“Əvvəla Sizi qazandığımız uğurlara görə təbrik edirəm. Sizə və bütün əsgərlərimizə bu şərəfli işinizdə cansağlığı və yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.
Mənim iki oğlum hazırda cəbhə bölgəsində xidmət edir. Allah bütün əsgərlərin, o cümlədən övladlarımın yardımçısı olsun!
Ata-baba yurdum erməni işğalından azad edildiyi üçün sevincimin həddi-hüdudu yoxdur. Buna görə Sizə minnətdaram, cənab Prezident. Hər zaman Sizə və Ordumuza dəstək olmağa hazırıq. İnşallah, tezliklə qalib gələcəyimizə bütün qəlbimizlə inanırıq.
Allah Sizi və Ordumuzu qorusun!”
Bunu Xocavənd rayonunun Xocavənd kəndindən Abdullayev Əjdər Ərşad oğlu Prezident İlham Əliyevə müraciətində yazır.
Baki-xeber.com