Sabirabad rayonunun Axısxa kəndindən Yordanidze Zərifə Orman qızı da Prezident İlham Əliyevə müraciət edib. “Gözəl Vətənimizin hörmətli Prezidenti İlham Əliyev!
Azərbaycan xalqına bu qüruru, sevinci, xoşbəxtliyi yaşatdığınız üçün Sizə və qüdrətli ordumuza sonsuz təşəkkürümü bildirirəm. Dualarımız həmişə Sizinlədir.
Bütün dünya bilməlidir ki, Azərbaycan xalqı Prezidenti ilə qürur duyur. Ölkəmiz hər gün yeni, şanlı tarixlər yazır. Bütün dünya görür ki, Sizin başçılığınızla, qüdrətli Ordumuzla 30 illik həsrət bitir.
Mən və ailəm hər azad olunan torpağın adını eşidəndə sevinc hissindən gözlərimiz yaşarır. Milyonlarla insanın duası Sizə və Ordumuzadır. Yaxşı ki, varsınız” - deyə müraciət müəllifi qeyd edir.
Baki-xeber.com