Gəncə şəhərindən İsmayıl İbrahimov Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Əvvəla Sizi salamlayıram, bu çətin, lakin şərəfli işinizdə Allahdan Sizə güc-qüvvət, möhkəm iradə arzu edirəm.
Mən ehtiyatda olan baş-leytenantam, 11 il Hərbi Hava Qüvvələrində xidmət etmişəm. Lakin etdiyim bir səhvin ucbatından yaxşı bacardığım, dərindən mənimsədiyim bir ixtisası itirdim.
...Mən cəbhəyə getmək, şəhidlərimizin, qardaş-bacılarımızın, günahsız körpələrimizin qisasını almaq istəyirəm. Dövlətimin mənə xərclədiyi pulların, mənə göstərdiyi etimadın qarşılığını qaytara bilmədiyim üçün şərəfim və qeyrətim məni boğur. Buna görə də mən döyüş meydanında qəhrəmanlıq göstərən igidlərimizin yanında olmaq istəyirəm. Əmrinizi səbirsizliklə gözləyirəm, müzəffər Ali Baş Komandan.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Baki-xeber.com