Cümə günü, 16 oktyabr 2026
     

Prezident İlham Əliyevin yaratdığı yeni təhlükəsizlik konfiqurasiyasının əsas hədəfi – Qarabağa ədalət, Qafqaza sülh…

Image


Ali Baş Komandanımız indi tək Azərbaycanın deyil, ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini formalaşdırır. “Trend”in məlumatına görə, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib.

General-polkovnik bu prosesə lokal müstəvidə - Azərbaycan miqyasında baxılması ilə razılaşmadığını deyib: “Liderimizin fəaliyyətinin mühüm qlobal təsir gücü var ki, bu, Qafqaz bölgəsinə də təsirsiz ötüşməyəcək və nəticə etibarilə hətta Avroatlantik məkanda yeni korrektlərə, mühüm düzəlişlərə rəvac verəcək.

Əsrlər boyu çoxsaylı münaqişələrin, etnik çaxnaşmaların, dini təfriqələrin, separatçılıq savaşlarının hədəfi olan Qafqaz bölgəsi möhtərəm Prezidentimizin sayəsində sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşacaq”.

R.Usubov bildirib ki, cənab İlham Əliyevin Azərbaycanın timsalında bütün Qafqazda yaradacağı yeni təhlükəsizlik konfiqurasiyası bölgənin qədimdən indiyədək davam edən savaşlar və itkilər tarixini, mənzərəsini tamamilə dəyişdirmək gücündədir: “O, Qarabağa tarixi ədalət, Qafqaza isə davamlı sülh və möhkəm təhlükəsizlik gətirir. Möhtərəm cənab Prezidentin Qarabağ bölgəsində yaratdığı yeni durum əslində bütün bölgədə münaqişə ocaqlarının sönməsinə, etnik separatizmin cilovlanmasına təkan verəcək. Həm də yüzilliklər boyu fövqəldövlətlərin toqquşan maraqları zəminində qaynar nöqtəyə çevrilən Qafqazda artıq məlum güclərin təsir və təzyiqləri də minimuma enəcək.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bu münaqişənin ən böyük ziyanını erməni xalqı çəkir. Məhdud iqtisadi potensiala malik bu ölkənin vətəndaşları cüzi büdcələrinin əsasən ədalətsiz savaşa yönəlməsi və dövlətlərinin bütün enerji və logistik layihələrdən kənarda saxlanılaraq tam təcrid edilməsi nəticəsində səfalətə məhkum olunub. Zamanla Ermənistanın zərəri daha da artacaq, ölkə tam iflasa sürüklənəcək. Bu baxımdan bu gün yaranmaqda olan status-kvo erməni xalqı üçün böyük bir şansa çevrilə bilər. Həm dövlətləri külli miqdarda savaş xərclərindən azad olunar, həm də Azərbaycanla imzalanacaq yeni müqavilələr onların, nəhayət ki, müstəqil dövlət quruculuğuna başlamalarına imkan yaradar. Bu baxımdan tam əsasla deyə bilərəm ki, Prezident İlham Əliyevin Qarabağa gətirdiyi tarixi ədalət Ermənistana da əsl müstəqillik gətirəcəkdir. Buna görə də erməni xalqı müdriklik göstərməli, öz hakimiyyətini yeni Qafqaz iqtisadi-siyasi-təhlükəsizlik konfiqurasiyasında yaranmış yeni reallıqlarla hesablaşmağa məcbur etməlidir”.

Təhlükəsizlik Şurasının katibi deyib ki, Qafqazın sülhə qovuşması və möhkəm təhlükəsizlik halqasına çevrilməsi bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini də dəfələrlə artıracaq, yeni resursları üzə çıxaracaq: “Prezident İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün faydalı, səmərəli fürsətdir, inkişafları üçün real zəmindir.

Silahlı Qüvvələrimizin müzəffər qələbələri nəticəsində müəyyənləşəcək yeni status-kvo Azərbaycanı artıq Qafqazın yalnız iqtisadi gücü kimi deyil, həm də bütün istiqamətlər üzrə şəriksiz lideri statusunu birdəfəlik möhkəmləndirəcək. İndi Azərbaycan Avroatlantik məkanda mühüm iqtisadi-siyasi amilə çevrilərək, beynəlxalq miqyasda mühüm faktor kimi qəbul ediləcək. Bu status-kvo eyni zamanda cənab İlham Əliyevin regional rəhbərlik statusunun miqyasını daha da genişləndirərək onu qlobal platformada nüfuzlu dünya liderləri ilə bir sıraya çıxarır.

Həmçinin bundan sonra etnik separatizmlə üzləşən ölkələr problemlərini həll etmək üçün çox effektiv modelə - cənab İlham Əliyevin müəllifi olduğu "Qarabağa ədalət gətirən siyasət” nümunəsinə istinad edəcəklər. Yəni dövlət başçımız dünyanı bürüyən və getdikcə artan etnik separatizm təhlükəsinə güclü zərbə vuraraq ərazi bütövlüyü prinsipinin pozulmazlığını beynəlxalq miyqasda birmənalı təsbit etdi.

Cənab Prezidentin Dağlıq Qarabağ ərazisində onilliklər boyu formalaşan terrorçuluq, qanunsuz narkotik, silah qaçaqmalçılığı şəbəkəsini zərərsizləşdirməsi həm də Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə növbəti mühüm töhfəsidir”.

  • Çatışmayan yalnız lider qətiyyəti, rəhbər qeyrəti, sərkərdə qüdrəti idi...

Təhlükəsizlik Şurasının katibi bildirib ki, Azərbaycan bu gün elə bir qüdrətə sahibdir ki, indi tək Ermənistana qalib gəlmir, həm də təcavüzkarın cinayət hərəkətlərinə göz yuman, ona dəstək verənlərin təsirlərini, təzyiqlərini neytrallaşdırır.

O deyib ki, 90-cı illərdə Azərbaycanın minlərlə vətəndaşı daxili işlər orqanlarının əməkdaşları ilə birgə vətən üçün, xalq üçün, Qarabağ üçün döyüşür, şəhid olurdular: “Yalnız silahlı qüvvələrimizin deyil, o cümlədən xalqımızın da ovqatını, döyüş ruhunu yaxşı xatırlayır və indi müfəssəl müqayisə etmək üçün yetərincə fakta malikik.

Nə dəyişib? Xalq həmin xalqdır, vətəndaşlarımız və o cümlədən hərbi qüvvələrimiz o vaxt da döyüşkən ruhdaydı, vətən sevgisi hədsiz böyük idi, qələbə uğrunda sonadək getmək əzmi var idi. Çatışmayan yalnız lider qətiyyəti, rəhbər qeyrəti, sərkərdə qüdrəti, istedadı idi. Bunlar yox idi o dövrdə. Ancaq indi bunlar var və biz artıq real nəticəni görürük”.

R.Usubov deyib ki, o illərdə siyasi rəhbərlərin göstərişi ilə tanklarımız Qarabağ cəbhəsində deyil, Bakı küçələrində irəliləyirdi: “Batalyonlar Qarabağda yaşayış məntəqələrimizi müdafiə etmək, düşmənə qarşı hücuma keçmək əvəzinə burada siyasi partiyaların qərargahlarını qoruyurdular, mərkəzi icra orqanlarının binalarını ələ keçirməyə çalışırdılar. İşğalçı ölkə isə bu xaosdan bəhrələnərək təcavüz siyasətini həyata keçirir, azərbaycanlılarsız Ermənistan, azərbaycanlılarsız Qarabağ planlarını icra edir, etnik təmizləmə, soyqırımı törədirdilər.

Ulu Öndər Heydər Əliyev dövlətçiliymizi, xalqımızı məhvə sürükləyən bu gedişatın qarşısını aldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev isə 90-cı illərin məğlub ordusunu bu gün dünyanın ən güclü Silahlı Qüvvələrindən birinə çevirdi. Müqayisədə meydana çıxan ən böyük həqiqət məhz budur.

Bir sözlə, Azərbaycan Milli Qurtuluşdan ümummilli qələbəyədək çətin, həm də şərəfli yol keçir”.

  • 17 ildə görülən işlərin bir hissəsi məxfidir, əksər hissəsi xalqa məlumdur

Ramil Usubov deyib ki, cənab Prezidentin rəhbərliyi altında ordumuzun apardığı rəşadətli əməliyyatların ilkin nəticələri çox uğurludur və indiyədək əldə edilən hərbi nailiyyətlər yekun nəticənin daha möhtəşəm olacağına tam əminlik yaradır.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başlatdığı əks-hücum əməliyyatı qısa müddətdə mühüm qələbələrlə müşayiət olunaraq, əsl Vətən savaşına çevrildi: “28 il müddətində aparılan danışıqlar nəticəsində əldə edilməyən tarixi ədalət məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qısa zamanda bərpa olundu və bu proses inamla davam edir.

Cənab İlham Əliyev müdrik rəhbər və professional strateq kimi bu ədalətli savaşın hazırlığına, mübaliğəsiz deyərdim ki, 17 il öncədən, Prezident fəaliyyətinin ilk günlərindən başlayıb. Mən 17 il ərzində görülən işlərin detalları barədə danışmağa, prosesin geniş təfərrüatını açıqlamağa lüzum görmürəm. Bunların bir hissəsi məxfidir, əksər qismi isə xalqa məlumdur - hər şey göz önündə baş verib. Əsas nəticədir ki, bu nəticəni də elə hər gün Prezidentin qələbə "tvit”lərində görür, qürurlanırıq”.

Ramil Usubov deyib ki, Ordumuzun dəqiqliklə həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları hər birimizdə həm də böyük minnətdarlıq hissi doğurur: “Məsələ burasındadır ki, xalqımız ən azından son iki yüzillikdə işğal olunmuş, zəbt edilmiş torpaqlarını belə geniş ərazidə, həm də bu qədər qısa zamanda geri qaytara, tarixi ədaləti öz gücü, iradəsi və öz imkanları ilə bərpa edə bilməyib. Azərbaycan heç vaxt bugünkü qədər güclü söz, nüfuz sahibi olmayıb, onilliklər boyu qüdrətli havadarlarına arxalanaraq təcavüzkar əməllərini arxayınlıqla, cəza almadan həyata keçirən, Xocalı qətliamı kimi bəşəri cinayətə imza atan, həm də bunu heç vaxt gizlətməyən düşmənə belə şiddətli zərbə endirib yerində oturtmayıb.

Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstəririk və artıq işğalçı Ermənistan indiyədək törətdiyi cinayətlərə görə layiqli cavabını alır. İllər öncə ümummilli liderimizin vəd etdiyi qələbə sevinci ilə xalqımızı bu gün qüdrətli sərkərdəmiz, müzəffər Ali Baş Komandanımız müjdələyir”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ