Ermənistan silahlı qüvvələrinə məcburi döyüşə göndərilən əsgərlərin şəkilləri yayılıb. Trend-in erməni KİV-inə istinadən məlumatına görə, ruh yüksəkliyi yaratmaq üçün onları keşiş yola salır.
Amma yayılan fotolarda erməni əsgərlərinin sifətindəki qorxu, həyəcan uzaqdan hiss ediləcək səviyyədədir. Fotoya diqqətlə deyil, elə gözəyarı baxanda məlum olur ki, həmin şəxslər döyüşmək üçün məcburi gətiriliblər. Biçarələrin sifətində bir solğunluq sezilməkdədir.
Azərbaycan Ordusuna çağırılanlar və orduda döyüşən əsgərlərimizdəki ruh yüksəkliyi ilə bağlı sosial şəbəkələrdə paylaşılan videolara baxanda isə Azərbaycan əsgəri ilə fəxr edirsən. Əsgərlərimizin ruh yüksəkliyi, peşəkarlığı və sərrastlığı, ürəklə döyüşə atılması qürurvericidir. Ona görə də peşəkar Ordumuzun peşəkar hərbçiləri düşmən mövqelərini vaxtında və dəqiqliklə məhv etməyə qadirdir.