Sabirabad rayonundan “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Sabirabad rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili. Əliyev Şahin Tofiq oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“...Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanaraq əlil olmuş Birinci Qarabağ Müharibəsi əlilləri, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin üzvləri tam heyətdə Sizin uğurlu siyasətinizi birmənalı olaraq dəstəkləyir, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yenidən iştirak etmək və vətən, dövlət uğrunda şəhidlik məqamına yetişmək üçün əmrinizi gözləyirlər.
Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu işğalda olan ərazilərimizi azad edir və tarix yazır. Biz Qarabağ müharibəsi əlilləri və veteranları işğalçı Ermənistana qarşı apardığınız Vətən müharibəsində Sizə uğurlar arzulayırıq” - deyə Ş.Əliyev Prezident İlham Əliyevə müraciətində bildirir.
Baki-xeber.com