçıq tarix bilgilərini nümayiş etdirməklə növbəti uğusuzluğa yol verdi. Görsənir ki, Paşinyan dediyi fikirlərin həqiqilik gücünü artırmaq üçün İlham Əliyevin istifadə etdiyi üslubu təkrarlamaq istəyir, lakin....
Bu günlərdə Paşinyan müsahibəsində, guya Azərbaycana güzəştə getməyin nümkünsüzlüyünu əsaslandırmaq üçün faşist Alnaniyasının tarixindən misal çəkdi. Dedi ki, Avropa liderləri Hitleri sakitləşdiirmək üçün Sudeti Almaniyaya versələr də, Hitler qane olmadı və daha irəli gedərək bütün Çexoslovakiyanı tutdu.
Paşinyan, tarix bilgiləri məhz yarımçıq olduğu üçün, gətirdiyi tarixi misalın mahiyyətcə onun öz əleyhinə işləyəcəyinin fərqinə vara bilməyib. Məsələ burasındadır ki, Paşinyan bütün sanballı tarixçilərin əla bildiyi faktı özünəxas yarımçıqlıqla səsləndirib və bilməyib ki, onun aldatmaq istədiyi auditoriyada milyonlarla insan bu faktdan xəbərdardır.
Tarixi arayış: 1938-ci ildə Hitler Çexoslovakiyanın əsasən almanlar yaşayan Sudet vilayətində guya insan hüquqlarının və etnik təhlükəsizlik prinsiplərinin pozulduğunu əsas gətirərək Sudetin Almaniyaya verilməsini tələb etdi. Avropa liderləri Hitlerin iştahasının bununla sönəcəyini zənn edərək güzəştə getdilər. Hətta Britaniyanın baş naziri Çemberlen 1938-ci ilin sentyabrında xəyanətkar Münhen sövdələşməsini London aeroportunda təyyarədən enərkən havada yellədərək, lovğa-lovğa "sevinin, ingilislər, Avropanı müharibədən xilas etdim " deyirdi. Hitler sövdələşməni imzalamış İngiltərə, Fransa və Polşa liderlərinin prinsipsizliyindən və bəsirətsizliyindən istifadə edərək, 5 ayın ərzində bütün Çexoslovakiyanı işğal etdi. Çünki ona insan haqqı-filan yox, gələcək işğallar üçün güclü hərbi sənaye lazım idi və Çexoslovakiya da o zaman Avropanın əsas filiz, polad bazası idi.
Paşinyanın uğursuz tarixi müqayisəsində böyük səhv odur ki, Hitler özgə torpaqlarını işğal edirdi. Bu gün Azərbaycan isə öz tarixi torpaqlarını işğaldan geri alır. Təkcə bu fakt kompromislər mövzusunda Faşist Almaniyası ilə Azərbaycanın müqayisə edilməsinin qətiyyən uyğun olmadığını ortaya qoyur.
Digər tərəfdən, Hitler 1938-ci ildə Sudetdə guya almanların hüquqlarının pozulduğunu əsas gətirərək, əvvəlcə Sudeti, ardınca bütün Çexoslovakiyanı işğal etdiyi kimi, erməni faşistləri də 1989-cu ildə guya ermənilərin hüquqlarının pozulduğunu əsas gətirərək, əvvəlcə Dağlıq Qarabağı, ardınca isə dərhal ətraf 7 rayonu işğal etdilər. Fərq o oldu ki, Hitlerin təcavüz planlarına güzəşt etmiş İngiltərə, Fransa və Polşa üçlüyünü 81 ildən sonra Erməni faşistlərinə eyni prinsipsizliklə güzəşt edən Fransa, ABŞ, Rusiya üçlüyü təkrarladı. Demək, tək kompromislər məsələsində yox, bütün məsələlərdə faşist Almaniyası ilə müqayisə olunmalı subyekt Azərbaycan və onun rəhbəri yox, yalnız və yalnız faşist Ermənistan liderləridir.
Dünyanın siyasi və geosiyasi tarixini bilməyəndən siyasətçi və diplomat olmaz, dövlət başçısı, baş nazir heç olmaz, olanda da axırı Paşinyan kimi olar...
Aydın QULİYEV