Cümə günü, 16 oktyabr 2026
     

Ermənilər dinc əhalimizi panikaya sala bilmədi, milli ruh düzgün hesablanmadı - İlham Əliyev ermənilərin görə bilmədiyi həlledici incə mətləbi açdı...

Image


“Ermənistan mülki şəxslərə hücum etməklə Azərbaycanda həmçinin xaos və panika yaratmaq istəyirdi” Bu fikirləri İtaliyanın “La Republica” qəzetinə Prezident İlham Əliyev deyib.

Prezident, həmçinin, “Birinci atəşkəs Moskvada razılaşdırılmışdı, 24 saatdan az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər. Bu sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxıldığını aşkar edə bilərlər. Odur ki, onlar raketin Ermənistandan buraxıldığını bilirlər. Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı. Bu, 24 saatdan az müddətdə baş vermişdi və onlar gecə çox namərdcəsinə hücum etdilər, onlar bilərəkdən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində, demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürülmüşdür. İkinci atəşkəs elan olunduqdan beş dəqiqə sonra onlar tərəfindən pozulmuşdu, üçüncü atəşkəsi isə onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə, bunu edən biz deyilik. Biz nə etməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb, 400-dən çox adam yaralanıb. Lakin bu bizim iradəmizi sındırmadı. Əksinə, bu bizi daha da güclü etdi”- deyə müsahibəsində qeyd edib.

  • “Biz bu Vətən müharibəsi ilə Ermənistana elə bir zərbə vurduq ki, ermənilər uzun illər özlərinə gələ, ruh düşgünlüyündən xilas ola bilməyəcəklər”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bildirdi ki, Azərbaycan xalqının milli ruhu o qədər yüksək səviyyədədir, onu düşmənin hər hansı bir təxribatı, terroru ilə sındırmaq, sarsıtmaq mümkün deyil. Bu gün hər bir vətəndaşımızın böyük ruh yüksəkliyinə malik olduğunu deyən F.Ələkbərli hesab edir ki, biz xalq olaraq ruhi-mənəvi cəhətdən çox güclüyük:

“Cənab Prezident tamamilə haqlıdır. Azərbaycan xalqı genetik olaraq cəsurdu, mərddi, düşmən təxribatları, terrorları qarşısında sınmayacaq qədər ruhi-mənəvi baxımdan çox güclüdür. Ermənistan ballistik raketlərlə Gəncəni, Mingəçeviri, Bərdəni və digər yaşayış məntəqələrimizi hədəfə almaqla və dinc əhalimizə qarşı qanlı terror aktları törətməklə hansısa bir nəticə əldə etmək, insanlarımızı təşvişə, qorxuya salmaq istəyirdi. Prezidentin də dediyi kimi, düşmən buna müvəffəq ola bilmədi, xalqımızın milli ruhunu, əzmini sındıra, ruh düşgünlüyü, panika yarada bilmədi. Prezident həqiqəti söyləyir, Ermənistan bizim milli ruhumuzu qətiyyən düzgün hesablaya bilmədi və nəticədə də düşmənin bütün cəhdləri uğursuzluğa düçar oldu. Ermənistan elə zənn edirdi ki, Azərbaycan xalqı 30 il əvvəlki kimi daxili və xarici qüvvələrin təsiri altında panikaya, təşvişə düşə bilər, amma belə olmadı. Bilirsiz ki, o vaxt Ermənistan torpaqlarımızı işğal edərkən içimizdəki bəzi xainlərin əli ilə insanlarımızı öz torpaqlarından çıxmağa məcbur etdilər. 28-30 il bundan əvvəl əhalimiz arasında panika yaranmışdısa, bu da həmin dövrdə həyata keçirilən güclü erməni təbliğatı nəticəsində baş vermişdi. Onda da Azərbaycan xalqı milli ruhunu qoruduğunu, iradəcə güclü olduğunu dünyaya subut etmişdi.

Amma gördüyümüz kimi, bu da müvəqqəti xarakter daşıdı və hazırda rayon, şəhər və kəndlərimizin xeyli hissəsi düşmən tapdağından azad edilib, digərləri isə azad edilməkdədir. Ermənistan elə bilirdi ki, Gəncəyə, Bərdəyə, Mingəçevirə raket atanda insanlarımız qorxuya düşəcək, təşviş keçirəcək və yaşayış yerlərini tərk edəcək. Cənab Prezident də doğru vurğulayıb ki, biz belə məsələlərdə öz gücümüzü, iradəmizi ortaya qoymağı, milli ruhumuzu yaşatmağı bacaran xalqıq. Ermənistanın əsas hədəflərindən biri terror törətməklə insanlar arasında bir qorxu, panika yaratmaq və bununla da üstünlüyü əldə saxlamaq idi. Ancaq terrorçu Ermənistan öz qanlı təxribatları ilə Azərbaycan xalqının iradəsinə, milli ruhuna qalıb gəlməyi bacarmadı, heç bundan sonra da bacarmayacaq. Çünki Azərbaycanda sarsılmaz xalq-dövlət-ordu birliyi mövcuddur, bu, sağlam təməllər üzərində qurulub. Müzəffər Azərbaycan ordusu torpaqlarımızı bir-birinin ardınca düşməndən azad edir. Xalqımızın dəstəyi, inamı və sevgisi ilə ordumuz torpaqlarımızın qalan hissəsini də böyük milli ruhla, güclü əzm və iradə ilə işğaldan azad edəcək. Bizim inamımız bütövdür. Azərbaycan xalqının nə böyüyü, nə uşağı ölümdən qorxur, düşmənin heç bir təxribatından sınmır. Türk övladı at belində doğulub, at belində qəhrəmanlıq göstərib, at belində ya şəhid, ya da qazi olub. Tarixən biz milli ruhu güclü xalqıq”.

F.Ələkbərli qeyd etdi ki, düzdü, son əsrlər bizim milli ruhumuzu sındırmaq üçün düşmənlərimiz saysız təxribatlar həyata keçirsələr də, milli ruhumuzu sındırmağa nail ola bilmədilər. İndən sonra da bunu bacarmayacaqlarını deyən F.Ələkbərlinin sözlərinə görə, son iki əsrin az qala bir hissəsini  müstəmləkəçilik həyatı yaşayan xalqımızın bu amillə milli ruhu sınmayıbsa, Ermənistanın topu-tüfəngi, ballistik raketi qarşısında da heç zaman sına bilməz. “Ermənistanın istənilən terroru bizim milli ruhumuzu, iradəmizi sındırmaq gücündə deyil. Dövlət başçısının da vurğuladığı kimi, bu kimi hadisələr nəinki bizim bir addım geri çəkilməyimizə səbəb oldu, əksinə, düşmənin üzərinə daha böyük əzmlə getməyimizə səbəb olub, torpaqlarımızı işğaldan azad etmək istəyimizi birə beş artırır. Erməni terroru nəticəsində həlak olan insanlarımız var, onların arasında uşaqlarımız da var. Bu insanlar Ermənistanın törətdiyi müharibə cinayətlərinin qurbanlarıdır. Erməni təxribatı nəticəsində insanlarımız şəhid olur, analar övladlarını itirirlər, amma bu bir xalq olaraq bizi düşmənlə mübarizə yolundan çəkindirə bilməz. Ölkə başçısımızın da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan xalqının mübarizəsi haqlı mübarizədir və xalqımız bu haqq yolunda axıracan gedəcək. İnişallah, öz qələbə bayrağımızı yaxın günlərdə Şuşamıza, Xankəndimizə, Laçınımıza, Kəlbəcərimizə və digər doğma torpaqlarımıza sancacağıq. Ümumiyyətlə, biz bu Vətən müharibəsi ilə Ermənistana elə bir zərbə vurduq ki, ermənilər uzun illər özlərinə gələ, ruh düşgünlüyündən xilas ola bilməyəcəklər. Ermənistan  Azərbaycanın Vətən müharibəsində xalqımızın, ordumuzun ortaya qoyduğu iradəni, birliyi, böyük ruh yüksəkliyini əbədiyyətə qədər unutmayacaq. Çünki həqiqətən də Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan əsgəri həm ön, həm də arxa cəbhədə bir qəhrəmanlıq dastanı yazır”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ