Cümə günü, 16 oktyabr 2026
     

Merkellə Makron müsəlman düşmənçiliyində yarışa çıxıblar - “islam terroru” deyilən anlayış normal sayıla bilərmi...

Image


Məlum olduğu kimi, Avstriyanın Vyana şəhərində 4 nəfərin ölümü, 14 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Avstriya rəsmilərinin verdikləri məlumata görə, hadisəni törədən “İslam dövləti” terror qrupuna pərəstiş edən şəxs olub.

Hadisəyə münasibət bildirən Almaniya Kansleri Angela Merkel açıq şəkildə müsəlman düşmənçiliyini ortaya qoyub. O, hadisə ilə əlaqədar yaydığı bəyanatda “islamçı terrorizmlə mübarizə bizim ümumi mübarizəmizdir” - deyib. Merkelin belə deməsi və islamı tam olaraq terrorla eyniləşdirmək nə dərəcədə düzgün mövqedir?

Çox təəssüflər olsun ki, Avropa dövlətlərinin rəsmiləri İslama qarşı kəskin düşmənçilik yolu tutublar. Hansısa bir dinin təmsilçisinin haradasa cinayət törətməsi o demək deyil ki, o dinin özü “terrorçu dindir”.

Ekspertlər hesab edirlər ki, Merkelin və digər Avropa liderlərinin İslamı “terrorçi din” kimi qələmə vermək cəhdləri onların müsəlmanlara düşmən münasibətinin təzahürüdür. İstənilən rəsmi şəxsin İslam dininə qarşı bu cür xoşagəlməz münsibət sərgiləməsinin yolverilməz olduğunu deyən ekspertlərin sözlərinə görə, bu gün dünya, əslində, erməni terrorunun təhdidi altındadır.

Bu “həqiqətpərəst”lərin Ermənistanın ardıcıl olaraq Azərbaycanda həyata keçirdiyi terror hadisələrinə kor qaldığını deyən ekspertlərin sözlərinə görə, onlar doğrudan da terrorçu axtarışındadırlarsa, Ermənistana baxmaları kifayət edər.

  • “...dinlərarası münasibətlərin korlanmasına, gərginləşməsinə yol açır”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Merkelin bəyanatında İslama qarşı düşmənçiliyini ortaya qoyması yolverilməzdir. S.Adıgözəllinin sözlərinə görə, Qərb dövlətlərinin başçılarının, rəsmi şəxslərinin İslam dinini terrorla eyniləşdirməsi cəhdləri ilk hadisə deyil. “İndiyə qədər də özlərini dünyanın aparıcı dövlətləri hesab edən ölkələrin birinci şəxslərinin İslam dinini terrorla eyniləşdirməsi, dinimizə qarşı bu cür çirkin iddialar irəli sürməsi birinci dəfə deyil ki, baş verir. Çox təəssüflər olsun ki, Fransa Prezidenti də, Almaniya Kansleri də, digərləri də öz yürütdükləri siyasətə baxmaq əvəzinə, bu cür çirkin bəyanatlar verirlər. Özünü böyük bir dövlətin başçısı hesab edən rəsmi bir şəxsin İslam dininin peyğəmbərinə qarşı çirkin fikirlər səsləndirməsi, yaxud İslam dinini terrorla eyniləşdirməsi milyonlarla bu dinə tapınan insanın heysiyyəti ilə oynamaq deməkdir. Merkelin fikirləri qətiyyən normal deyil və dinlərarası münasibətlərin korlanmasına, gərginləşməsinə yol açır. Əslində, dinlər arasında harmoniyanın pozulmasının günahkarı həmin cəfəng bəyanatlar verən dövlət başçılarıdır. Yaxşı olardı ki, xristian dininə tapınan insanlar, eləcə də həmin ölkələrin xristian əhalisi öz dövlət başçılarına müracət edərək onlardan bu çirkin kampaniyanı dayandırmalarını tələb etsinlər. Vyanadakı terror aktını hər kəs pisləyir, bu, günahsız insanların öldürülməsidir və çox pis bir hadisədir. Yəqin ki, siz də müşahidə etdiniz, terrordan əziyyət çəkən yaralı insanlara türklər, müsəlmanlar kömək göstərdilər, hətta onlar polisə də kömək etdilər. Bunlar da unudulmamalıdır”.

S.Adıgözəllinin sözlərinə görə, İslam dinini terrorla eyniləşdirən Qərb liderləri əvvəlcə müsəlman dininə mənsub olan insanların, böyük alimlərin dinlərarası münasibətlərin inkişafına, birgəyaşayış, sülhlə bağlı bəşəriyyətə bəxş etdiyi böyük töhfələrə diqqətlə baxsınlar və onda İslamın necə din olduğunu görə bilərlər. “Bu gün Azərbaycan Ermənistanın terrorundan əziyyət çəkir. Dağlıq Qarabağda separatçı rejim 30 ildir terror cinayətləri törədib. Yaxud Gəncədə və Bərdədə dinc azərbaycanlıların Ermənistan tərəfindən atəşə tutulması, öldürülməsi bəşəriyyətə qarşı terror cinayəti deyilmi? Merkel də, Makron da erməni terrorunu yaxşı görür, amma bunu qəbul etmək istəmirlər. Onlar qəbul etmək istəmirlər ki, bu gün Azərbaycan xalqına qarşı baş verən terror cinayətinin birbaşa məsuliyyəti xristian dinindən olan Ermənistanın üzərindədir, bu cinayətləri ermənilər törədiblər. Bu gün ASALA və digər erməni terror təşkilatları Avropanın, Qərbin özünü qorxu altında saxlayırlar. Merkel bir terror təşkilatı göstərsin ki, o, Azərbaycanla, Türkiyə ilə bağlıdır. Belə bir təşkilat yoxdur. İŞİD-in fəaliyyətinə gəlincə, onun fəaliyyətinə qarşı dünyada ən böyük mübarizəni aparan Türkiyə dövləti olub. Türkiyənin İŞİD-lə mübarizəsində, onlara qarşı Suriyada, İraqda apardığı əməliyyatlarda hansı Avropa dövlətləri yer aldılar? Əksinə, bir sıra mühüm hərbi-siyasi vəziyyətdə Türkiyəni orada tək qoydular. Yenə də həmin terror təşkilatına qarşı Türkiyə mübarizə apardı. Ona görə də Merkelin İslam dinini terrorla eyniləşdirməsi yolverilməzdir və bu, bir dövlət başçısına yaraşmayan hərəkətdir. Bir dövlət başçısı səviyyəsində İslam dininə qarşı şər və şantaja, qızışdırıcılığa xidmət edən mövqenin sərgilənməsi qətiyyən qəbuledilən deyil. Bu, dinlər arasında münaqişələrin qızışdırılmasına xidmət edir” - deyə S.Adıgözəlli bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ